Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 8(067)-199/2024 28.10.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, Borclu, Tələbkar iştirakı ilə, Xaçmaz rayon məhkəməsinin 19 mart 2024-cü il tarixli 2(067)-629/2024 saylı icra sənədinin hissə-hissə icra edilməsinə dair Borclu ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Borclu ərizə ilə məhkəməyə müraciət edərək Xaçmaz rayon Məhkəməsinin 19 mart 2024-cü il tarixli 2(067)-629/2024 saylı qətnaməsinə əsasən Tələbkar xeyrinə cəmi 11600 manat borcun ödənilməsi ilə bağlı hər ay hissə-hissə olmaqla 300 manat miqdarında ödənilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Borclu ərizədə göstərmişdir ki, Xaçmaz rayon məhkəməsinin 19 mart 2024-cü il tarixli 2(067)-629/2024 saylı qətnaməsinə əsasən Tələbkar xeyrinə cəmi 11600 manat pul verməlidir. Məhkəmə qərarı icra olunması üçün Maraqlı şəxsnə göndərilmiş və ona icra məmuru tərəfindən könüllü müddət verilmişdir. Maddi vəziyyəti ağır olduğuna baxmayaraq qeyd olunan məbləğdən cəmi 900 mnat ödəniş etmişdir. Xəstədir, ürəkdən əməliyyat olunmuşdur. Hazırda rəsmi olaraq heç yerdə işləmir. Ona görə də ödəişlər etmək onun üçün çətindir. Ailəsində işləyən yoxdur, lakin bütün bu çətinliklərə baxmayaraq borc ödəməkdən yayınmır, borcu ödəməyə hazırdır. Məhkəmə iclasında Borclu göstərmişdir ki, tələbkara 10700 manat borcu qalıb. Əslində borc oğlunun olub. O icra sənədini tələbkara aprel ayına qədər ayda 500 manat pul ödəməklə, daha sonra isə ayda minimum 500 manat və daha çox pul ödəməklə icra edə bilər. Bundan artıq pul ödəməyə imkanı yoxdur. Bu səbəbdən qətnaməni hissə-hissə icra etmək üçün ərizə ilə məhkəməyə müraciət etmişdir. Qətnamə qəbul ediləndən sonra 500 manat və 400 manat tələbkara pul ödəmək istəmiş, o, qəbul etməyib. Xahiş edir ərizə təmin edilsin. Məhkəmə iclasında Tələbkar göstərmişdir ki, borclunun icra sənədini hissə-hissə ödəməsinə etiraz edir. Borclu onun borcunu ödəməkdən bu günədək yayınıb. Əvvəl də aralarında borcun hissə-hissə ödənilməsi barədə danışıq olmuşdu, lakin borclu pulu ödəməkdən yayınmışdır. O, yenə də 1-2 ay pulu ödəyib, sonradan yayınacaq. Ona görə icra sənədinin hissə-hissə icrasına razı deyil. Ərizənin rədd edilməsini xahiş edir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.1.-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Məhkəmə hesab edir ki, iş üzrə borclu əmlak vəziyyətinin ağır olması barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etmədiyindən və hər ay hissə-hissə pulun ödənilməsi tələbkarın manefeyinə zidd olduğundan ərizənin təmin olunmaması məqsədəuyğundur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Borclu Xaçmaz rayon məhkəməsinin 19 mart 2024-cü il tarixli 2(067)-629/2024 saylı qətnaməsinin hissə-hissə icra edilməsinə dair ərizəsi təmin olunmasın. Qərardaddan rəsmi qaydada verildiyi gündən Xaçmaz rayon məhkəməsinə 10 gün müddətində şikayət verilə bilər. Hakim Səmədzadə Sərxan
Məhkəmə qərarları › İş №8(067)-199/2024
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №8(067)-199/2024
28.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver