Məhkəmə qərarları › İş №8(067)-252/2023

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №8(067)-252/2023

21.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 8(067)-252/2023 21.12.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, Borclu, İcra məmuru X2 iştirakları ilə, Borclunun əmlakının üzərinə həbs qoyulmasına dair Xaçmaz Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş təqdimata açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Xaçmaz Rayon İcra və probasiya şöbəsi təqdimata (məktubla) məhkəməyə müraciət edərək, Borclu məxsus olan Xaçmaz rayon, Xanlıq-oba kəndində yerləşən 4.49 ha ümumibirgə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 3.49 ha hissəsinin üzərinə həbs qoyulması məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Xaçmaz rayon məhkəməsi tərəfindən verilmiş 2(067)-1321/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu oğundan hər ay 3 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 405 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu oğunun icra sənədində qyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətinin yoxlanılması ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Elektron İcra İnformasiya Sistemi vasitəsilə aidiyyatı orqanlara sorğular edilmişdir. ƏMDK yanında DƏDRK Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi idarəsinin xx.xx.2023-cü il tarixli, N-21-3-34/2- 14273/23 saylı məktubuna əsasən müəyyən olunmuşdur ki, Borclu adına Xaçmaz rayonu, Xanlıq-oba kəndində JN-23 nömrəli Dövlət aktı ilə 4.49 ha ümumibirgə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi müəyyən olunmuşdur. İcra haqqında” Azərbaycan Respublikası Qanunun 45.1-ci maddəsinin tələbinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə iclasında icra məmuru bildirmişdir ki, Xaçmaz rayon məhkəməsi tərəfindən verilmiş 2(067)-1321/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu oğundan hər ay 3 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 405 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. Lakin borclu tərəfindən heç bir ödəniş edilməyib. Hazırda borclunun 7905 manat aliment borcu vardır. Artıq iki dəfə aliment borcunu ödəmədiyi üçün inzibati qaydada həbs olunmuşdur. Borclunun əmlak vəziyyəti yoxlanılaraq ailə üzvləri ilə birgə mülkiyyətində 4.49 ha torpaq sahəsi aşkar edilmişdir. Nazirlər Kabinetinin qərarı ilə paylı mülkiyyətdə olan torpaq sahəsinin 1.0 ha hissəsi ailənin gəlir yeri kimi saxlanılmaqla qalan hissəsinə həbs qoyulmasını xahiş etmişdir. Məhkəmə iclasında borclu izahatında göstərdi ki, təqdimat əsassızdır və təmin olunmasına etiraz edir. Həmin torpaq sahəsi ailəsinin tək gəlir yeridir. Artıq 4 aydır işləyir, aylıq 300-350 manat əmək haqqı alır. Maddi imkanı aşağı olduğuna görə alimenti ödəməyə çətinlik çəkir. Bu günə qədər 600 manat aliment ödəmişdir. 2024-cü ilin yaz aylarına qədər aliment borcunu ödəməyi öhdəsinə götürür. Təqdimatın təmin olunmasını xahiş etmişdir. İş üzrə tələbkara məhkəmə iclasının vaxtı və yeri barəsində lazimi qaydada məhkəmə bildirişləri göndərilsədə o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, icra işinin materiallarını araşdırıb hesab edir ki, təqdimat qismən təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, Xaçmaz Rayon Məhkəməsi tərəfindən verilmiş 2(067)-1321/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu oğundan hər ay 3 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 405 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 xeyrinə ödənilməsi qərara alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz ərazi idarəsinin 01 noyabr 2023-cü il tarixli məktubundan görünür ki, Borclu ümumi birgə mülkiyyətində olan, Xaçmaz rayonu, Xanlıqoba kəndində yerləşən 4.49 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi müəyyən olunmuşdur. İş materiallarından görünür ki, borcluya icraata başlama barədə qərar və tələbin könüllü icrası barədə bildirişlər təqdim olunmuş, boculunun izahatları alınmışdır. İş materiallarından olan, borclunun xx.xx.2023-cü il tarixli izahatından görünür ki, tələbkara 600 manat aliment ödəmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarıdır. Həmin Qanunun 43.1 və 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakına üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirləri sırasına daxildir. Bu Qanunun 45.1-ci maddəsin əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 45.2-ci maddəsinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən, banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür.Qeyd edilən Qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Azərbaycan Respublikası MPM-nin 15-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərarı bütün dövlət hakimiyyəti, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 50.1-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmə qərardadı ilə qoyulur. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Məhkəmə işin hallarını obyektiv, hərtərəfli, tam və qərəzsiz araşdırıb tətbiq edilməli olan hüquq normalarına uyğun qiymət verərək bu nəticəyə gəlir ki, təqdimat qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1321/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclunun ümumibirgə mülkiyyətində olan Xaçmaz rayonu, Xanlıq-oba kəndində yerləşən 4.49 ha torpaq sahəsinin borcluya məxsus 6/1 hissəsinin üzərinə həbs qoyulmaqla icra sənədi üzrə borcludan tutulmalı məbləğin ödənilməsi üçün yetərli olduğundan, üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən Borclu payına düşən Xaçmaz rayonu, Xanlıq-oba kəndində yerləşən 4.49 ha torpaq sahəsinin 6/1 hissəsinin üzərinə həbs qoyulması məqsədəmüvafiqdir. Təqdimatın qalan hissədə təmin edilməsinə əsas olmadığından, həmin hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat qismən təmin edilsin. Borclu məxsus olan Xaçmaz rayonu, Xanlıq-oba kəndində yerləşən 4.49 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 6/1 hissəsinin üzərinə həbs qoyulsun. Təqdimat qalan hissədə təmin olunmasın. Qərardadın icrası Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan 10 gün müddətinə Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar