Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 8(067)-128/2024 13.06.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Həsənli Rövşən Xudat oğlunun katibliyi, Maraqlı şəxs böyük icra məmuru Nümayəndə, X1 iştirakları ilə, X1 Xaçmaz rayon məhkəməsinin 11 may 2018-ci il tarixli, 2(067)-918/2018 saylı qətnaməsinin icrasına möhlət verilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X4 ərizə ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayon məhkəməsinin 11 may 2018-ci il tarixli, 2(067)-918/2018 saylı qətnaməsinin icrasına 1 il müddətində möhlət verilməsi barəsində qərardad çıxarılmasın xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Xaçmaz rayon məhkəməsinin 11 may 2018-ci il tarixli, 2(067)-918/2018 saylı qətnaməsi ilə "xxxx" KB ASC-nin mülkiyyətində olan Xaçmaz rayonunun Armudpadar kəndində yerləşən 0.35 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evindən çıxarılaraq torpaq sahəsinin və fərdi yaşayış evinin boşaldılması qət edilmişdir. Qeyd olunan qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün icraya yönəldilmişdir. Xaçmaz rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(067)-918/2018 saylı qətnaməsinin icrasına bir il müddətinə möhlət verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında borclu X3 izahat verərək hal-hazırda maddi imkanının olmadığını, 29 yaşında xəstə övladının, azyaşlı nəvəsinin olduğunu və 2021-ci il tarixdə həyat yoldaşının dünyasını dəyişdiyini, həmçinin özünün işləmədiyini, 01 il möhlət verilərsə bağ sahəsindən əldə etdiyi fındıq məhsulunu sataraq borcu ödəyəcəyini bildirmişdir. Lakin evdən çıxmaq fikri yoxdur, çünki başqa yaşayacaqları yerləri yoxdur. Göstərilənləri nəzərə alaraq Xaçmaz rayon məhkəməsinin 11 may 2018-ci il tarixli, 2(067)- 918/2024 saylı qətnaməsinin icrasına 1 il müddətinə möhlət verilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs böyük icra məmuru izahat verərək ərizənin təmin edilibedilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə "xxxx" KB ASC-yə xəbərdarlıq edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə "xxxx" KB ASC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə borclunun izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 231.1.-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. 231.5.-ci maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. Məhkəmə qeyd olunanları, həmçinin, borclunun qətnamə ilə üzərinə qoyulmuş öhdəliyin möhlət verildikdən sonra da icra etməsinin real olmamasını, eləcə də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin vaxtında icra edilməməsinin tələbkarın qanunla qorunan hüquq və mənafelərinə zidd olmasını, tələbkarda ədalət mühakiməsinin nüfuzuna inamın azalmasına səbəb ola biləcəyini nəzərə almaqla yanaşı borclunun qətnamənin icrasına möhlət verilməsi üçün əsas kimi göstərdiklərini qətnamənin icrasına möhlət verilməsi üçün tutarlı səbəb kimi qəbul etmədiyindən hesab edir ki, X1 Xaçmaz rayon məhkəməsinin 11 may 2018-ci il tarixli, 2(067)-918/2018 saylı qətnaməsinin icrasına möhlət verilməsinə dair ərizəsi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: X1 Xaçmaz rayon məhkəməsinin 11 may 2018-ci il tarixli, 2(067)-918/2018 saylı qətnaməsinin icrasına möhlət verilməsinə dair ərizəsi təmin olunmasın. Qərardaddan Xaçmaz rayon məhkəməsinə 10 gün müddətində şikayət verilə bilər. Hakim: Aynur Əliyeva
Məhkəmə qərarları › İş №8(067)-128/2024
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №8(067)-128/2024
13.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver