Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 8(067)-44/2025 14.02.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mİrhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi və Borclu iştirakı ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin rəisi, ədliyyə müşaviri X1 təqdimatına Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin rəisi, ədliyyə müşaviri X2 təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, 16 may 2024-cü il tarixli qərarla icraata başlanılan Xaçmaz rayon Məhkəməsinin 2(008)-661/2024-007 nömrəli, 13 mart 2024-cü il tarixli icra sənədinə əsasən xx xxxx 1985-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu 4500 manat məbləğində pul vəsaiti və 70 manat dövlət rüsumu tutularaq Tələbkar oğunun xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi 16 may 2024-cü il tarixində Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəlmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu göndərilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən tələblər könüllü icra edilməmişdir. Ona görə borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyatı təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası təmin edilməmişdir. Hesab edir ki, icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə iclasında iştirak edən Borclu izahatında göstərmişdir ki, Xaçmaz rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli 2(067)-661/2024-007 saylı icra sənədinə əsasən məndən tələbkarın xeyrinə 4500 manat pul tutulması qət edilmişdir. Hazırda tələbkara 3950 manat borcum qalmışdır. Tələbkarla razılığa gəlmişlər, hər ay hissə-hissə ödənişlər edəcəkdir. Hazırda 3950 manat borcu var. Növbəti aylarda xaricdə qiyabi təhsillə bağlı müraciət etmək fikrindədir. Ona görə ölkədən getməyinə qadağa qoyulmamasını xahiş edir. Təqdimat vermiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə və tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, təqdimat vermiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi və tələbkar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsinin və tələbkarın iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilməməlidir. İcra haqqında Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında Təlimatın 2.2.2. bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; Həmin Təlimatın 2.2.3-cü bəndinə əsasən borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olubolmamasını yoxlayır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini ətraflı müəyyənləşdirməmişdir. Ona görə də məhkəmə hesab edir ki, təqdimatda göstərilən hallar kifayət qədər əsaslı olmadığından təqdimat təmin edilə bilməz. Belə ki, qanunun qeyd olunan norması borclu məhkəmə qərarı əsasında verilmiş icra sənədini könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra etmədikdə icra məmurunun əsaslandırılmış təqdimatı əsasında borclunun ölkədən getmək hüququnun məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırılmasını nəzərdə tutur. Odur ki, məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilməməlidir. Yuxarıda qeyd olunanları və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilməsin. Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin təqdimatı rədd edilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №8(067)-44/2025
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №8(067)-44/2025
14.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver