Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 8(067)-164/2024 01.11.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X4, təqdimatla məhkəməyə müraciət etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi Nümayəndə, Tələbkar, borclu X2 iştirakı ilə, Xaçmaz rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(067)-1100/2023 saylı icra sənədi üzrə borclu X2 məcburi gətirilməsinə dair Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru məhkəməyə təqdimatla müraciət edərək, borclu X2 Xaçmaz rayon icra və probasiya şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1100/2023- 007 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən icra sənədi üzrə borclu X1 1400 manat və Borclu 4500 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar xeyrinə ödənilməlidir İcra sənədi xx.xx.2023-cü il tarixdə icraatıma daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən Xudat şəhəri H.Əliyev küçəsi dala ev 5 ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin, borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Məhkəmə iclasında Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi Nümayəndə göstərmişdir ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(067)-1100/2023 saylı icra sənədinə əsasən 4500 manat məbləğində pul borclu X1 alınaraq Tələbkar verilməlidir. İcra sənədi 2023-cü ilin avqust ayında icraatıma daxil olandan sonra bildiriş və icraata başlamaq haqqında qərar borcluya təqdim edilib, hüquq və vəzifələri izah olunub. Tələb borclunun əmək haqqısına yönəldilmişdi və maaşından tutulurdu, lakin sonra o, işdən çıxdı. Dəfələrlə İcra şöbəsinə dəvət olunsa da, gəlməkdən yayınmışdır. Məhkəmə iclasında tələbkar göstərmişdir ki, borclu əvvəl işləyirdi, onun maaşından tutma aparılırdı, lakin sonra öz ərizəsi ilə işdən çıxmış, elə bilmişdir ki, borcu ödəməkdən yayınacaq. O, xəstə də olmayıb, xəstə olubsa sənəd təqdim etsin. Məhkəmə iclasında borclu X5 göstərmişdir ki, o, xəstəxanada olduğuna görə İcra şöbəsinə gedə bilməmişdir. Həyat yoldaşına demişdir ki, icra məmuruna xəbər versin, verməmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, təqdimata təqdim olunmuş sənədlərlə birlikdə araşdırıb əsaslılığını yoxlayaraq, hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan icra sənədindən görünür ki, X1 1400 manat və Borclu 4500 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar xeyrinə ödənilməlidir İş materiallarından görünür ki, icra məmuru tərəfindən borcluya tələbin könüllü icrası barədə bildiriş və xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmədə müəyyən edildi ki, icra məmuru tərəfindən qanunla nəzərdə tutulmuş qaydada icra sənədi üzrə icraata başlanılaraq borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, lakin borclu tərəfindən tələb könüllü qaydada təmin olunmamışdır. İcra sənədinin icrası ilə əlaqədar borclu icra şöbəsinə dəvət olunmasına baxmayaraq, icra məmurunun çağırışına gəlməmiş, gəlməməsinin səbəbləri barədə hər hansı bir məlumat verməmiş, bununla da icra məmurunun çağırışlarından yayınmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə, icra xidmətinin icra məmuru məhkəmə çağırışı, habelə məhkəmə qərarının icrası ilə əlaqədar gəlməkdən imtina edən şəxslərin məcburi qaydada gətirilməsini həyata keçirir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqdimat təmin olunmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231 və 263-264-cü maddələrinə əsaslanaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. borclu X3 Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə məcburi qaydada gətirilmə tədbiri tətbiq olunsun. Qərardadın icrası Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə və Xaçmaz Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətinə Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №8(067)-164/2024
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №8(067)-164/2024
01.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver