Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 8(067)-151/2024 27.08.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızı İcra sənədi üzrə Borclu məxsus “QAZ 3102” minik markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Xaçmaz rayon İcra və Probasiya Şöbəsi təqdimatla məhkəməyə müraciət edərək Borclu məxsus olan “QAZ 3102” minik markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 1288105/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu X1 3200 manat məbləğində inzibati cərimə tutularaq dövlət nəfinə və Xaçmaz rayon məhkəməsinin 2(067)-242/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 330 manat borc alınaraq dövlət nəfinə və tələb könüllü müddət ərzində təmin edilmədiyi üçün 247,10 manat icra ödənişi alınaraq icra xüsusi fonduna ödənilməlidir. İcra sənədləri Xaçmaz rayon icra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə borclu X2 icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Borclu tərəfindən 3200 manat cərimədən xx.xx.2024-cü il tarixdə 1890 manat vəsait ödənilmiş və cərimədən 1310 manat, qətnamə üzrə 330 manat və icra ödənişi üzrə 247,10 manat borcu qalmışdır. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, borclu X3 məxsus olan “QAZ- 3102” minik markalı,** BE ***dövlət qeydiyyat nişanlı avtomobili vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edirəm ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Xaçmaz rayon İcra və Probasiya Şöbəsi tərəfindən məhkəməyə xx.xx.2024-cü il tarixli məktub ünvanlanaraq Borclu avtomobilinin üzərinə həbsin qoyulması haqqında xx.xx.2024-cü il tarixli təqdimatla məhkəməyə müraciət edilmiş, borclu cəriməni və maddi ziyanı tam ödədiyi üçün təqdimata baxılması zərurəti aradan qalxdığından təqdimatı baxılmadan geri qaytarılması xahiş olunmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat baxılmamış saxlanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İcra sənədi üzrə Borclu məxsus “QAZ 3102” minik markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin təqdimatı baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Aynur Əliyeva
Məhkəmə qərarları › İş №8(067)-151/2024
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №8(067)-151/2024
27.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver