Məhkəmə qərarları › İş №8(067)-24/2022

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №8(067)-24/2022

11.02.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 8(067)-24/2022 11.02.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, icra məmuru X6, Borclu iştirakları ilə Xaçmaz rayon məhkəməsinin 05.02.2021-ci il tarixli 2(067)-129/2021 saylı qətnaməsinə izah verilməsi barədə Xaçmaz rayon İcra və Probasiya şöbəsinin ərizəsinə (müraciətinə) baxaraq müəyyən etdi : İş materiallarından müəyyən olunur ki, Xaçmaz rayon məhkəməsinin 05.02.2021ci il tarixli 2(067)-129/2021 saylı qətnaməsinə əsasən iddia qismən təmin olunaraq, iddiaçıya məxsus olan (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz ərazi idarəsi tərəfindən verilmiş **********28-12101 reyestr nömrəli və inventar nömrəsi 70 olan texniki pasport) Xaçmaz rayonunun Səlim-oba kəndində yerləşən 5,0 hektar torpaq sahəsinin 4.61 hektar hissəsi cavabdeh Borclu qanunsuz sahibliyindən alınaraq iddiaçıya qaytarılması, cavabdehin həmin 4.61 ha torpaq sahəsindən istifadə və fəaliyyətinə son qoyulması, iddiaçıya məxsus (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz ərazi idarəsi tərəfindən verilmiş **********28-12101 reyestr nömrəli və inventar nömrəsi 70 olan texniki pasport) Xaçmaz rayonunun Səlim-oba kəndində yerləşən 5,0 hektar torpaq sahəsinin 4.61 hektar hissəsində cavabdehin fəaliyyəti və istifadəsi nəticəsində tikilmiş tikililər cavabdehin öz hesabına sökülsün və həmin sahə tam şəkildə boşaldılması, iddianın qalan hissədə təmin edilməməsi qərar alınmışdır. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-129/2021 saylı 05 fevral 2021-ci il tarixli qətnaməsi Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasnın 2(105)-1566/2021 nömrəli 16.05.2021-ci il tarixli qətnaməsinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasnın 2(105)-1566/2021 nömrəli 16.05.2021-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilməmişdir. Bundan sonra Xaçmaz rayon İcra və Probasiya şöbəsi ərizə ilə məhkəməyə müraciət edərək həmin qətnaməyə izah verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Xaçmaz rayon məhkəməsinin 05.02.2021-ci il tarixli 2(067)-129/2021 saylı qətnaməsinə əsasən iddiaçıya məxsus olan Xaçmaz rayonu Səlimoba kəndində yerləşən 5.0 hektar torpaq sahəsinin 4.61 hektar hissəsi cavabdeh X5 qanunsuz sahibliyindən alınaraq iddiaçıya qaytarılmalı və cavabdehin həmin 4.61 ha torpaq sahəsindən istifadə və fəaliyyətinə son qoyulmalı, Xaçmaz rayonu Səlimoba kəndində yerləşən 5.0 hektar torpaq sahəsinin 4.61 hektar hissəsində cavabdehin fəaliyyəti və istifadəsi nəticəsində tikilmiş tikililər cavabdehin öz hesabına sökülməli və həmin sahə tam şəkildə boşaldılması qət edilmişdir. Qeyd olunan icra sənədinin icrasını təmin etmək məqsədilə sonuncu dəfə 06.12.2021-ci il tarixə icra tədbiri təyin edilərək Xaçmaz rayonu Səlim-oba kəndinə gedilmişdir. Həmin tarixdə icra tədbirinin həyata keçirilməsi mümkün olmamışdır. Həmçinin borclu X9 həmin torpaq sahəsində məskunlaşdığı yerin X12 X7 Meşəbəyliyinin 1 saylı dolayının 25-ci kvartalının 15-ci bölməsinə aid olması və bu barədə X12 Təsərrüfatı Mərkəzindən icra şöbəsinə rəsmi arayış təqdim edəcəyini bildirdiyi üçün icra sənədinin icrası mümkün olmamışdır. Tərəflərindən Xaçmaz rayonu Səlimoba kəndində yerləşən 5.0 hektar torpaq sahəsinin 4.61 hektar sahəsində borclu X9 tərəfindən tikilmiş tikililərin yerləşdiyi ərazinin X12 Təsərrüfatı Mərkəzinə aid olub-olmaması barədə sorğu verilmişdir. X12 Təsərrüfatı Mərkəzinin 25.01.2022-ci il tarixli sorğuya cavab məktubunda X5 Xaçmaz rayonu Səlim-oba kəndi yaxınlığında Meşə Fonduna aid ərazidə məskunlaşdığı yerin X12 X7 Meşəbəyliyinin 1 saylı dolayının 25-ci kvartalının 15-ci bölməsinə aid olması və həmin ərazinin X13 torpağı olması qeyd olunmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsini rəhbər tutaraq, Xaçmaz rayon məhkəməsinin 05.02.2021-ci il tarixli 2(067)-129/2021 saylı qətnaməsinə izah verilməsi xahiş edilmişdir. İcra məmuru və borclu məhkəmə iclasında izahat verərək ərizənin təmin edilməsini xahiş etmişdirlər. Tələbkar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.4-cü maddəsinə əsasən qətnamənin və ya qərardadın izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, icra məmurunun ərizəsini nəzərdən keçirərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, İcra haqqında Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etməlidir. İş materiallarından müəyyən olunur ki, Xaçmaz rayon məhkəməsinin 05.02.2021ci il tarixli 2(067)-129/2021 saylı qətnaməsinə əsasən iddia qismən təmin olunaraq, iddiaçıya məxsus olan (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz ərazi idarəsi tərəfindən verilmiş **********28-12101 reyestr nömrəli və inventar nömrəsi 70 olan texniki pasport) Xaçmaz rayonunun Səlim-oba kəndində yerləşən 5,0 hektar torpaq sahəsinin 4.61 hektar hissəsi cavabdeh Borclu qanunsuz sahibliyindən alınaraq iddiaçıya qaytarılması, cavabdehin həmin 4.61 ha torpaq sahəsindən istifadə və fəaliyyətinə son qoyulması, iddiaçıya məxsus (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz ərazi idarəsi tərəfindən verilmiş **********28-12101 reyestr nömrəli və inventar nömrəsi 70 olan texniki pasport) Xaçmaz rayonunun Səlim-oba kəndində yerləşən 5,0 hektar torpaq sahəsinin 4.61 hektar hissəsində cavabdehin fəaliyyəti və istifadəsi nəticəsində tikilmiş tikililər cavabdehin öz hesabına sökülsün və həmin sahə tam şəkildə boşaldılması, iddianın qalan hissədə təmin edilməməsi qərar alınmışdır. Qətnamənin nəticə hissəsindən və həmin iş üzrə verilmiş icra sənədindən də, göründüyü kimi, icra sənədində göstərilmiş tələblər tam aydın şəkildə ifadə olunmaqla icraya yönəldilmişdir. Bu halda isə icra məmurunun qətnaməyə izah olunmasına dair müraciətinin hansı zərurətdən yarandığı anlaşılan deyil. Bundan başqa, icra məmurunun ərizəsinin qətnaməyə izah kimi təqdim olunmasına baxmayaraq, ərizənin sonuncu abzasında məhkəmədən sorğu edilən izah “mübahisə predmeti olan torpaq sahəsinin hansı idarəyə aid olub-olmamasının müəyyənləşdirilməsi ilə bağlı” verilmişdir. Məhkəmə qeyd edir ki, məhkəmədən sorğu edilən izah ümumiyyətcə qətnaməyə izah verilməsinə dair ərizənin mahiyyətinə və İcra haqqında Azərbaycan Respublikası Qanununun 14-cu maddəsinin mahiyyətinə ziddir. Belə ki, “mübahisə predmeti olan torpaq sahəsinin hansı idarəyə aid olubolmamasının müəyyənləşdirilməsi ilə bağlı” məsələ, yəni iddia predmeti ilə bağlı mübahisə tərəflərin şikayəti əsasında yalnız yuxarı instansiya məhkəməsi tərəfindən araşdırıla bilər. Belə ki, İcra haqqında Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etməlidir. Qətnamənin nəticə hissəsindən və həmin iş üzrə verilmiş icra sənədindən də, göründüyü kimi, icra sənədində göstərilmiş tələblər tam aydın şəkildə ifadə olunmaqla icraya yönəldilmişdir. Bundan əlavə, məhkəmə onu da qeyd edir ki, mülki iddiaya baxılarkən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuşdur. Məhkəmə Ekspertiza Mərkəzinin 14.12.2021-ci il tarixli ekspert rəyində qeyd olunmuşdur ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz ərazi idarəsi tərəfindən verilmiş **********28-12101 reyestr nömrəli və inventar nömrəsi 70 olan texniki pasporta əsasən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli X8-X1i sahibliyinə və istifadəsinə verilmiş Xaçmaz rayonunun Səlimoba kəndi ərazisində yerləşən 5,0 ha (50357.4 kv.metr) torpaq sahəsinin 4,61 ha hissəsi cavabdeh Borclu tərəfindən istifadə olunur və orada tikinti mövcuddur. Yuxarıda sadalananlardan da, göründüyü kimi, icra məmurunun ərizəsi əsassız olduğundan, həmçinin və ərizənin sonuncu abzasında məhkəmədən xahiş olunan tələb ümumiyyətcə qətnaməyə izah verilməsinə dair məsələyə aid olmadığından ərizə təmin olunmamalıdır. Bundan əlavə, məhkəmə onu da qeyd edir ki, İcra Haqqında Azərbaycan Respublikasının 40.1-ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi zamanı xüsusi biliklər tələb edən məsələləri izah etmək üçün icra məmuru öz təşəbbüsünə və ya tərəflərin ərizəsinə əsasən mütəxəssis (bir neçə mütəxəssis) dəvət edir və bu barədə icra məmuru tərəfindən müvafiq qərar qəbul olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. 230.2. Birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir. 230.3. Qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir. 230.5. Qətnamənin və ya qərardadın izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 230, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Xaçmaz rayon məhkəməsinin Xaçmaz rayon məhkəməsinin 05.02.2021-ci il tarixli 2(067)-129/2021 saylı qətnaməsinə izah verilməsinə dair ərizə təmin edilməsin. Qərardaddan 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar