Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 8(067)-320/2025 19.03.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, İzzətli Anar İzzət oğlunun katibliyi, Tələbkar iştirakı ilə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırlması haqqında təqdimatına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək borclu- xx.xx.1993-cü il təvəllüdlü Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar çıxarılmasını xahiş etmişdir. İş üzrə təqdimatla müraciət etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi və tələbkar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimat vermiş şəxsin və tələbkarın məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixli qərarla icraata başlanılmış, Xaçmaz rayon məhkəməsi tərəfindən verilmiş 2(067)-305/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.1993-ci ildə ünvan 1i ünvanında qeydiyyatda olan və yaşayan Borclu 5040 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2024-cü il tarixdə Xaçmaz rayon icra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbin könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəflərindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi Borclu tələbkarın xeyrinə heç bir ödəniş etməmişdir. Əlavə olaraq bildirmək istəyirlər ki, qeyd olunan təqdimat Ədliyyə Nazirliyinin İcra Xidməti ilə razılaşdırılmışdır. Hesab edirlər ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84- 1-ci maddəsini rəhbər tutulmaqla, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılması xahiş olunur. Məhkəmə iclasında iştirak edən Tələbkar güstərmişdir ki, Xaçmaz rayon məhkəməsinin 11 yanvar 2024-cü il tarixli qətnaməsinə əsasən Borclu 5040 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi qət edilmiş və məhkəmə qətnaməsi icraya yönəldilmişdir. Lakin borclu keçən müddət ərzində ona hər hansı məbləğdə pul ödəməmiş, müxtəlif bəhanələrlə pulun qaytarılmasından boyun qaçırmışdır. Hazırda verilmiş təqdimqtın təmin edilməsinə etirazı yoxduir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Xaçmaz rayon məhkəməsi tərəfindən verilmiş 2(067)-305/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu 5040 manat məbləğində pul vəsaitinin tutularaq Tələbkar xeyrinə ödənilməsi təmin edilməlidir. Xaçmaz rayon İcra və Probasiya şöbəsinin icra məmurunun icraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Borclu 5040 manat məbləğində pul vəsaitinin tutularaq Tələbkar xeyrinə ödənilməsinə dair Xaçmaz rayon məhkəməsi tərəfindən verilmiş 2(067)-305/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi xx.xx.2024cü il tarixdə Xaçmaz rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmaqla qeyd olunan icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında icra məmurunun xx.xx.2024-cü il tarixli bildirişindən görünür ki, Xaçmaz rayon İcra və Probasiya şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə Borclu tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. «İcra haqqında» Azərbaycan Respublikasının qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Qanunun qeyd olunan norması borclu məhkəmə qərarı əsasında verilmiş icra sənədini könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra etmədikdə icra məmurunun əsaslandırılmış təqdimatı əsasında borclunun ölkədən getmək hüququnun məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırılmasını nəzərdə tutur. Odur ki, təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməli və Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda qeyd olunanları və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqdimat təmin edilsin. Müvafiq icra sənədi üzrə borclu- xx.xx.1993-cü ildə ünvan 2i ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardad dərhal icraya yönəldilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Şikayət verilməsi qərardadın icrasını dayandırmır. Sədrlik edən Xıdır Quliyev
Məhkəmə qərarları › İş №8(067)-320/2025
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №8(067)-320/2025
19.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver