Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 8(067)-44/2022 18.03.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 iştirakı ilə, Borclu iştirakı ilə, Əmlaka dair sərəncam vermək hüququnun qadağan olunması və tələbin həmin əmlaka yönəldilməsinə dair Xaçmaz rayon İcra və Probasiya şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Əmlaka dair sərəncam vermək hüququnun qadağan olunması və tələbin həmin əmlaka yönəldilməsi barədə təqdimatla məhkəməyə müraciət edilmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Xaçmaz rayon məhkəməsinin 2(067)- 415/2013 saylı 11.03.2013-cü il tarixli icra sənədinə əsasən Borclu iki uşağının saxlanması üçün 60 manat, Mingəçevir şəhər məhkəməsinin 2(051)-1627 saylı, 24.10.2013-cü il tarixli icra sənədində əsasən cəmi 186 manat aliment tutularaq Tələbkar ödənilməlidir. Borclu icra sənədini icra etmədiyindən, tələbin onun əmlakına yönəldilməsi məqsədi ilə borclunun əmlak vəziyyəti yoxlanılmış və yoxlama zamanı Borclu adına olan Toyota Carolla markalı 99CK-517 dövlət qeydiyyat nömrə nişanlı avtomobil qeydə alınmışdır. “İcra Haqqında” Azərbaycan Respublikası qanunun 50.2-ci maddəsinin tələblərinə uyğun olaraq icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbsin bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulmalı olduğunu nəzərə alaraq Borclu adına olan Toyota Carolla markalı 99CK-517 dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin üzərinə sərəncam vermək hüququnun qadağan olunması və tələbin həmin nəqliyyat vasitəsinə yönəldilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında borclu izhatında təqdimatın təmin edilməsinə etiraz etdiyini bildirmişdir. Tələbkara və Xaçmaz rayon İcra və probasiya şöbəsinin icra məmuru məhkəmə iclasının vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə icra işinin materiallarını araşdırıb hesab edir ki, təqdimat qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 2(067)-415/2013 saylı 11.03.2013-cü il tarixli icra sənədinə əsasən Borclu iki uşağının saxlanması üçün 60 manat, Mingəçevir şəhər məhkəməsinin 2(051)-1627 saylı, 24.10.2013-cü il tarixli icra sənədində əsasən cəmi 186 manat aliment tutularaq Tələbkar ödənilməlidir. İş materiallarından müəyyən olunur ki, Borclu adına Toyota Carolla markalı 99CK- 517 dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitələri aşkar edilmişdir. İş materiallarından görünür ki, borclulara icraata başlama barədə qərar və tələbin könüllü icrası barədə bildiriş təqdim olunmuşdur. «İcra haqqında» Azərbaycan Respublikasının qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərində həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsinədən və ya saxlamaq üçün verilməsindən ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 236-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrasını bu Məcəllənin 13-cü fəslində müəyyən olunmuş qaydada təmin edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianın təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edlməsinə prosesin istənilən mərhələsində yol verilir. Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, təqdimat qismən təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Təqdimat qismən təmin edilsin. Borclu mülkiyyətində olan Toyota Carolla markalı 99CK-517 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair sərəncam vermək hüququ qadağan edilsin. Qərardadın icrası Xaçmaz rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan 10 gün müddətinə Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Sadıqov
Məhkəmə qərarları › İş №8(067)-44/2022
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №8(067)-44/2022
18.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver