Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 8(067)-34/2022 28.02.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi ilə, Əmək haqqından və digər gəlirlərindən tutulması barədə təqdimata açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Xaçmaz rayon İcra və Probasiya Şöbəsi təqdimatla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali məhkəməsinin 2(102)-5789/2020 saylı 25.11.2020-ci il tarixli icra sənədinə əsasən birgə nikah dövründə əldə edilmiş avtomobillərin dəyəri və fərdi yaşayış evlərinə payların Rəhimova (Bayramova) Şehriyar Qurbanəli qızının 3/5 hissədə, Borclu 2/5 hissədə payları müəyyən edilmişdir. Avtomobillərin dəyəri olan 25000 manatın 3/5 olan hissədə, yəni 15000 manat pul vəsaiti Borclu alınaraq Rəhimova (Bayramova) Şehriyar Qurbanəli qızına ödənilməsi təmin edilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədilə “Elektron icra” informasiya sistemindən əldə olunmuş məlumata əsasən Borclu Xaçmaz rayon təhsil şöbəsindən əmək haqqı aldığı aşkar olunmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 63.1.3-cü maddəsinə əsasən tələbin tam ödənilməsi üçün borclunun əmlakı kifayət etmədikdə tələb borclunun əmək haqqısına və digər gəlirlərinə yönəldilir. Azərbaycan Respublikası Ali məhkəməsinin 2(102)-5789/2020 saylı 25.11.2020-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu əmək haqqısından və digər gəlirlərindən tutulma aparılması məsələsinə baxılması xahiş edilir. Borclu, tələbkar və Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru məhkəmə iclasının vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, təqdimat təmin edilməməlidir. “İcra Haqqında Azərbaycan Respublikası Qanununun 43.1-ci maddəsinə əsasən məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; 43.1.3. tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; 43.1.4. icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 43.1.5. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. “İcra Haqqında Azərbayjan Respublikası Qanununun 85-ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi (icraata başlanması, icra ödənişinin tutulması, cərimə tətbiq olunması və s.) icraatda iştirak edən tərəflərin və digər şəxslərin maraqlarına toxunduqda, icra məmuru müvafiq qərar qəbul edir. Göründüyü kimi təqdimatda qeyd edilən məsələ icra məmurunun qərarı ilə həll olunmalı məsələlərə aiddir. Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, təqdimat təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə R A R A A L D İ : Təqdimat təmin edilməsin. Qərardaddan 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №8(067)-34/2022
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №8(067)-34/2022
28.02.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver