Məhkəmə qərarları › İş №8(067)-275/2025

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №8(067)-275/2025

04.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 8(067)-275/2025 04.04.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mİrhəsən qızının sədrliyi və məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi ilə borclu X5 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin təqdimatına Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin rəisi, ədliyyə müşaviri X10 təqdimatla məhkəməyə müraciət edərək, borclu X5 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, 12 aprel 2022-ci il tarixli qərarla icraata başlanılan Xaçmaz rayon Məhkəməsi tərəfindən 2(067)-851/2022 nömrəli, 29 mart 2022ci il tarixli icra sənədinə əsasən borclu X4 hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi 12 aprel 2022-ci il tarixində Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə borclu X6 göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəflərindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Hazırda borclunun tələbkarın xeyrinə ödənilməmiş 7700 manat aliment borcu vardır. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Təqdimatla müraciət etmiş şəxs - Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə, tələbkar X2 və borclu X6 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məhkəmə bildirişləri çatdırılmasına baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə təqdimatla müraciət etmiş şəxs - Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsinin, tələbkar X1 və borclu X5 iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimata əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Belə ki, icra haqqında Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Belə ki, iş materiallarına əlavə edilmiş Xaçmaz rayon Məhkəməsinin 29 mart 2022ci il tarixli, 2(067)-851/2022 saylı icra sənədindən müəyyən olunur ki, xx.xx.2005-ci il təvəllüdlü X3 və xx.xx.2008-ci il təvəllədlü X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün 02 fevral 2022-ci il tarixdən başlayaraq Borclu hər ay hər uşaq üçün 150 manat sabit pul şəklində aliment alınaraq X2 verilməlidir. İş materiallarına əlavə edilmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X9 icraata başlamaq haqqında 12 aprel 2022-ci il tarixli qərarından müəyyən olunur ki, həmin icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası barədə 12 aprel 2022-ci il tarixli tələbin könüllü icrası barədə bildirişindən və 04 mart 2025-ci il tarixli izahatdan müəyyən olunur ki, borclu X6 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi təklif olunmuş, əks halda qanuna müvafiq tədbirlərin görülməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş elektron informasiya sistemindən əldə olunmuş məlumatdan müəyyən olunur ki, borclu X5 mülkiyyətçisi olduğu hər hansı bir daşınar və daşınmaz əmlak qeydə alınmamışdır. Qanunun qeyd olunan norması borclu məhkəmə qərarı əsasında verilmiş icra sənədlərini könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra etmədikdə icra məmurunun əsaslandırılmış təqdimatı əsasında borclunun ölkədən getmək hüququnun məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırılmasını nəzərdə tutur. Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, təqdimat təmin edilməli və xx xxxxxx 1981-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki olaraq ünvan 2 borclu X5 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərarverdi: Təqdimat təmin edilsin. xx xxxxxx 1981-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki olaraq ünvan 2 borclu X5 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardad dərhal icraya yönəldilsin. Qərardadın iş üzrə icraatın dayandırılması hissəsindən 10 gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Xaçmaz rayon Məhkəməsinə şikayət verilə bilər. Şikayət verilməsi qərardadın icrasını dayandırmır. Sədrlik edən: Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar