Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 8(067)-38/2022 17.03.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 iştirakı ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Xaçmaz rayon İcra və Probasiya Şöbəsi tərəfindən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatla məhkəməyə müraciət edilmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Xaçmaz rayon məhkəməsinin 2(067)- 6837/2016 saylı 09.12.2016-cı il tarixli icra sənədinə əsasən Borclu iki uşağının saxlanması üçün hər ay hər bir uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat aliment, Sumqayıt Apelyasiya məhkəməsinin 2(105)-1978 saylı, 22.06.2021-ci il tarixli icra vərəqəsinə əsasən isə hər ay hər bir uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat aliment tutularaq Tələbkar verilməlidir. Borclu icra sənədi üzrə tələbin könüllü icra etməsi üçün dəfələrlə rəsmi və şifahi xəbərdarlıq olunmasına baxmayaraq, yuxarıda qeyd olunan icra sənədini üzürsüz səbəbdən icra etmir və borcu ödəməkdən yayınır. Belə ki, Borclu şöbəyə dəvət olunaraq tələbkara olan borcunu qısa müddət ərzində ödəməsi barədə xəbərdarlıq olunmuş, əks təqdirdə inzibati və cinayət məsuliyyətinə cəlb olunacağı ona bildirilmişdir. Borclu könüllü müddət ərzində icra sənədini icra etmədiyi üçün tələbin borclunun əmlakına yönəldilməklə ödətdirilməsi məqsədi ilə onun əmlak vəziyyəti yoxlanılmış, lakin borcluya məxsus tələbin qanunla üzərinə yönəldilə biləcəyi hər hansı əmlak müəyyən edilməmişdir. İcra vərəqəsinin icrasını təmin etmək istiqamətində görülmüş tədbirlər nəticəsində məlum olundu ki, Borclu Azərbaycan Respublikasını tərk etmək ehtimalı var. Belə olan halda icra vərəqəsinin icrası mümkün olmayacaqdır. Hazırda Borclu 6400 manat borcu yaranmışdır. Həmçinin təqdimatdan müəyyən olunur ki, təqdimat Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsi ilə razılaşdırılmışdır. Borclu və Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsinə məhkəmə iclasının vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimata əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, təqdimatdan görünür ki, Xaçmaz rayon məhkəməsinin 2(067)-6837/2016 saylı 09.12.2016-cı il tarixli icra sənədinə əsasən Borclu iki uşağının saxlanması üçün hər ay hər bir uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat və Sumqayıt Apelyasiya məhkəməsinin 2(105)-1978 saylı, 22.06.2021-ci il tarixli icra vərəqəsinə əsasən isə hər ay hər bir uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat aliment tutularaq Tələbkar verilməlidir. İş materiallarından görünür ki, icraata başlama haqqında qərar və tələblərin könüllü icrası barədə bildirişlər borcluya təqdim edilmişdir. İcra haqqında Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrasını bu Məcəllənin 13-cü fəslində müəyyən olunmuş qaydada təmin edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə idianın təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edlməsinə prosesin istənilən mərhələsində yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 158.1.2-ci maddəsinə əsasən iddianın təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək tədbirlər görülə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqdimat təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: Təqdimat təmin edilsin. Borclu xx.xx.1990-cı il təvəllüdlü Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətinə Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №8(067)-38/2022
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №8(067)-38/2022
17.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver