Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 8(067)-26/2025 07.02.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, X1 Maraqlı şəxs 08 may 2020-ci il tarixli qərardadından şikayət verilməsi müddətinin bərpasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X3 ərizə ilə məhkəməyə müraciət edərək, Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 273/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinin icra sənədi üzrə işə xitam verilməsi barədə icra məmurunun xx.xx.2020-ci il tarixli qərarından şikayət etmə müddətinin buraxılmasını üzürlü hesab edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, borclu özü də etiraf edir ki, uzunluğu 25 metr olan ərazinin boşaldılması barədə o akta imza etmiş, tələbkarın mülkiyyətinə kimi olan əlavə 50 metr məsafənin boşaldılması ilə bağlı ona heç bir irad bildirilməmişdir və o, bu faktı, nümayəndə Əliabbas Rüstəmovla mülkiyyətləri olan torpaq sahəsinin ərazisinədək gedərkən danışıqları zamanı da etiraf etmişdir. Ən əsası isə, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-273/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinin icra sənədi üzrə işə xitam verilməsi barədə icra məmurunun xx.xx.2020-ci il tarixli qərarı ümumiyyətlə onlara təqdim edilməmiş və onun mövcudluğundan ümumiyyətlə xəbərləri belə olmamışdır və tək bu fakt yetərlidirki, qərardan şikayət etmə müddətinin buraxılması üzürlü hesab edilsin. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, cavabdeh buraxılmış prosessual müddətin üzrlü səbəbdən baş verməsini təsdiqləyən heç bir sübut təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, prosessual müddətin bərpasına dair ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.5-ci maddəsinə əsasən, müddətin bərpasından imtina barədə qərardad çıxarılır. Həmin Məcəllənin 133.6-cı maddəsinə əsasən, prosessual müddətlərə dair məsələ üzrə qərardaddan işdə iştirak edən şəxslər şikayət verə bilər. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, şikayətin verilməsi ilə əlaqədar qanunvericilikdə nəzərdə tutulan prosessual müddətin ötürülməsi üzrlü hesab edilməməklə həmin müddət bərpa edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133-cü, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizə təmin edilməsin. X1 Maraqlı şəxs 08 may 2020-ci il tarixli qərardadından şikayət verilməsi müddətinin bərpasına dair ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər Hakim: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №8(067)-26/2025
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №8(067)-26/2025
07.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver