Məhkəmə qərarları › İş №8(067)-152/2024

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №8(067)-152/2024

30.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 8(067)-152/2024 30.09.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X4, X2, onun vəkili Vəkil, X3, İcra məmuru X8 iştirakları ilə, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1469/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icra məmurunun xx.xx.2023-cü il tarixli İcraata xitam verilməsi barədə qərarından X2 tərəfindən verilmiş şikayət ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İcra sənədi üzrə X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs böyük icra məmuru X8 Xaçmaz rayon Məhkəməsinin 2(067)-1469/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə xx.xx.2023-cü il tarixli icraata xitam verilməsi haqqında qərarını ləğv edərək, icra vərəqəsi üzrə yenidən icra tədbirlərinin davam etdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs böyük icra məmuru X11 xx.xx.2023-cü il tarixli qərarına əsasən Xaçmaz rayon Məhkəməsinin 2(067)-1469/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə xitam verilmişdir.İcra sənədinə əsasən X14 və X12 borclu X14 və X12X3 faktiki sahibliyində olan ünvan 1 ünvanında yerləşən yaşayış evindən və evin köməkçi vasitələrindən istifadə hüquqları tanınmalı və onların ailə üzvləri ilə birlikdə həmin evə köçürülməsi təmin olunmalıdır.Maraqlı şəxs böyük icra məmuru X9 xx.xx.2023-cü il tarixli qərarın xx.xx.2024-cü il tarixdə İcra Şöbəsindən əldə etmiş, şikayət vermə müddətini itirməmişdir.İcra məmuur əsassız onun hüquqlarını pozaraq düzgün və saslı araşdırma aparmadan iş üzrə icraata xitam verilmə haqqında əsassız qərar qəbul etmişdir.İcra məmuru onun hüquqlarını pozub əsassız qəbul etmışdır.İcra məmuru onun hüquqlarını pozub əsasız qəbul etdiyi qərar onda stress yarataraq bütün ailə üzvlərində gərginlik yaratmışdır.Onun hal-hazırda yaşamağa yeri yoxdu, qohum-əqrəba yanında qalmaqdayam.Belə ki, uzun illərdir Maraqlı şəxs icraatında olan mübahisə predmeti olan icra vərəqəsi icra olunmamışdır. Çoxsaylı müraciət və şikayətlərindən sonra İcra Şöbəsinin böyük icra məmuru Faqil Adıgözəlov iş üzrə borclu tərəfin guya həmin evə köçürülməaiylə razılaşmağını bildirmiş,mübahisə predmeti olan evə gələrk akt yazmış,onu köçürmüşdür.Səhəri gün razılaşmaöına əsasən o həmin evə əşyalrını götürüb yerləşməyə çalışsada, iş üzrə borclular ona həmin evdən istifadə hüquqna və yaşamağına imkan verməmiş,qapıların açarlarını dəyişmişdir.İcra məmuuru qarşı təərflə razılaşaraq formal olaraq onu evə yerləşmış, icra məmuru borclu ilə razılaşmışdır ki, “Əvvəl tələbkarı yerləşdirəcək, icra vərəqəsinə o xitam versin,sonra isə tələbkarı evdən qovarsız prinsipini” həyata keçirmişdir.8 aydır ki, o Maraqlı şəxsnə gedib-gəlsə də bu yaxınlarda icra Şöbəsinin rəisi ona bildirmişdir ki, iş üzrə icraata xitam verilmişdir. Məhkəmə iclasında icra sənədi üzrə X2nın vəkili və nümayəndəsi Vəkil şikayət ərizəsini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar şikayət ərizəsini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında icra məmuru Adıgözəlov Faqil oğlu şikayət ərizəsinin təmin olunmamasını xahiş etdi. İcra sənədi üzrə borclu X21 məhkəmə iclasında bildirmişdir ki, tələbkarın evə köçürülməsinə də etiraz etmir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayəti və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət əsaslıdır və təmin edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunu: - 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda, icra sənədi üzrə icraata xitam verilir. -20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. -20.5-ci maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. -72.7-ci maddəsinə əsasən borclunun yaşayış və ya qeyri-yaşayış sahəsindən çıxarılması haqqında icra məmuru tərəfindən müvafiq akt tərtib olunur. -73.5-ci maddəsinə əsasən tələbkarın köçürülməsi barədə akt tərtib edildikdən sonra, borclu tələbkarın yaşamasına (olmasına) yenidən maneçilik törətdikdə, icra sənədi üzrə icraat təzələnməlidir. -73.6-cı maddəsinə əsasən tələbkarın yaşamasına (olmasına) maneçilik törədən şəxs icra sənədində göstərilən borclu şəxs olmadıqda, icraat təzələnə bilməz. Bu halda köçürülmə haqqında məsələ məhkəmə qaydasında həll olunur. Azərbaycan Respublikası MPM-nin: -15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci il tarixli Qərarına əsasən tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İşdən görünür ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-5257 saylı 2016-ci il tarixli qətnaməsi ilə iddiaçı X5 cavabdeh X16 qarşı yaşayış hüququnun verilməsi və evə köçürmə tələbinə dair iddiası təmin edilmiş, X5 X1 olan Xaçmaz şəhəri, Bünyatzadə küçəsi, 23 saylı evə,həyətyani sahəyə, mətbəx və sanitar qovşağa istifadə hüququ tanınmaqla, həmin evə köçürülməsi qət olunmuşdur. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Maraqlı şəxs icra məmuru icra sənədi üzrə icraata başlamış, bu barədə icra sənədi üzrə tərəflərə məlumat vermiş və son nəticədə xx.xx.2018-ci il tarixdə icra sənədini icra etmiş, bu barədə tərəflərin iştirakı ilə akt tərtib etmiş, X7 həmin evə köçürmüşdür. Bundan sonra qətnamə icra olunduğundan xx.xx.2023-cü il tarixli qərarla icra icraatına xitam verilmişdir. İşin araşdırılan halları ilə müəyyən olunur ki, hazırda borclu X21 mübahisəli evin açarlarını dəyişərək, Qənbərova Zəminənin evə girib yaşamasına mane olmaqda davam edir. Bu isə qeyd edilən icra sənədinin tam icra edilmədiyini göstərir. Məhkəmə hesab edir ki, icra sənədi üzrə X3 yenidən mübahisəli evdə tələbkarın yaşamasına maneçilik törətməsi faktı qeyd edilən icra sənədinin hələ tam icra edilmədiyini təsdiq edir. Bu da qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasına maneçilik kimi qiymətləndirilməlidir. Belə olan halda, icra sənədi üzrə icraata xitam verilməsi yolverilməzdir və məhkəmə adından çıxarılan qərarın icra olunmamasına xidmət edir. Halbuki, MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şikayət təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-14689/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi haqqında Maraqlı şəxs xx.xx.2023-ci il tarixli qərarı ləğv edilsin və icra sənədi üzrə icra hərəkətləri davam etdirilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Xaçmaz Rayon Məhkəməsinə şikayət vermək olar. Hakim: Qasımova Vüsalə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar