Məhkəmə qərarları › İş №8(067)-4/2025

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №8(067)-4/2025

14.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 8(067)-4/2025 14.01.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, X1 iclas katibliyi, Təqdimatı vermiş şəxs - Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4nun, Borclunun vəkili, nümayəndəsi Nümayəndə iştirakları ilə Borclunun əmlakı üzərinə həbs qoyulmasına dair Xaçmaz rayon İcra və Probasiya şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Borclu məxsus əmlak üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət edilmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 1656/2024-008 nömrəli, xx.xx.2024-cü il tarixll icra sənədinə əsasən Borclu 680000 manat məbİəğində pul tutularaq vəsaiti və 970 manat dövlət rüsumu tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə Xaçmaz rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəİdilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə borcİu Borclu icra sənədində qeyd olunan ünvanina göndərilmişdir. Borclu könüilü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, "Elektron icra" informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən oİunmuşdur ki, Borclu məxsus olan Xaçmaz rayonu, Aşağıoba kəndində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsi, Xudat şəhərində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsi, Xudat şəhərində yerləşən 0.04 ha həyətyanı torpaq sahəsi, Xudat şəhərində yerləşən 0.07 ha həyətyanı torpaq sahəsi, Xudat şəhərində yerləşən 0.02 ha torpaq sahəsi, Xudat şəhərində yerləşən 0.0099 ha sahibkarlıq təyinatlı torpaq sahəsi, Xaçmaz rayonu, Çiləgir kəndində yerləşən 0.71 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Xudat şəhərində yerləşən 1.01 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi, Xaçmaz rayonu, Köhnə-Xaçmaz kəndində 0.17 ha torpaq sahəsində yerləşən 4 otaqlı 183.60 kvm fərdi yaşayış evi müəyyən edilmişdir. Yuxarıda göstərilənləri və “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 50.2-ci maddəsini rəhbər tutaraq, icra sənədi üzrə Borclu məxsus olan Xaçmaz rayonu, Aşağıoba kəndində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsi, Xudat şəhərində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsi, Xudat şəhərində yerləşən 0.04 ha həyətyanı torpaq sahəsi, Xudat şəhərində yerləşən 0.07 ha həyətyanı torpaq sahəsi, Xudat şəhərində yerləşən 0.02 ha torpaq sahəsi, Xudat şəhərində yerləşən 0.0099 ha sahibkarlıq təyinatlı torpaq sahəsi, Xaçmaz rayonu, Çiləgir kəndində yerləşən 0.71 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərinə həbs qoyulmasına dair qərardad qəbul olunması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclas zalında iştirak edən icra məmuru, təqdimatı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclas zalında iştirak edən borclunın nümayəndəsi çıxış edərək bildirmişdir ki, əmlak hüquqlarını müdafiə etdiyi şəxsə məxsusdur. İcra məmurundan onlara ödəniş etməsi ilə əlaqədar olaraq vaxt verilməsi xahiş olunmuşdur. Həmçinin sözügüdən əmlakların üzərinə həbs qoyulmasına etirazının olmadığını bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1656/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən Borclu 68000 (altı yüz səksən min) manat pul, ödənilmiş 970 manat dövlət rüsumu alınaraq iddiaçı X3 ödənilməlidir. - xx.xx.2024-cü il tarixdə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4 tərəfindən 2(067)-1656/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə “İcraata başlamaq haqqında” qərar qəbul olunmuş və həmin tarixdə tələbin könüllü icrası haqqında bildiriş borcluya təqdim edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışından müəyyən edilir ki, Xaçmaz rayonu, Çiləgir kəndində 0.71 ha (Reyestr nömrəsi: **********15) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüquqi sahibi Borcludur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışından müəyyən edilir ki, Xudat şəhərində yerləşən 0.0099 ha (Reyestr nömrəsi: **********75) yaşayış məntəqələrinin torpaqları kategoriyalı torpaq sahəsinin hüquqi sahibi Borcludur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışından müəyyən edilir ki, Xaçmaz rayonu, Xudat şəhərində yerləşən 0.02 ha (Reyestr nömrəsi: **********32) yaşayış məntəqələrinin torpaqları kategoriyalı torpaq sahəsinin hüquqi sahibi Borcludur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışından müəyyən edilir ki, Xaçmaz rayonu, Xudat şəhərində yerləşən 0.07 ha (Reyestr nömrəsi: **********34) yaşayış məntəqələrinin torpaqları kategoriyalı torpaq sahəsinin hüquqi sahibi Borcludur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışından müəyyən edilir ki, Xaçmaz rayonu, Xudat şəhərində yerləşən 0.08 ha (Reyestr nömrəsi: **********64) yaşayış məntəqələrinin torpaqları kategoriyalı torpaq sahəsinin hüquqi sahibi Borcludur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışından müəyyən edilir ki, Xaçmaz rayonu, Aşağıoba kəndində yerləşən 0.08 ha (Reyestr nömrəsi: **********79) yaşayış məntəqələrinin torpaqları kategoriyalı torpaq sahəsinin hüquqi sahibi Borcludur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışından müəyyən edilir ki, Xudat şəhərində yerləşən 0.04 ha (Reyestr nömrəsi: **********63) yaşayış məntəqələrinin torpaqları kategoriyalı torpaq sahəsinin hüquqi sahibi Borcludur. İcra haqqında Azərbaycan Respublikasının Qanunun: 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. 49.1-ci maddəsinə əsasən fiziki şəxslər barəsində icra sənədi icra olunarkən, borclu və onun ailə üzvləri üçün zəruri olan ərzaq məhsullarına, daimi istifadə edilən qab-qacağa və mətbəx ləvazimatına, digər ilk zərurət əşyalarına, habelə ixtisas üzrə kitablara və peşə fəaliyyəti ilə məşğul olmaq üçün avadanlığa tələb yönəldilə bilməz. 49.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində icra sənədləri icra olunarkən, dəqiq siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş əmlak növlərinə tələbin yönəldilməsinə yol verilmir. 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunın əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. İcra haqqında Azərbaycan Respublikasının Qanunun 50.3-cü maddəsinə əsasən borclunun əmlakı üzərində sərəncam vermək hüququna və ya borclunun əmlakından istifadə etmək hüququna icra məmuru tərəfindən qoyulmuş məhdudiyyətlərə əməl olunmaması Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. İcra haqqında Azərbaycan Respublikasının Qanunun 50.4-cü maddəsinə əsasən borclunun əmlakı üzərinə aşağıdakı hallarda həbs qoyulur: 50.4.1. tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək üçün; 50.4.2. borclunun əmlakının müsadirəsi haqqında məhkəmə qərarının icrasını təmin etmək üçün. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 5 iyun tarixli 89 nömrəli qərarı ilə təsdiq olunmuş «Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısı”na əsasən bu Siyahının qeyd hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla fiziki şəxs barəsində icra sənədi icra olunarkən aşağıdakı əmlaklara tələbin yönəldilməsinə yol verilmir: 1) borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə); 2) əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu və onun ailəsinin təsərrüfat tikililəri və ya ayrı-ayrı hissələri, həmçinin onların altında olan torpağa; 3) əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu və onun ailəsi üçün 1,0 hektaradək kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə; 4) əsas məşğuliyyəti kənd təsərrüfatı olan fiziki şəxslərin hər növ mal-qara və digər ev heyvanından bir baş və ev quşlarından bir cütünə; 5) əsas məşğuliyyəti kənd təsərrüfatı olan fiziki şəxslərin yeni yem yığılanadək və ya mal-qara örüşə çıxarılanadək mal-qara üçün lazım olan yemə; 6) əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu fiziki şəxslərə növbəti əkin üçün lazım olan toxuma; 7) əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu fiziki şəxs və onun ailəsi üçün yeni məhsul yetişdirilənədək zəruri olan azuqəyə, digər borclular üçün isə bir aylıq dolanışıq azuqəsinə; 8) xörək hazırlamaq və ailənin yaşayış mənzilini qızdırmaq üçün mühüm əhəmiyyəti olmayan qızdırıcı soba və mövsüm ərzində lazım olan yanacağa; 9) borclunun peşə fəaliyyətinin davam etdirilməsi üçün zəruri olan avadanlıq, o cümlədən ixtisas üzrə kitablar və vəsaitlərə; 10) əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların hərəkəti üçün xüsusi nəqliyyat vasitələrinə; 11) əsas dolanacaq mənbəyi ov olan şəxslərin odlu silah, döyüş sursatı və digər ov alətlərinə; 12) borclu və onun ailə üzvlərinin qazandıqları beynəlxalq və başqa prizlərə; 13) borclu və onun ailə üzvləri üçün lazım olan aşağıdakı ev avadanlıqları, əşyalar və paltarlara: a) hər bir şəxs üçün paltar: bir yay, bir payız paltarı, bir qış paltosu və ya başqa üst geyimi, bir qış kostyumu (qadınlar üçün iki dəst qış paltarı), bir yay kostyumu (qadınlar üçün iki dəst yay paltarı), hər bir mövsüm üçün bir baş geyimi (qadınlar üçün bundan əlavə yay üçün iki baş yaylığı və bir isti baş yaylığı və ya baş şalı), uzun müddət istifadə edilmiş və qiymətini itirmiş digər paltar və baş geyimləri; b) geyilmiş ayaqqabı, alt paltarı, istifadə edilmiş yataq ləvazimatı, qiymətli materiallardan hazırlanmış, habelə bədii dəyəri olan şeylər istisna edilməklə qab-qacaq və mətbəx ləvazimatı; c) mebel, hər bir şəxs üçün bir çarpayı və stul, bir ailə üçün bir stol, bir şkaf, bir sandıq, mənzildə olan bir soyuducu, bir radio və bir televizor; ç) bütün uşaq ləvazimatı. Məhkəmə işin hallarını araşdıraraq hesab edir ki, Xaçmaz rayon Məhkəməsinin 2(067)-1656/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi Borclu tərəfindən icra edilmədiyindən, eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 iyun 2002ci il tarixli 89 nömrəli qərarı ilə təsdiq olunmuş «Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısı”na əsasən Borclu məxsus Xaçmaz rayonu, Aşağıoba kəndində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsi, Xudat şəhərində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsi, Xudat şəhərində yerləşən 0.04 ha həyətyanı torpaq sahəsi, Xudat şəhərində yerləşən 0.07 ha həyətyanı torpaq sahəsi, Xudat şəhərində yerləşən 0.02 ha torpaq sahəsi, Xudat şəhərində yerləşən 0.0099 ha sahibkarlıq təyinatlı torpaq sahəsi, Xaçmaz rayonu, Çiləgir kəndində yerləşən 0.71 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərinə həbs qoyulmasına məhdudiyyət olmadığından, təqdimat təmin edilməli və icra sənədinin icrası məqsədi ilə Borclu məxsus həmin torpaq sahələrinin üzərinə həbs qoyulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqdimat təmin edilsin. Xaçmaz rayon Məhkəməsinin 2(060)-1656/2024-008 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası məqsədi ilə Borclu məxsus olan Xaçmaz rayonu, Aşağıoba kəndində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsi, Xudat şəhərində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsi, Xudat şəhərində yerləşən 0.04 ha həyətyanı torpaq sahəsi, Xudat şəhərində yerləşən 0.07 ha həyətyanı torpaq sahəsi, Xudat şəhərində yerləşən 0.02 ha torpaq sahəsi, Xudat şəhərində yerləşən 0.0099 ha sahibkarlıq təyinatlı torpaq sahəsi, Xaçmaz rayonu, Çiləgir kəndində yerləşən 0.71 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərinə həbs qoyulsun. Qərardad dərhal icra edilsin. Qərardaddan şikayət verilməsi onun icrasını dayandırmır. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə elektron qaydada şikayət verilə bilər. Sədrlik edən Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar