Məhkəmə qərarları › İş №8(067)-29/2020

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №8(067)-29/2020

16.09.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 8(067)-29/2020 16.09.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun iştirakı ilə, Xaçmaz rayon İcra və Probasiya şöbəsinin icra məmuru Adıgözəlov Faqil Həsən oğlunun, Tələbkar, Borclu, Müdafiəçi X1 iştirakları ilə, Borclu məxsus Xaçmaz rayonu Çarxı kəndində yerləşən 0.77 ha, 2.31 ha, 4.59 ha və 0.6088 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahələrinə dair sərəncam vermək hüququnun qadağan olunması və tələbin həmin əmlaka yönəldilməsinə dair Xaçmaz rayon İcra və Probasiya şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Borclu məxsus Xaçmaz rayonu Çarxı kəndində yerləşən 0.77 ha, 2.31 ha, 4.59 ha və 0.6088 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahələrinə dair sərəncam vermək hüququnun qadağan olunması və tələbin həmin əmlaka yönəldilməsi barədə təqdimatla məhkəməyə müraciət edilmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Xaçmaz rayon məhkəməsinin 2(067)-449/2015 saylı xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən Borclu 130000 manat məbləğində pul alınaraq Tələbkar ödənilməlidir. Borclu icra sənədini icra etmədiyindən, tələbin onun əmlakına yönəldilməsi məqsədi ilə borclunun əmlak vəziyyəti yoxlanılmış və yoxlama zamanı Borclu mülkiyyətində olan Xaçmaz rayonu Çarxı kəndində yerləşən 0.77 ha, 3,46 ha, 1.54 ha, 2.31 ha, 4.59 ha və 0.6088 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahələri qeydə alınmışdır. “İcra Haqqında” Azərbaycan Respublikası qanunun 50.2-ci maddəsinin tələblərinə uyğun olaraq icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbsin bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulmalı olduğunu nəzərə alaraq Borclu mülkiyyətində olan Xaçmaz rayonu Çarxı kəndində yerləşən 0.77 ha, 2.31 ha, 4.59 ha və 0.6088 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahələrinə dair sərəncam vermək hüququnun qadağan olunması və tələbin həmin əmlaka yönəldilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında Xaçmaz rayon İcra və Probasiya şöbəsinin icra məmuru təqdimatı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirdi ki, bir sıra məcburi icra tədbirləri görülmüş, borclunun ölkədən çıxmasına qadağa qoyulmuşdur. Həmçinin inzibati məsuliyyətə də cəlb edilmişdir. Məhkəmə iclasında borclu izahatında bildirmişdir ki, tələbkara borclu olduğu məbləğdən 47000 manat ödəmişdir. Qətnamələrdən Apellyasiya şikayəti verməmişdir. Borc məbləğindən ödənişlər etməkdə də davam edir. Əmlakına həbs qoyularsa tələbkar həmin torpağı sata bilər. Həmin torpaqda isə o, bağ salmışdır. Əmlakına həbs qoyulmasına etiraz etmir. Əlavə olaraq bildirdi ki, borc ödəməməsinin səbəbi maddi imkanının olmamasıdır. Məhkəmə iclasında tələbkar və onun müdafiəçisi izahatlarında bildirmişlər ki, borclu ona müəyyən qədər ödəniş etmişdir. Qalan məbləğ ödənilməyib. 5 ildir ki, qətnamə icra olunmur. Məhkəmə icra işinin materiallarını araşdırıb hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 2(067)-449/2015 saylı xx.xx.2015-ci il tarixli icra sənədindən müəyyən olunur ki, Borclu 130 000 manat məbləğində pul alınaraq Tələbkar ödənilməlidir. İş materiallarından müəyyən olunur ki, Borclu mülkiyyətində Xaçmaz rayonu Çarxı kəndində yerləşən 0.77 ha, 3,46 ha, 1.54 ha, 2.31 ha, 4.59 ha və 0.6088 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahələri qeydə alınmışdır. İş materiallarından görünür ki, borcluya icraata başlama barədə qərar və tələbin könüllü icrası barədə bildiriş təqdim olunmuşdur. «İcra haqqında» Azərbaycan Respublikasının qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərində həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsinədən və ya saxlamaq üçün verilməsindən ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 236-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrasını bu Məcəllənin 13-cü fəslində müəyyən olunmuş qaydada təmin edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianın təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edlməsinə prosesin istənilən mərhələsində yol verilir. Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, təqdimat təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldı : Təqdimat təmin edilsin. Borclu mülkiyyətində olan Xaçmaz rayonu Çarxı kəndində yerləşən 0.77 ha, 2.31 ha, 4.59 ha və 0.6088 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahələrinə dair sərəncam vermək hüququ qadağan edilsin. Qərardadın icrası Xaçmaz rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan 10 gün müddətinə Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar