Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 8(067)-135/2025 06.03.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5 iştirakı ilə, X2 aliment məbləğinin indeksasiya edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ƏTDİ: X4 ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2011-ci ii təvəllüdlü X8 və xx.xx.2012-ci il təvəllüdlü X15 yetkinlik yaşlarına çatanadək saxlanılmasi uçün maraqlı tərəf Xaçmaz rayonu, Bay-oba kəndində qeydiyyatda olan və yaşayan X3 onun xeyrinə tutuİmuş aliment məbləğinin sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqına uyğun indeksasiya edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-938/2024 saylı, 25 iyun 2024-cu il tarixil qətnaməsi ilə onunla Maraqlı şəxs arasında xx.xx.2007-cl ii tarixdə Qusar rayon VVADQ Şöbəsində 147 № ilə qeydə alınmış rəsmi nikahin pozulmasi, birgə nikahdan anadan olmuş uşaqları - xx.xx.2011-ci il təvəlludlü X16 və xx.xx.2012-ci il təvəllüdlü X24İu anası X6 himayəsində saxlanılmasi və xx.xx.2011-ci iİ təvəllüdlü X11 yə xx.xx.2012-cl ii təvəllüdlü X12 yetkinlik yaşına catana kimi saxlanılması üçün iddia ərizəsi məhkəməyə daxil olduğu gündən, yəni xx.xx.2024-cü il tarixdən başlayaraq X1 hər ay hər bir uşaq üçün 170 manat olmaqia, cəmi 340 manat sabit məbləğdə aliment alınaraq X9 vərilməsi qət edilmişidir. Hal-hazırda alimentin indeksasiyasına zərurət yaranmışdır. Belə ki, X8 və X24İunun yetkiniik yaşlarına çatanadək saxlanması üçün ödənilən aliment məbləği uşaqların heç bir tələbatının ödənilməsinə yetmir. Uşaqlar orta məktəbdə təhsil alır və ona görə də, məsrəfləri yetərincə artmışdır. Uşaqların bütün qayğısını və ehtiyacını tamamilə özü cəkir. Uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Buna gorə də, alimentin indeksasiyasına dair ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Ərizəçi məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxs X10 məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat vərməmişdir. Bələ olan halda, məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə olan sənədlərə baxış keçirərək həsab edir ki, ərizə qismən təmin edilməlidir. Bələ ki, iş matəriallarında Xaçmaz rayon məhkəməsinin 2(067)-938/2024 saylı, 25 iyun 2024-cü il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, birgə nikahdan anadan olmuş uşaqları - xx.xx.2011-ci il təvəllüdlü X16 və xx.xx.2012-ci il təvəllüdlü X24İu anası X7 himayəsində saxlanılması və xx.xx.2011-ci İİ təvəllüdlü X11 və xx.xx.2012-ci il təvəllüdlü X12 yetkinlik yaşına catana kimi saxlanılması uçün iddia ərizəsi məhkəməyə daxil olduğu gündən, yəni xx.xx.2024-cü il tarixdən başlayaraq Maraqlı şəxs hər ay hər bir uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit mabləğdə aliment alınaraq X9 verilməsi qət edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli Qərarının 1.2.1-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən, alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. «Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən, 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 232.2. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. 232.3. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Qətnamə ilə müəyyən edilmiş alimentin miqdarı 2024-cü il üzrə müəyyən edilmiş 170 manat məbləğində minimum aylıq əməkhaqqının 0,5 mislini təşkil edir. Ona görə də, qətnamə ilə müəyyən edilmiş aliment məbləğinin indeksasiyası aparılaraq qərardad qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq yetkinlik yaşına çatmayan hər bir uşağın saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay üçün ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqının 0,5 misli həddində (400x0,5=200 manat) müəyyən edilməlidir. Ərizə qalan hissədə təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 232, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə qismən təmin ədilsin. Xaçmaz Rayon Məhkəməsinin 25 iyun 2024-cu il tarixli 2(067)-938/2024 saylı, qətnaməsi ilə xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2012-ci il təvəllüdlü X12 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh X3 hər ay hər bir uşaq üçün 170 manat sabit pul məbləğində tutulması qət edilmiş alimentin məbləği indeksasiya olunaraq maraqlı şəxs X3 X4nın xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hazırki qərardad qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hər bir uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqının 0,5 misli həddində sabit pul məbləğində müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir Bayramov
Məhkəmə qərarları › İş №8(067)-135/2025
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №8(067)-135/2025
06.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver