Məhkəmə qərarları › İş №8(067)-25/2025

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №8(067)-25/2025

02.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 8(067)-25/2025 02.06.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Hüseynova Məhbubə Təbriz qızının katibliyi ilə, X1 ödənilməli olan aliment məbləğinin indeksasiya tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 qətnamə üzrə tutulmuş aliment məbləğinin indeksasiyası tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli, 2(067)-523/2022 saylı qətnaməsi üzrə borclu Maraqlı şəxs ödəməli olduğu pul məbləğinin indeksasiya edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayon Məhkəməsi (hakim A.Sadıqov) tərəfindən iddiaçı X9 cavabdeh Maraqlı şəxs qarşı «nikahın pozulması, uşaq və aliment» tələbinə dair iddiası üzrə mülki işə 17 avqust 2022-ci il tarixdə baxaraq iddianın qismən təmin edilməsi, Əkbərova (İskəndərova) Arzu Nəsib qızı ilə cavabdeh Maraqlı şəxs arasında xx.xx.2010-cu il tarixdə bağlanmış nikahın pozulması, xx.xx.2010-cu il təvəllüdlü X5, xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X3 anaları Əkbərova (İskəndərova) Arzu Nəsib qızının yanında (himayəsində) saxlanılması, uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün 11 yanvar 2022-ci il tarixdən başlayaraq Maraqlı şəxs hər ay hər uşaq üçün 110 manat sabit pul şəklində alimentin alınaraq Əkbərova (İskəndərova) Arzu Nəsib qızına verilməsi, qətnamənin alimentə aid hissəsinin dərhal icra olunması, iş üzrə ödənilmiş 200 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilmişdir. Xaçmaz Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli, 2(067)-523/2022 saylı qətnaməsi qanuni qüvvəsini alıb icraya yönəldilsə də, iki ildən artıqdır ki, borclu alimentini ödəmir. Ərizəçi Əkbərova (İskəndərova) Arzu Nəsib qızı məhkəməyə ərizə yazaraq işə onun iştirakı olmadan baxımasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə olan sənədlərə baxış keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. - Xaçmaz Rayon Məhkəməsinin 2(067)-523/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən tərəflər arasında olan nikah pozulmuş, xx.xx.2010-cu il təvəllüdlü X5, xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X7 anaları Əkbərova (İskəndərova) Arzu Nəsib qızının yanında (himayəsində) saxlanılmış, uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün 11 yanvar 2022-ci il tarixdən başlayaraq Maraqlı şəxs hər ay hər uşaq üçün 110 manat sabit pul şəklində alimentin alınaraq Əkbərova (iskəndərova) Arzu Nəsib qızına verilməsi qət edilmişdir. - Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/2160 saylı rəyindən müəyyən olunur ki, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin stat.gov.az rəsmi internet səhifəsindən alınan məlumatlara əsasən 2022-ci ilin yanvar ayından xx.xx.2025-ci il tarixədək (ekspert rəyinin verildiyi tarixə) əsas vəsaitlərin dəyərinin vaxtında qaytarılmamasına görə istehlak qiymətləri indeksi 122.60 faiz təşkil etmiş, yəni qiymətlərin səviyyəsi 22.6 faiz artmışdır. Belə olan halda, 11 yanvar 2022-ci il tarixdən başlayaraq borclu Maraqlı şəxs tutularaq Əkbərova (İskəndərova) Arzu Nəsib qızına hər ay hər uşaq üçün 110 manat sabit pul şəklində ödənilməli olan və ödənilməməklə hər ay artmaqda olan (ödənilməmiş) aliment borcu rəy verilən xx.xx.2025-ci il tarixədək olan müddət (39 ay) üçün əsas vəsaitlərin dəyərinin vaxtında qaytarılmamasına görə istehlak qiymətlərinin indeksasiyası 15.778,62 (330,0 manat x 122.6 % x 39 ay = 15.778,62) manat məbləğində olduğu müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Qeyd olunan maddə məhkəmənin qanuni qüvvəyə minmiş və icraya yönəldilmiş qətnaməsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulması qət olunan pul məbləğlərinin indeksasiyasının həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Ödənilməli olan pul məbləğlərinin indeksasiyası dedikdə, tələbkarın hüquqlarının və qanuni mənafeyinin inflyasiya proseslərinin mənfi təsirlərindən qorunması məqsədilə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tələbkara ödənilməli olan pul məbləğinin inflyasiyanın artım səviyyəsinə mütənasib olaraq artırılması başa düşülməlidir. 232.2-ci maddəyə görə ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. 232.3-cü maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Məhkəmə işin faktiki hallarını və prosessual hüquq normaları nəzərə alaraq hesab edir ki, istehlak qiymətləri indeksinə əsasən indeksləşdirmə aparılmasına məhkəmə tərəfindən qiymət verildiyindən tələbkar ərizənin təmin edilməsini tələb etməkdə haqlı olmuşdur. Məhkəmə ərizəni, ona əlavə olunmuş sənədləri və ekspert rəyini araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizə təmin edildiyindən 100 manat ekspertiza xərci Maraqlı şəxs tutulub dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 232, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli 2(067)-523/22 saylı qətnaməsinə əsasən üç uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün 11 yanvar 2022-ci il tarixdən başlayaraq borclu Maraqlı şəxs tutularaq Əkbərova (İskəndərova) Arzu Nəsib qızına hər ay hər uşaq üçün 110 manat sabit pul şəklində ödənilməli olan və ödənilməməklə hər ay artmaqda olan (ödənilməmiş) aliment borcu rəy verilən xx.xx.2025ci il tarixədək olan müddət (39 ay) üçün indeksasiya edilməklə 15778,62 manat müəyyən edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində ekspertiza xərci Maraqlı şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən hesabına köçürülsün. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar