Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 8(067)-352/2025 03.04.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə Tələbkar iştirakı ilə, Borclu əmlakının üzərinə həbs qoyulmasına dair Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Xaçmaz Rayon İcra və Probasiya Şöbəsi Borclu əmlakının üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 1635/2024-007 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə Xaçmaz rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan “MİTSUBİSİHİ AİRTİREK” minik markalı, **- SC-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Borclunun hazırda ödənilməmiş 1300 manat məbləğində aliment borcu vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Yuxarıda göstərilənləri və “İcra haqqında" Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsini rəhbər tutaraq, icra sənədi üzrə Borclu məxsus olan “MİTSUBİSİHİ AİRTİREK” minik markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair qərardad çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında Tələbkar göstərmişdir ki, borclu 950 manat ödəmişdir, cəmi 1288 manat borcu qalıb. Sonuncu dəfə borclu keçən ilin sentyabr-oktyabr aylarında ödəniş etmişdir. Borclu və Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, borclu və təqdimatla məhkəməyə müraciət etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəfin izahatını dinləyib icra işinin materiallarını araşdırıb hesab edir ki, təqdimat təmin olunmamalıdır. Belə ki, iş materiallarından görünür ki, icraata başlamaq barədə qərar qəbul edilmiş və tələbin könüllü icrası barədə bildiriş borcluya təqdim olunmuşdur. İş materiallarından müəyyən olunur ki, Borclu adına “MİTSUBİSİHİ AİRTİREK” minik markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi qeydə alınmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən, borclunun əmlakı üzərində həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlamaq üçün verilməsindən ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 236-cı maddəsinə əsasən, məhkəmə qətnaməsinin icrasını bu Məcəllənin 13-cü fəslində müəyyən olunmuş qaydada təmin edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən, mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Məhkəmə hesab edir ki, 1288 manat aliment məbləğinin qarşılığında borclunun mülkiyyətində olan “MİTSUBİSİHİ AİRTİREK” minik markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin üzərinə həbsin qoyulması ədalətsiz və qanunsuzdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Borclu əmlakının üzərinə həbs qoyulmasına dair Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilməsin. Qərardaddan 10 gün müddətinə Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №8(067)-352/2025
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №8(067)-352/2025
03.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver