Məhkəmə qərarları › İş №8(067)-29/2022

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №8(067)-29/2022

24.02.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 8(067)-29/2022 24.02.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, Tələbkar iştirakı ilə, Xaçmaz rayon məhkəməsinin 20 aprel 2021-ci il tarixli 2(067)-973/2021 saylı icra sənədinin hissə-hissə icra edilməsinə dair borclu "xxxx" MMC-nin ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Xaçmaz Rayon Məhkəməsinin 02.10.2020-ci il tarixli, 2(067)-973/2021 saylı qətnaməsinə əsasən "xxxx" MMC-dən 1250 manat məbləğində əmək haqqı və 30 manat məbləğində dövlət rüsumunun alınaraq Tələbkar ödənilməsi qət edilmişdir. Qətnamə icra edilməsi üçün Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş və borcluya borcun ödənilməsi üçün könüllü müddət verilmişdir. Borclu «"xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək, Xaçmaz Rayon Məhkəməsinin 02.10.2020-ci il tarixli, 2(067)-973/2021 saylı qətnaməsinə əsasən "xxxx" MMC-dən 1250 manat məbləğində əmək haqqı və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamənin ayda 50 manat olmaqla hissə-hissə icra edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Borclu "xxxx" MMC ərizəsini onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin 02.10.2020-ci il tarixli, 2(067)-973/2021 saylı qətnaməsinə əsasən "xxxx" MMC-dən 1250 manat məbləğində əmək haqqı və 30 manat məbləğində dövlət rüsumunun alınaraq Tələbkar ödənilməsi qət edilmişdir. Qətnamə icra edilməsi üçün Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Hal-hazırda Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru məhkəmə qətnaməsinin icra olunması ilə bağlı "xxxx" MMC-nin müdiri X1 rəsmi və şifahi xəbərdarlıqlar edilməsinə baxmayaraq onun maddi vəziyyəti yol vermədiyindən, MMC-nin fəaliyyəti dayandığından borcu ödəyə bilmir. X2 hal-hazırda heç yerdə işləmir, digər qazanc yeri yoxdur, yaşlı və xəstə anasına baxır və maddi çətinlik içərisində yaşayır. Belə bir vəziyyətdə olan borcu bir yerdə ödəyə bilmir. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırki vəziyyətdə borcu ayda 50 manat olmaqla hissə-hissə ödəyə bilər. Məhkəmə iclasında Tələbkar bildirmişdir ki, Xaçmaz rayon məhkəməsinin 20 aprel 2021-ci il tarixli 2(067)-973/2021 saylı icra sənədinə əsasən "xxxx" MMC-dən 1250 manat məbləğində əmək haqqı və 30 manat məbləğində dövlət rüsumu alınaraq ona ödənilməlidir. Hazırkı vaxtadək borclu icra sənədini icra etmir. O, icra sənədinin hissəhissə icra edilməsinə razı deyil. Ona görə ki, qətnamə qəbul ediləndən xeyli vaxt keçib və onun də maddi imkanı yoxdur. Qeyd olunanlara əsasən ərizənin rədd edilməsini xahiş etmişdir. Borclu "xxxx" MMC-nə və Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məktublar çatdırılsa da, borclu "xxxx" MMC-nin nümayəndəsi və Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi məhkəmə iclasına heç bir üzrlü səbəb göstərmədən gəlməmişdir. Məhkəmə borclu "xxxx" MMC-nin nümayəndəsinin və Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsinin iştirakı olmadan borclunun ərizəsinə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikasının MPM-nin 231.1.-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. İcra haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2.-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3.-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafıəsi haqqında» Avropa konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, onun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Hüquqi cəhətdən dəyərləndirilməsi vacib olan məsələlərdən biri də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra olunmamasıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında həmçinin qeyd edilir ki, Avropa Konvensiyasmm iştirakçısı olan dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş və icra edilməli olan qətnamənin tərəflərdən birinə münasibətdə icrasız qalmasına imkan versəydi, onda ədalətli məhkəmə baxışında olan hüquq xəyali xarakter alardı. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası «məhkəmə baxışının tərkib hissəsi» kimi qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Homsbi Yunanıstana qarşı iş»də (19 mart 1997-ci il) qeyd etmişdir ki, iştirakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasın və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan "məhkəmə baxışına hüquq" xəyali xarakter alacaqdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Burdov Rusiyaya qarşı» işdə (7 may 2002-ci il) eyni xarakterli məsələlərə bir daha toxunaraq qeyd etmişdir ki, məhkəmə qərarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1-ci bəndində ifadəsini tapmış müddəanın faydalılıq qüvvəsindən məhrum etmiş olur. Məhkəmə həmin fikirlərini "xxxx" MMC Rusiya Federasiyasına qarşı» işdə (14 iyun 2005-ci il) də təkrarlamış, cavabdehin dövlətin məhkəmə qətnaməsinin icra olunmamasında vəsait çatışmazlığına istinad etməsini əsaslı hesab etməmişdir. "Roseltrans» ASC Rusiya Federasiyasma qarşı" (21 iyul 2005-ci il) işdə məhkəmə belə nəticəyə gəlmişdir ki, ağlabatan müddətdə ədalətli, açıq məhkəmə baxışının keçirilməsini nəzərdə tutan Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin məhkəmə qətnaməsinin icrasına təminat verməməsini təsəvvür etmək çətindir. Qeyd olunanları, eləcə də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin vaxtında iсra edilməməsinin tələbkarın qanunla qorunan hüquq və mənafelərinə zidd olmasını, tələbkarda ədalət mühakiməsinin nüfuzuna inamın azalmasına səbəb ola biləcəyini, həmçinin borclu maddi vəziyyətinin qənaətbəxş olmamasına dair məhkəməyə kifayət qədər sübut təqdim etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki qətnaməyə əsasən borcun hissə-hissə ödənilməsinə dair ərizə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 231, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Xaçmaz rayon məhkəməsinin 20.04.2021-ci il tarixli 2(067)-973/2021 saylı icra sənədinin hissə-hissə icra edilməsinə dair borclu "xxxx" MMC-nin ərizəsi təmin edilməsin. Qərardaddan Xaçmaz Rayon Məhkəməsinə 10 gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar