Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 8(067)-274/2025 19.03.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi ilə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-584/2023-016 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Xaçmaz rayon İcra və Probasiya Şöbəsi təqdimatla məhkəməyə müraciət edərək, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-584/2023-016 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Xaçmaz rayon İcra və probasiya Şöbəsi təqdimatı onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixli qərarla icraata başlanıldığı Xaçmaz Rayon Məhkəməsi tərəfindən verilmiş 2(067)-584/2023-016 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 360 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2023-cü il tarixində Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. xx.xx.2023-cü il tarixli qərarla icraata başlanıldığı Xaçmaz Rayon Məhkəməsi tərəfindən verilmiş 2(067)-1809/2023-016 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu cəmi 5166 manat tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2023-cü il tarixində Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün Xaçmaz rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Qeyd olunan icra sənədi üzrə borclunun ödənilməmiş 9000 manat aliment borcu yaranmışdır. Həmçinin borclu tərəfindən 5166 manat tələbkar X1 xeyrinə ödənilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84- 1-ci maddəsini rəhbər tutaraq, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, təqdimatı verən Xaçmaz rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi, borclu və tələbkar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iclasının təqdimatı verən Xaçmaz rayon İcra və Probasiya şöbəsinin nümayəndəsinin, borclunun və tələbkarın iştirakları olmadan keçirilməsi məqəsədmüvafiq hesab edilmişdir. Məhkəmə təqdimata əlavə edilmiş sənədləri araşdırarkən hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Xaçmaz Rayon Məhkəməsinin 2(067)-584/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən X6 ilə Musayeva (Şah-Əmirova) Gülnarə Lukmanovna arasında xx.xx.2007-ci ildə bağlanmış nikah qeydi pozulmuşdur. xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X7 anaları Musayeva (Şah-Əmirova) Gülnarə Lukmanovnanın yanında (himayəsində) qalmaları, xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün 28 dekabr 2022-ci il tarixdən başlayaraq Borclu hər ay hər uşaq üçün 180 manat məbləğində aliment alınaraq Musayeva (Şah-Əmirova) Gülnarə Lukmanovnaya verilməsi, eyni zamanda məhkəmə qətnaməsi alimentin tutulması hissəsində dərhal icra olunmaqla ekspertiza tədqiqatının dəyəri olan 120 manat məbləğində pulun 30 manatı Borclu, 60 manatı isə Musayeva (Şah- Əmirova) Gülnarə Lukmanovnadan alınaraq X2, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** AZ34CTRE******************** hesaba köçürülməsi qət edilmişdir. - xx.xx.2023-cü il tarixdə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X10 tərəfindən 2(067)-584/2023-016 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə “İcraata başlamaq haqqında” qərar qəbul olunmuş və həmin tarixdə tələbin könüllü icrası barədə bildiriş borcluya təqdim edilmişdir. - Tələbkar Musayeva (Şah-Əmirova) Gülnarə Lukmanovna xx.xx.2025-ci il tarixli ərizə ilə Xaçmaz rayon İcra və Probasiya müraciət edərək Borclu 9000 manat aliment borcunun olduğunu və həmin tarixədək alimenti özü tələb etmədiyini, hazırda isə yığılmış borcun ödənilməsi üçün təbirlər görülməsini və eyni zamanda ona sosial müavinətlə bağlı arayış təqdim edilməsini xahiş etmişdir. - Borclu barəsində məlumatları elektron sorğulaması sənədlərindən adında adında hər hansı əmlak və ya gəlir məlumatları olmadığı müəyyən olunmuşdur. İcra haqqında Azərbaycan Respublikası Qanununun: 84-1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. 84-1.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Qanunun qeyd olunan norması borclu məhkəmə qərarı əsasında verilmiş icra sənədlərini könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra etmədikdə icra məmurunun əsaslandırılmış təqdimatı əsasında borclunun ölkədən getmək hüququnun məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırılmasını nəzərdə tutur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqdimat təmin edilməli və xx.xx.1986-cı ildə Xaçmaz rayonu, Xudat şəhərində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan, Azərbaycan Respublikasının vətəndaşı, Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. xx.xx.1986-cı ildə Xaçmaz rayonu, Xudat şəhərində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan, Azərbaycan Respublikasının vətəndaşı, Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardad dərhal icraya yönəldilsin. Qərardaddan 10 gün müddətinə Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Şikayət verilməsi qərardadın icrasını dayandırmır. Hakim: Aynur Əliyeva
Məhkəmə qərarları › İş №8(067)-274/2025
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №8(067)-274/2025
19.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver