Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 8(067)-321/2025 19.03.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-846/2024-013 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Xaçmaz rayon İcra və Probasiya Şöbəsi təqdimatla məhkəməyə müraciət edərək, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-846/2024-013 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Xaçmaz rayon İcra və probasiya Şöbəsi təqdimatı onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixli qərarla icraata başlanıldığı Xaçmaz Rayon Məhkəməsi tərəfindən verilmiş 2(067)-846/2024-013 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.1993-cü ildə Xaçmaz rayonunda anadan olmuş, Xaçmaz rayonu, Hacıəlibəy ərazi dairəsi, Suxtaqışlaq kəndində qeydiyyatda olan və Xaçmaz şəhəri. H.Z.Tağıyev küçəsi ev 1-də yaşayan Borclu 5070 manat məbləğində pul vəsaiti tutularaq Tələbkarzının xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2024-cü il tarixində Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün Xaçmaz rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi Borclu tələbkarın xeyrinə heç bir ödəniş etməmişdir. Qeyd olunan təqdimat Ədliyyə Nazirliyinin İcra Xidməti ilə razılaşdırılmışdır. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84- 1-ci maddəsini rəhbər tutaraq, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, təqdimatı verən Xaçmaz rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi, borclu və tələbkar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iclasının təqdimatı verən Xaçmaz rayon İcra və Probasiya şöbəsinin nümayəndəsinin, borclunun və tələbkarın iştirakları olmadan keçirilməsi məqəsədmüvafiq hesab edilmişdir. Məhkəmə təqdimata əlavə edilmiş sənədləri araşdırarkən hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Xaçmaz Rayon Məhkəməsinin 2(067)-846/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə cavabdeh Borclu 5000 (beş min) manat məbləğində borc pul və dövlət rüsumu kimi ödənilmiş 70 manat məbləğində pul alınaraq iddiaçı Tələbkar verilməlidir. - xx.xx.2024-cü il tarixdə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 tərəfindən 2(067)-846/2024-013 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə “İcraata başlamaq haqqında” qərar qəbul olunmuş və həmin tarixdə tələbin könüllü icrası barədə bildiriş borcluya təqdim edilmişdir. - Borclu Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə verdiyi izahatlarından görünür ki, icra sənədini maddi imkansızlığına görə heç bir ödəniş etməmişdir. Borcunu tam şəkildə ödəyə bilmir və hər ay hissə-hissə olmaqla ödəyə bilər. - Borclu barəsində məlumatları elektron sorğulaması sənədlərindən adında adında hər hansı əmlak və ya gəlir məlumatları olmadığı müəyyən olunmuşdur. İcra haqqında Azərbaycan Respublikası Qanununun: 84-1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. 84-1.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Qanunun qeyd olunan norması borclu məhkəmə qərarı əsasında verilmiş icra sənədlərini könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra etmədikdə icra məmurunun əsaslandırılmış təqdimatı əsasında borclunun ölkədən getmək hüququnun məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırılmasını nəzərdə tutur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqdimat təmin edilməli və xx.xx.1993-cü ildə Xaçmaz rayonu, Suxtakələ kəndində anadan olmuş və Xaçmaz rayonu, Suxtaqışlaq kəndində qeydiyyatda olmaqla Xaçmaz şəhəri. H.Z.Tağıyev küçəsi ev 1-də yaşayan, Azərbaycan Respublikasının vətəndaşı Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. xx.xx.1993-cü ildə Xaçmaz rayonu, Suxtakələ kəndində anadan olmuş və Xaçmaz rayonu, Suxtaqışlaq kəndində qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşı Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardad dərhal icraya yönəldilsin. Qərardaddan 10 gün müddətinə Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Şikayət verilməsi qərardadın icrasını dayandırmır. Hakim: Aynur Əliyeva
Məhkəmə qərarları › İş №8(067)-321/2025
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №8(067)-321/2025
19.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver