Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 8(067)-363/2025 11.04.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz rayon Məhkəməsinin hakim Abiyeva Nərmin Mirhəsən qızı, X1 borcun hissə-hissə ödəməsinə dair ərizəsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : X3 borcun hissə-hissə ödəməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(067)-1387/2025 saylı məhkəmə bildirişinə əsasən hissə-hisə ödənilməsi, hər ay 50 manat miqdarında Tələbkar İB-nə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizəni araşdırıb, iş materiallarını nəzərdən keçirərkən müəyyən olunmuşdur ki, X3 ərizəsində hansı icra sənədi üzrə borcun hissə-hissə ödənilməsini xahiş etdiyini qeyd etməmiş, bununla da ərizənin forma və məzmununa düzgün əməl edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 149.2.2-ci maddəsinə əsasən iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları), Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb Həmin Məcəllənin 149.2.5-ci maddəsinə əsasən ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi Bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hesab edirəm ki, şikayət ərizəsində MPM-nin 149.2.2, 149.2 3 və 149.2.5-ci maddələrinə əsasən göstərilməli olan məlumatlar tam qeyd edilmədiyindən, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, X1 müvafiq məhkəmə qətnaməsi ilə ondan tutulmalı borcun hissə-hissə ödənilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: X1 borcun hissə-hissə ödəməsinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. X2 müvafiq məhkəmə qətnaməsi ilə ondan tutulmalı borcun hissə-hissə ödənilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №8(067)-363/2025
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №8(067)-363/2025
11.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver