Məhkəmə qərarları › İş №8(067)-33/2022

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №8(067)-33/2022

25.02.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 8(067)-33/2022 25.02.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 iştirakı ilə, Əmlak üzərinə qoyulmuş həbsin götürülməsinə dair Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Xaçmaz rayon İcra və Probasiya Şöbəsi təqdimatla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, Xaçmaz rayon məhkəməsinin 2(067)-1551/2020 saylı 23.09.2020-ci il tarixli icra sənədinə əsasən Borclu və X1 7700 manat pul və 30 manat dövlət rüsumu alınaraq Tələbkar verilməsi təmin olunmalıdır. İcra sənədinin icrasını təmin etmək məqsədilə Xaçmaz rayon məhkəməsinin 8(067)-42/21 saylı 15.02.2021-ci il tarixli qərardadına əsasən Borclu məxsus olan Vaz 21011 markalı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. İcra sənədi üzrə tələb təmin olunduğu üçün 2(067)-1551/2020 saylı 23.09.2020-ci il tarixli icra sənədinin icrasına xitam verilmişdir. Odur ki, təyin edilmiş bütün məcburi icra tədbirlərinin ləğv edilməsi məqsədilə, Xaçmaz rayon məhkəməsinin 8(067)-42/21 saylı 15.02.2021-ci il tarixli qərardadın ləğv edilərək, Borclu məxsus olan Vaz 21011 markalı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsi xahiş edilir. Borclu, tələbkar və Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru məhkəmə iclasının vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 2(067)-1551/2020 saylı 23.09.2020-ci il tarixli icra sənədinə əsasən Borclu və X1 7700 manat pul və 30 manat dövlət rüsumu alınaraq Tələbkar verilməsi təmin olunmalıdır. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 8(067)-42/21 saylı 15.02.2021-ci il tarixli qərardadına əsasən Borclu məxsus olan Vaz 21011 markalı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan Tələbkar ərizəsindən müəyyən olunur ki, Borclu Xaçmaz rayon məhkəməsinin icra sənədini tam icra etmiş və 7730 manat pulu ona tam ödəmişdir. İcra sənədi üzrə borc məbləği ödənildiyini nəzərə alaraq icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Azərbaycan Respublikası MPM-nin 236-cı maddəsinə əsasən məhkəmə qətnamənin icrasını bu Məcəllənin 13-cü fəslində müəyyən olunmuş qaydada təmin edə bilər. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, təqdimat təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 269-cu maddəsini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Təqdimat təmin edilsin. Xaçmaz rayon məhkəməsinin 8(067)-42/21 saylı 15.02.2021-ci il tarixli qərardadına əsasən Borclu məxsus olan Vaz 21011 markalı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar