Məhkəmə qərarları › İş №8(067)-362/2025

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №8(067)-362/2025

17.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 8(067)-362/2025 17.04.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, Təqdimat vermiş şəxs Xaçmaz rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1 iştirakları ilə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırlması haqqında təqdimatına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4 təqdimatla məhkəməyə müraciət edərək icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar çıxarılmasını xahiş etmişdir. İş üzrə borclu və tələbkar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən borclu və tələbkarın məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cu il tarixli qərarla icraata başlanılmış Xaçmaz Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(067)-605/2024-017 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu 22370.64 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2024-cü il tarixində Xaçmaz rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəflərindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Hesab edirlər ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84- 1-ci maddəsi rəhbər tutulmaqla Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılması xahiş olunur. Məhkəmə iclasında iştirak edən təqdimatla müraciət etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4 göstərmişdir ki, xx.xx.2024-cu il tarixli qərarla icraata başlamılmış Xaçmaz Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(067)-605/2024-017 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu 22370.64 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq Tələbkar-nin xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2024-cü il tarixində Xaçmaz rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbin könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəflərindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmadığından hazırki təqdimatla məhkəməyə müraciət olunmuşdur. Sonradan 11 aprel 2025-ci il tarixdə Borclu Xaçmaz rayon İcra Şöbəsinə gəlmiş, İcra Şöbəsində izahatı alınarkən borclu izahatında bildirmişdir ki, o, Xaçmaz rayon məhkəməsinin e-2(067)-605/2024-017 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən məlumatı olmadığını və həmin qətnamədən apellyasiya şikatəri verəcəyini bildirmişdir. Bununla əlaqədar olaraq sonradan məlum olmuşdur ki, Borclu Xaçmaz rayon məhkəməsinin məlum qətnaməsini götürmüş və qətnamədən şikayət müddətinin bərpasına dair ərizə və qətnamədən apellyasiya şikayəti ilə müraciət etmişdir. Ona görə də borclunun məhkəmə qətnaməsindən məlumatı olmadığı üçün hazırda təqdimatın təmin olunmamasını xahiş edir. Məhkəmə təqdimat vermiş şəxsin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Xaçmaz rayon məhkəməsi tərəfindən verilmiş e- 2(067)-605/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu 22370.64 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq Tələbkar-nin xeyrinə ödənilməsi təmin edilməlidir. İş materiallarında olan Xaçmaz rayon İcra və Probasiya şöbəsinin icra məmurunun icraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Borclu 22370.64 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq Tələbkar-nin xeyrinə ödənilməsinə dair Xaçmaz rayon məhkəməsi tərəfindən verilmiş e-2(067)-605/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi xx.xx.2024-cü il tarixdə Xaçmaz rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmaqla qeyd olunan icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan tələbin könüllü icrası haqqında icra məmurunun xx.xx.2024cü il tarixli bildirişindən görünür ki, Xaçmaz rayon İcra və Probasiya şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə Borclu tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. İş materiallarında olan Borclu nümayəndəsi və vəkilinin 11 aprel 2025-ci il tarixli ərizəsindən görünür ki, Borclu nümayəndəsi və vəkili X2 ərizə ilə çəhkəməyə müraciət edərək nümayəndəsi və vəkili olduğu Borclu məhkəmənin e-2(067)-605/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən məlumatı olmadığını, qətnaməinin surətini almadığını bildirməklə məhkəmə qətnaməsinin surətinin ona təqdim olunmasını xahiş etmişdir. İş materiallarında olan Borclu e-2(067)-605/2024 nömrəli mülki iş üzrə elektron kabinet vasitəsi ilə verdiyi apellyasiya şikayətindən görünür ki, həmin mülki iş üzrə cavabdeh Borclu Xaçmaz rayon məhkəməsinin 2(067)-605/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir. «İcra haqqında» Azərbaycan Respublikasının qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Qanunun qeyd olunan norması borclu məhkəmə qərarı əsasında verilmiş icra sənədini könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra etmədikdə icra məmurunun əsaslandırılmış təqdimatı əsasında borclunun ölkədən getmək hüququnun məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırılmasını nəzərdə tutur. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, icra sənədi üzrə Borclu məhkəmənin e-2(067)-605/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən məlumatı olmamış, nümayəndəsi və vəkili 11 aprel 2025-ci il tarixdə məhkəmə qətnaməsinin surətinin ona təqdim edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş və qətnamənin surəti rəsmi qaydada verildikdən sonra elektron kabinet vasitəsilə e-2(067)-605/2024 nömrəli mülki iş üzrə məhkəmə qətnaməsindən apellyasiya şikayəti vermişdir. Göstərilən hala görə məhkəmə iclasında iştirak edən təqdimatla müraciət etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4 təqdimatı müdafiə etməyərək təqdimatın təmin edilməməsini xahiş etmişdir. Odur ki, məhkəmə təqdimat vermiş şəxsin izahatını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməməlidir. Yuxarıda qeyd olunanları və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 Xaçmaz rayon məhkəməsinin e-2(067)-605/2024-017 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırlması haqqında təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Xıdır Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar