Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 8(067)-211/2024 18.12.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Həsənli Rövşən Xudat oğlunun katibliyi ilə Xaçmaz rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(067)-1454\2023 saylı icra sənədi üzrə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 təqdimatına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Xaçmaz rayon İcra və Probasiya Şöbəsi təqdimatla məhkəməyə müraciət edərək, Xaçmaz rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(067)-1454\2023 saylı icra sənədi üzrə borclu xx.xx.1989-cu ildə Xaçmaz rayonunda anadan olmuş, Xaçmaz rayonunun, Mürşüd-oba kəndində qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Xaçmaz rayon İcra və probasiya Şöbəsi təqdimatı onunla əsaslandırmışdır ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(067)-1454\2023 saylı icra sənədinə əsasən Borclu X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 200 manat və Xaçmaz rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(067)-403\2024 saylı icra sənədinə əsasən borclu X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 200 manat sabit məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədləri xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixlərində Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İş üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfimizdən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyatı təşkilatlara sorğular göndərilmişdir. Hazırda Borclu hər iki icra vərəqəsi üzrə 3650 manat məbləğində aliment borcu yaranmışdır. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1 -ci maddəsini rəhbər tutaraq Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə borclu, tələbkar və təqdimatla məhkəməyə müraciət etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məktublar çatdırılmasına baxmayaraq, borclu, tələbkar və Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə borclu, tələbkar və təqdimatla məhkəməyə müraciət etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsinin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimata əlavə edilmiş sənədləri araşdırarkən hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Xaçmaz rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(067)-1454\2023 saylı icra vərəqəsinə əsasən iddia qismən təmin edilərək, Borclu X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 200 manat məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. - Xaçmaz rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(067)-403\2024 saylı icra vərəqəsinə əsasən iddia qismən təmin edilərək, Borclu X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 200 manat məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. - Tələbin könüllü icrası barədə bildirişlərin surətlərindən müəyyən edilir ki, borcluya tələbin könüllü icrası barədə xəbrdarlıq edilmişdir. - xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli qərarlardan müəyyən olunur ki, həmin icra sənədləri üzrə icraata başlamaq haqqında qərarlar qəbul edilərək, borcluya rəsmi qaydada təqdim olunmuşdur. İcra haqqında Azərbaycan Respublikası Qanununun: 84-1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. 84-1.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Qanunun qeyd olunan norması borclu məhkəmə qərarı əsasında verilmiş icra sənədlərini könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra etmədikdə icra məmurunun əsaslandırılmış təqdimatı əsasında borclunun ölkədən getmək hüququnun məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırılmasını nəzərdə tutur. Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, təqdimat təmin edilməli və xx.xx.1989-cu ildə Xaçmaz rayonunda anadan olmuş, Xaçmaz rayonunun, Mürşüd-oba kəndində qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikasının vətəndaşı, Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. xx.xx.1989-cu ildə Xaçmaz rayonunda anadan olmuş və Xaçmaz rayonunun, Mürşüd-oba kəndində qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikasının vətəndaşı, Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardad dərhal icraya yönəldilsin. Qərardaddan 10 gün müddətinə Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Şikayət verilməsi qərardadın icrasını dayandırmır. Hakim: Aynur Əliyeva
Məhkəmə qərarları › İş №8(067)-211/2024
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №8(067)-211/2024
18.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver