Məhkəmə qərarları › İş №8(067)-167/2024

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №8(067)-167/2024

10.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 8(067)-167/2024 10.10.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi və məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi ilə Maraqlı şəxs icra sənədi üzrə icra edilməyən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması barədə 07 iyun 2023-cü il tarixli qərarından tələbkar «Rabitəbank” ASC-nin şikayətinə xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Tələbkar «Rabitəbank” ASC Maraqlı şəxs icra məmuru X8 07 iyun 2023-cü il tarixli icra edilməyən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələbkar «Rabitəbank” ASC şikayəti onunla əsaslandırmışdır ki, icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında Maraqlı şəxs 07 iyun 2023-cü il tarixli qərarı ilə «Rabitəbank” ASC-nin X6 və X7 qarşı pul tələbinə dair iddiası əsasında çıxarılmış Xaçmaz rayon məhkəməsinin 29 avqust 2022-ci il tarixli e-2(067)-1812/2022 saylı qətnaməsi əsasında verilmiş icra vərəqəsi məhkəməyə geri qaytarılmışdır. İcra məmurunun həmin qərarını qanunsuz və əsassız, həmçinin «Rabitəbank” ASC-nin mənafelərin zidd hesab edirlər. Belə ki, icra məmuru qərarını tələbin yönəldilə biləcəyi əmlakın olmaması ilə əsaslandırmışdır. Halbuki, icra qurumu tərəfindən X1 barəsində heç bir sorğu edilməmiş, onun iş yeri, Azərbaycan Respublikasının hüdudlarından gedişgəlişinin məhdudlaşdırılması, əmlaklarının olub-olmaması, məcburi gətirilməsi barədə heç bir tədbir görülməmişdir. Ona görə də hesab edir ki, Maraqlı şəxs icra sənədi üzrə icra edilməyən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması barədə 07 iyun 2023-cü il tarixli qərarı ləğv edilməli və icra sənədi üzrə icraat davam etdirilməlidir. Maraqlı şəxs 07 iyun 2023-cü tarixli qərarı rəsmi qaydada xx.xx.2024-cü il tarixdə «Rabitəbank” ASC-nə çatmış və həmin qərardan şikayət verilməsi üzün nəzərdə tutulan prosessual müddət ötürülməmişdir. İş üzrə tələbkar «Rabitəbank” ASC-nə, X1na, həmçinin Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, tələbkar «Rabitəbank” ASC-nin nümayəndəsi, X1 və Quba rayon İcra şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Tələbkar «Rabitəbank” ASC tərəfindən nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasına dair məhkəməyə ərizə daxil olmuşdur. Məhkəmə tələbkar «Rabitəbank” ASC-nin nümayəndəsinin, X1nın və Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. . Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli və X1 barəsində Maraqlı şəxs 07 iyun 2023-cü il tarixli icra sənədi üzrə icra edilməyən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılmasına dair qərarı ləğv edilməlidir. Belə ki, iş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 29 avqust 2022-ci il tarixli e-2(067)-1812/2022 saylı qətnaməsindən müəyyən olunur ki, borclular X2 və X3 müştərək qaydada 411,35 manat əsas borc, 44,50 manat faiz borcu, 10 manat cərimə borcu və 30 manat dövlət rüsumu tələbkar «Rabitəbank” ASC-nin xeyrinə tutulmalıdır. İş materiallarında olan Maraqlı şəxs 07 iyun 2023-cü il tarixli qərarı müəyyən olunur ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinə əsasən maddəsinə əsasən X1 barəsində olan Xaçmaz rayon məhkəməsinin 29 avqust 2022-ci il tarixli e-2(067)-1812/2022 saylı icra sənədi icra edilməyən icra sənədi kimi məhkəməyə qaytarılmışdır. Azərbaycan Respublikası İcra haqqında Qanununun 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Maraqlı şəxsnə qeyd olunan qərardan verilmiş şikayətin araşdırılması məqsədi ilə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməsi barədə məhkəmə bildirişi çatdırılmasına baxmayaraq, nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, həmçinin icra sənədi üzrə X1nda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlərin olmamasını və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı tədbirlər görülməsini və həmin tədbirlərin nəticə verməməsini təsdiq edən materiallar məhkəməyə təqdim edilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.2.-ci maddəsinə əsasən tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.7.-ci maddəsinə əsasən icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 oktyabr 2017-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Azərbaycan Respublikası MPM-nin 13.4.-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Məhkəmə barəsində mübahisə edilən hüquq münasibətlərini, yəni icra edilməyən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında icra məmurunun qərarından şikayətə baxılmasını tənzimləyən hüquq normasının mülki prosessual qanunverilicilikdə olmadığını əsas götürərək, qeyd olunan hüquq münasibətinə qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulmasını tənzimləyən MPM-nin 231-ci maddəsinə əsasən baxılmalı olduğu qənaətinə gəlmişdir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, Maraqlı şəxs icra edilməyən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması barədə 07 iyun 2023-cü il tarixli qərarından tələbkar «Rabitəbank” ASC-nin şikayəti təmin edilməli və X1 barəsində Xaçmaz rayon məhkəməsinin 29 avqust 2022-ci il tarixli e-2(067)-1812/2022 saylı icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması barədə Maraqlı şəxs 07 iyun 2023-cü il tarixli qərarı ləğv edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Maraqlı şəxs icra edilməyən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması barədə 07 iyun 2023-cü il tarixli qərarından tələbkar «Rabitəbank” ASC-nin şikayəti təmin edilsin. X1 barəsində Xaçmaz rayon Məhkəməsinin 29 avqust 2022-ci il tarixli e-2(067)- 1812/2022 saylı icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması barədə Maraqlı şəxs 07 iyun 2023-cü il tarixli qərarı ləğv edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar