Məhkəmə qərarları › İş №8(067)-40/2022

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №8(067)-40/2022

08.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 8(067)-40/2022 08.04.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz rayon məhkəməsinin hakimi Sadıqov Anar Böyükkişi oğlu Xaçmaz rayon məhkəməsinin 18 mart 2022-ci il tarixli, 8(067)-40/2022 nömrəli qərardadından Xaçmaz rayon icra və probasiya şöbəsi tərəfindən verilmiş şikayətə (ərizəyə) baxaraq, müəyyən e t d i: Xaçmaz rayon məhkəməsinin 18 mart 2022-ci il tarixli, 8(067)-40/2022 nömrəli qərardadına əsasən Xaçmaz rayon icra və probasiya şöbəsinin əmlaka dair sərəncam vermək hüququnun qadağan olunması və tələbin həmin əmlaka yönəldilməsinə dair təqdimatı təmin edilməmişdir. Qeyd olunan qərardaddan Xaçmaz rayon icra və probasiya şöbəsi tərəfindən şikayət verilmişdir. Şikayət (ərizə) onunla əsaslandırılmışdır ki, Xaçmaz rayon icra və probasiya şöbəsinin icraatında olan Sumqayıt Apellyasiya məhkəməsinin 2(105)-2396/2020 saylı, 18.05.2021-ci il tarixli icra sənədinə əsasən Borclu 150030 manat alınaraq tələbkar X1 ödənilməlidir. Borclu icra sənədini icra etmədiyindən, tələbin onun əmlakına yönəldilməsi məqsədi ilə borclunun əmlak vəziyyəti yoxlanılmış və yoxlama zamanı Borclu mülkiyyətində olan Yergüc kəndində 0.16 ha və Xaçmaz rayonu Armudpadar kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahələri qeydə alınmışdır. Borclu məxsus olan Xaçmaz rayonu Yergüc kəndində 0.16 ha həyətyanı torpaq sahələrinin üzərinə həbs qoyulması və tələbin həmin torpaq sahələrinə yönəldilməsi barədə 21.02.2022-ci il tarixdə təqdimatla Xaçmaz rayon məhkəməsinə müraciət edilmişdir. Xaçmaz rayon məhkəməsinin 8(067)- 40/2022 saylı, 18.03.2022-ci il tarixli qərardadı ilə təqdimat təmin edilməmişdir. Qeyd olunan qərardad 04.04.2022-ci il tarixdə Xaçmaz rayon icra və probasiya şöbəsinə daxil olmuşdur. Qeyd olunan icra sənədi üzrə Borclu adına 2 torpaq sahəsi, yəni Yergüc kəndində 0.16 ha və Xaçmaz rayonu Armudpadar kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahələri aşkar edilmişdir. Göstərilənlərə əsasən, Xaçmaz rayon məhkəməsinin 8(067)-40/2022 saylı, 18.03.2022-ci il tarixli qərardadının ləğv edilərək Borclu mülkiyyətində olan Xaçmaz rayonu, Yergüc kəndində yerləşən 0.16 ha həyətyanı torpaq sahəsinə həbs qoyulması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə şikayəti, təqdimatı və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət (ərizə) təmin edilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 2396/2020 saylı, 18.05.2021-ci il tarixli icra sənədinə əsasən Borclu 150030 manat alınaraq tələbkar X1 ödənilməlidir. Apellyasiya şikayətinə əlavə edilmiş elektron çıxarışlardan görünür ki, Borclu mülkiyyətində 02 həyətyanı torpaq sahəsi vardır. Belə ki, elektron çıxarışlardan görünür ki, Borclu mülkiyyətində olan torpaq sahələri Xaçmaz rayonunun Yergüc kəndində yerləşən 0.16 ha həyətyanı torpaq sahəsindən və Xaçmaz rayonunun Armudpadar kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsindən ibarətdir. Göründüyü kimi, Borclu mülkiyyətində 02 həyətyanı torpaq sahəsi mövcuddur. İş materiallarından görünür ki, 01.06.2021-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və Borclu icraata başlama barədə qərar və tələbin könüllü icrası barədə bildiriş təqdim olunmuşdur. Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 5 iyun tarixli qərarından görünür ki, fiziki şəxs barəsində icra sənədi icra olunarkən borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) tələbin yönəldilməsinə yol verilmir. «İcra haqqında» Azərbaycan Respublikasının qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərində həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsinədən və ya saxlamaq üçün verilməsindən ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 236-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrasını bu Məcəllənin 13-cü fəslində müəyyən olunmuş qaydada təmin edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianın təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edlməsinə prosesin istənilən mərhələsində yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinə əsasən: 269.1. Şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır; 269.2. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir; 269.3. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isəhəmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlar əsasında hesab edir ki, şikayət təmin edilərək Xaçmaz rayon məhkəməsinin 18 mart 2022-ci il tarixli, 8(067)-40/2022 nömrəli qərardadı ləğv edilməli və Xaçmaz rayon icra və probasiya şöbəsinin təqdimatı təmin olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Şikayət (ərizə) təmin edilsin. Xaçmaz rayon məhkəməsinin 18 mart 2022-ci il tarixli, 8(067)-40/2022 nömrəli qərardadı ləğv edilsin. Təqdimat təmin edilərək Borclu mülkiyyətində olan Xaçmaz rayonunun Yergüc kəndində yerləşən 0.16 ha həyətyanı torpaq sahəsinə dair sərəncam vermək hüququ qadağan edilsin (həbs qoyulsun). Qərardadın icrası Xaçmaz rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar