Məhkəmə qərarları › İş №8(067)-132/2024

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №8(067)-132/2024

07.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 8(067)-132/2024 07.06.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz rayon məhkəməsinin hakimi Əliyeva Aynur Məhəmməd qızı Xaçmaz rayon İcra və Probasiya şöbəsinin icra sənədi üzrə icraata xitam verilməsi haqqında 14 oktyabr 2021-ci il tarixli qərarının ləğv edilməsi barədə Məmmədkərimova Nicabət Şərəf qızının şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Məmmədkərimova Nicabət Şərəf qızı Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-723 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi və icra vərəqəsi üzrə icra işinə xitam verilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarın ləğv edilməsi və icra işinin yenidən aparılaraq X1 ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsindən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-723/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı və icra vərəqəsi əsasında X1 ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılmasına dair Xaçmaz rayon İcra və Probasiya Şöbəsində icra işi aparılmış, icra işi icra olunduğuna və şəxs müvafiq mənzildən çıxarıldığına görə xx.xx.2021-ci il tarixli qərarla xitam verilmişdir. Lakin hal-hazırda X2 yenidən qanunsuz şəkildə müvafiq mənzildən istifadə etməkdədir. İcraata xitam verilməsi haqqında xx.xx.2021-ci il tarixli qərar ləğv edilməli və icra işi yenidən aparılaraq X1 ünvan 3 ünvanında yerləşən mənzildən çıxarılması təmin edilməlidir. Xaçmaz Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X3 tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-723/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsi üzrə tələb təmin olunduğu üçün həmin icra vərəqəsinin icrasına xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Məmmədkərimova Nicabət Şərəf qızının şikayət ərizəsi geri qaytarılmalıdır. Belə ki, İcra Haqqında Azərbaycan Respublikası Qanunun 20.1-ci maddəsinə əsasən icra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir: 20.1.1. məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə; 20.1.2. məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə; 20.1.3. tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə; 20.1.4. icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə; 20.1.4-1. qanun əsasında borclunun dövlətə olan borcu silindikdə; 20.1.4-2. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə; 20.1.5. icra sənədi tam icra olunduqda. 20.2. İcra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. 20.3. İcra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. 20.4. İcra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə həmin qərarı ləğv edir. 20.5. Tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-723/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı üzrə verilmiş icra sənədi Xaçmaz rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Faqil Adıgözəlov tərəfindən xx.xx.2021-ci il tarixdə borclu X1 Xudat şəhəri, K.Zavod qəsəbəsi ev 16, mənzil 4-dən çıxarılmasına dair tələb təmin olunduğu üçün həmin icra vərəqəsinin icrasına xx.xx.2021-ci il tarixdə xitam verilmiş, lakin tələbkar tərəf qanunla müəyyən edilmiş müddətdə icra məmurunun qərarından şikayət verməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət müəyyən olunmuş müddət keçdikdən sonra verildiyindən şikayət vermiş şəxs Məmmədkərimova Nicabət Şərəf qızına geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli, 2(105)-723/2021 saylı icraata xitam verilməsi haqqında qərarının ləğv edilməsi və icra işinin yenidən aparılaraq X1 ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılmasına dair Məmmədkərimova Nicabət Şərəf qızının şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar