Məhkəmə qərarları › İş №8(067)-43/2022

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №8(067)-43/2022

30.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 8(067)-43/2022 30.03.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, Tələbkar iştirakı ilə, Xaçmaz Rayon Məhkəməsinin 22.04.2016-cı il tarixli 2(067)-1639/2016 saylı icra sənədinin icrası məqsədi ilə Borclu əmlakının üzərinə həbs qoyulmasına dair Xaçmaz rayon İcra və Probasiya şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Xaçmaz rayon məhkəməsinin 2(067)-1639 saylı, 22.04.2016-cı il tarixli icra sənədinə əsasən borclu X2 və Borclu 40900 manat məbləğində borc pul tutularaq Tələbkar verilməsi təmin olunmalıdır. Xaçmaz rayon İcra və Probasiya Şöbəsi təqdimatla məhkəməyə müraciət edərək, Borclu mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin üzərinə həbs qoyulması və icra sənədi üzrə tələbin həmin torpaq sahəsinə yönəldilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Xaçmaz rayon İcra və Probasiya Şöbəsi təqdimatı onunla əsaslandırmışdır ki, Xaçmaz rayon məhkəməsinin 2(067)-1639 saylı, 22.04.2016-cı il tarixli icra sənədinə əsasən borclu X2 və Borclu 40900 manat məbləğində borc pul tutularaq Tələbkar verilməsi təmin olunmalıdır. Borclu icra sənədini icra etmədiyi üçün tələbin onun əmlakına yönəldilməsi məqsədi ilə borclunun əmlak vəziyyəti yoxlanılmış və yoxlama zamanı Borclu adına ünvan 2 ünvanda 0.06 ha torpaq sahəsi qeydə alınmışdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 50.2 maddəsinin tələblərinə uyğun olaraq icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbsin bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulmalıdır. Məhkəmə iclasında Tələbkar bildirmişdir ki, Xaçmaz rayon məhkəməsinin 22 aprel 2016-cı il tarixli 2(067)-1639/2016 saylı icra sənədinə əsasən borclular Borclu Qənbər oğlundan və onun atası X1 müştərək qaydada 40900 manat pul alınaraq ona verilməlidir. Lakin hazırkı vaxtadək borclular ona cəmi 1100 manat pul ödəyiblər. Onlar qətnaməni hissə-hissə icra etmək istəyiblər, lakin o, buna razı olmamışdır. İcra sənədinin icrası ilə bağlı zəruri tədbirləri görə icra məmuru borcu Borclu barəsində axtarış qərarı çıxarıb. Borclunun məqsədi onun borcunu ödəməkdən yayınmaqdır. Bu günədək o, icra sənədinin icrasından yayınır, hətta icra sənədinin hissə-hissə icra edilməsi barədə məhkəmə qərarı çıxarmaq da istəyib, amma buna nail olmayıb. Bu yaxınlarda borclu ev satıb və 150000 manatdan çox pul əldə edib, amma onun pulunu yenə də ödəməyib. İcra məmurunun üzərinə həbs qoyulmasını tələb etdiyi borcluya məxsus ünvan 2 ünvanda yerləşən 0,06 ha torpaq sahəsinin dəyəri ilə maraqlanmış və ona məlum olub ki, həmin ərazidə torpağın 1 sotunun qiyməti 1300 manatdır. Belə olan halda torpağın dəyəri ilə ona ödənilməli olan 40900 manat borcun ödənilməsi mümkün deyil. Həmin əmlakın üzərinə həbs qoyulması ilə borclu barəsində çıxarılmış axtarış qərarının ləğv edilməsini istəyir. Ona görə o, təqdimatın rədd edilməsini xahiş edir. Borclu borcunu ödəməkdən qərəzli olaraq boyun qaçırır. Borclu Qənbər oğluna və Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məhkəmə bildirişləri göndərilsə də, borclu və Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tələbkar Borclu Qənbər oğlunun və Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə icra işinin materiallarını araşdıraraq hesab edir ki, təqdimat əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 2(067)-1639 saylı, 22.04.2016cı il tarixli icra sənədinə əsasən borclu X2 və Borclu 40900 manat məbləğində borc pul tutularaq Tələbkar verilməsi təmin olunmalıdır. İş materiallarında olan “elektron informasiya portalından çıxarışdan” müəyyən olunur ki, Borclunın adına ünvan 1 ünvanında yerləşən 0.06 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi aşkarlanmışdır. İş materiallarında olan Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin 01.02.2021-ci il tarixli bildirişindən müəyyən olunur ki, borclulara tələbin könüllü icrası haqqında xəbərdarlıq edilmişdir. İcra haqqında Azərbaycan Respublikasının Qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. İcra haqqında Azərbaycan Respublikasının Qanunun 49.1-ci maddəsinə əsasən fiziki şəxslər barəsində icra sənədi icra olunarkən, borclu və onun ailə üzvləri üçün zəruri olan ərzaq məhsullarına, daimi istifadə edilən qab-qacağa və mətbəx ləvazimatına, digər ilk zərurət əşyalarına, habelə ixtisas üzrə kitablara və peşə fəaliyyəti ilə məşğul olmaq üçün avadanlığa tələb yönəldilə bilməz. İcra haqqında Azərbaycan Respublikasının Qanunun 49.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində icra sənədləri icra olunarkən, dəqiq siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş əmlak növlərinə tələbin yönəldilməsinə yol verilmir. İcra haqqında Azərbaycan Respublikasının Qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. İcra haqqında Azərbaycan Respublikasının Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunın əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. İcra haqqında Azərbaycan Respublikasının Qanunun 50.3-cü maddəsinə əsasən borclunun əmlakı üzərində sərəncam vermək hüququna və ya borclunun əmlakından istifadə etmək hüququna icra məmuru tərəfindən qoyulmuş məhdudiyyətlərə əməl olunmaması Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. İcra haqqında Azərbaycan Respublikasının Qanunun 50.4-cü maddəsinə əsasən borclunun əmlakı üzərinə aşağıdakı hallarda həbs qoyulur: 50.4.1. tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək üçün; 50.4.2. borclunun əmlakının müsadirəsi haqqında məhkəmə qərarının icrasını təmin etmək üçün. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 5 iyun tarixli 89 nömrəli qərarı ilə təsdiq olunmuş «Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısı”na əsasən bu Siyahının qeyd hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla fiziki şəxs barəsində icra sənədi icra olunarkən aşağıdakı əmlaklara tələbin yönəldilməsinə yol verilmir: 1) borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə); 2) əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu və onun ailəsinin təsərrüfat tikililəri və ya ayrı-ayrı hissələri, həmçinin onların altında olan torpağa; 3) əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu və onun ailəsi üçün 1,0 hektaradək kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə; 4) əsas məşğuliyyəti kənd təsərrüfatı olan fiziki şəxslərin hər növ mal-qara və digər ev heyvanından bir baş və ev quşlarından bir cütünə; 5) əsas məşğuliyyəti kənd təsərrüfatı olan fiziki şəxslərin yeni yem yığılanadək və ya mal-qara örüşə çıxarılanadək mal-qara üçün lazım olan yemə; 6) əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu fiziki şəxslərə növbəti əkin üçün lazım olan toxuma; 7) əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu fiziki şəxs və onun ailəsi üçün yeni məhsul yetişdirilənədək zəruri olan azuqəyə, digər borclular üçün isə bir aylıq dolanışıq azuqəsinə; 8) xörək hazırlamaq və ailənin yaşayış mənzilini qızdırmaq üçün mühüm əhəmiyyəti olmayan qızdırıcı soba və mövsüm ərzində lazım olan yanacağa; 9) borclunun peşə fəaliyyətinin davam etdirilməsi üçün zəruri olan avadanlıq, o cümlədən ixtisas üzrə kitablar və vəsaitlərə; 10) əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların hərəkəti üçün xüsusi nəqliyyat vasitələrinə; 11) əsas dolanacaq mənbəyi ov olan şəxslərin odlu silah, döyüş sursatı və digər ov alətlərinə; 12) borclu və onun ailə üzvlərinin qazandıqları beynəlxalq və başqa prizlərə; 13) borclu və onun ailə üzvləri üçün lazım olan aşağıdakı ev avadanlıqları, əşyalar və paltarlara: a) hər bir şəxs üçün paltar: bir yay, bir payız paltarı, bir qış paltosu və ya başqa üst geyimi, bir qış kostyumu (qadınlar üçün iki dəst qış paltarı), bir yay kostyumu (qadınlar üçün iki dəst yay paltarı), hər bir mövsüm üçün bir baş geyimi (qadınlar üçün bundan əlavə yay üçün iki baş yaylığı və bir isti baş yaylığı və ya baş şalı), uzun müddət istifadə edilmiş və qiymətini itirmiş digər paltar və baş geyimləri; b) geyilmiş ayaqqabı, alt paltarı, istifadə edilmiş yataq ləvazimatı, qiymətli materiallardan hazırlanmış, habelə bədii dəyəri olan şeylər istisna edilməklə qab-qacaq və mətbəx ləvazimatı; c) mebel, hər bir şəxs üçün bir çarpayı və stul, bir ailə üçün bir stol, bir şkaf, bir sandıq, mənzildə olan bir soyuducu, bir radio və bir televizor; ç) bütün uşaq ləvazimatı. Beləliklə, məhkəmə “İcra haqqında” AR Qanununun 50.4-cü maddəsinə əsasən yalnız tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək üçün, həmçinin borclunun əmlakının müsadirəsi haqqında məhkəmə qərarının icrasını təmin etmək üçün borclunun əmlakı üzərinə həbs qoyulmasının nəzərdə tutulmasını nəzərə alaraq, hesab edir ki, təqdimat əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Xaçmaz Rayon məhkəməsinin 22.04.2016-cı il tarixli 2(067)-1639/2016 saylı icra sənədinin icrası məqsədi ilə Borclu mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.06 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulması barədə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilməsin. Qərardaddan 10 gün müddətinə Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar