Məhkəmə qərarları › İş №8(067)-196/2024

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №8(067)-196/2024

18.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 8(067)-196/2024 18.10.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızı, Xaçmaz rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli 2(067)-307/2024 saylı icra sənədi üzrə borcun hissə-hissə icra edilməsinə dair Borclu ərizəsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Borclu ərizə ilə məhkəməyə müraciət edərək, ondan Tələbkar xeyrinə 2240 manat pul məbləğinin tutulmasına dair Xaçmaz rayon məhkəməsinin 30 yanvar 2024-cü il tarixli 2(067)-307/2024 saylı icra sənədinin ondan hər ay 100 manat pul tutulmaqla hissə-hissə icra olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəni icraata götürmək haqqında qərardad çıxarılana qədər Borclu ərizəsinin qaytarılması barədə müraciəti daxil olmuşdur. Azərbaycan Respublikası MPM-nin 13.4.-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Məhkəmə barəsində mübahisə edilən hüquq münasibətlərini, yəni icra sənədi üzrə borcun hissə-hissə icra edilməsinə dair ərizənin geri qaytarılmasını tənzimləyən hüquq normasının mülki prosessual qanunverilicilikdə olmadığını əsas götürərək, qeyd olunan hüquq münasibətinin iddia ərizəsinin qaytarılmasını tənzimləyən MPM-nin 152-ci maddəsinə əsasən həll edilməli olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.9.-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. MPM-nin 152.2.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. MPM-nin 152.3.-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. MPM-nin 152.4.-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, Xaçmaz rayon məhkəməsinin 30 yanvar 2024-cü il tarixli 2(067)-307/2024 saylı icra sənədi üzrə borcun hissə-hissə icra edilməsinə dair Borclu ərizəsi geri qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Xaçmaz rayon məhkəməsinin 30 yanvar 2024-cü il tarixli 2(067)-307/2024 saylı icra sənədi üzrə borcun hissə-hissə icra edilməsinə dair Borclu ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar