Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 8(067)-39/2024 24.01.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, İzzətli Anar İzzət oğlunun katibliyi, Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 ilə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 borclunun ölkədən getmək hüququnun məhdudlaşdırlması haqqında təqdimatına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək borclu- xx.xx.1981-ci il təvəllüdlü Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar çıxarılmasını xahiş etmişdir. İş üzrə borclu və tələbkar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən borclu və tələbkarın məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cu il tarixli qərarla icraata başladığı Xaçmaz Rayon Məhkəməsi tərəfindən verilmiş 2(067)-1682/2023-006 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 300 manat miqdarında aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2023-cü il tarixdə Xaçmaz rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəflərindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Hesab edirlər ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsini rəhbər tutulmaqla, xx.xx.1981-ci il təvəllüdlü Borclu oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılması xahiş olunur. Məhkəmə iclasında iştirak edən Xaçmaz rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X2 təqdimatı müdafiə edərək və eyni məzmunli izahat verməklə təqdimatın təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Xaçmaz rayon məhkəməsi tərəfindən verilmiş 2(067)-1682/2023-006 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 300 manat miqdarında aliment tutularaq Tələbkar xeyrinə ödənilməsi təmin edilməlidir. Xaçmaz rayon İcra və Probasiya şöbəsinin böyük icra məmurunun icraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Borclu hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 300 manat miqdarında aliment tutularaq Tələbkar xeyrinə ödənilməsinə dair Xaçmaz rayon məhkəməsi tərəfindən verilmiş 2(067)-1682/2023-006 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi X 07 sentyabr 2023-cü il tarixdə Xaçmaz rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmaqla qeyd olunan icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında icra məmurunun xx.xx.2023-cü il tarixli bildirişindən görünür ki, Xaçmaz rayon İcra və Probasiya şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə Borclu tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. «İcra haqqında» Azərbaycan Respublikasının qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Qanunun qeyd olunan norması borclu məhkəmə qərarı əsasında verilmiş icra sənədini könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra etmədikdə icra məmurunun əsaslandırılmış təqdimatı əsasında borclunun ölkədən getmək hüququnun məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırılmasını nəzərdə tutur. Odur ki, məhkəmə icra məmurunun izhatını dinləyib, təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməli və Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda qeyd olunanları və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. Müvafiq icra sənədi üzrə borclu- xx.xx.1981-ci il təvəllüdlü Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardad dərhal icraya yönəldilsin. Qərardaddan 10 gün müddətinə Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Şikayət verilməsi qərardadın icrasını dayandırmır. Sədrlik edən Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №8(067)-39/2024
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №8(067)-39/2024
24.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver