Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 8(067)-45/2024 31.05.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Məhbubə Təbriz qızının katibliyi, Tələbkar, Qərardad ilə maraqlarına toxunan şəxs Maraqlı şəxs iştirakı ilə, Borclunun əmlakının üzərinə həbs qoyulmasına dair Xaçmaz Rayon Məhkəməsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İcra sənədi üzrə Borclu oğluna məxsus torpaq sahələri üzərinə həbs qoyulması barədə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Natiq Şəfiyevin təqdimatı məhkəməyə daxil olmuşdur. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(067)-45/2024 saylı qərardadı ilə təqdimat təmin edilmiş, Borclu mülkiyyətində olan Xaçmaz rayonu, Yeni Sudur kəndində yerləşən 0.10 ha həyətyani torpaq sahəsi və Xaçmaz rayonu, Xudat şəhərində yerləşən 0,04 sot həyətyanı torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Hazırda qərardad ilə maraqlarına toxunan şəxs Maraqlı şəxs şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz Rayon Məhkəməsinin 8(067)-45/2024 saylı, 06 fevral 2024-cü il tarixli qərardadının Xaçmaz rayonu, Xudat şəhərində yerləşən 0.04 ha həyətyanı torpaq sahəsinin üzərinə həbs qoyulması hissəsində ləğv edib, həmin hissədə təqdimatın təmin edilməsindən imtina edilməsini xahiş etmişdir. Məhkəmə iclasında maraqlarına toxunan şəxs Maraqlı şəxs bildirmişdir ki, o, torpaq sahəsini 2014-cü il tarixində alqı-satqı müqaviləsi əsasında almışdır. Lakin çıxarış almamışdır. Daha sonra çıxarış almaq üçün müraciət eləyib. Bu zaman torpaq sahəsinin üzərinə həbs qoyulmasını bilmişdir. Təqdimatın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında Tələbkar təqdimatın təmin olunmasını xahiş etmişdir. İş üzrə təqdimatla məhkəməyə müraciət etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat çatdırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi bardə məhkəməyə məlumat verməmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, ərizəni, təqdimatı və iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat qismən təmin edilməlidir. İşdən görünür ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-388/2023 saylı, xx.xx.2023cü il tarixli icra sənədinə əsasən borclu X1 və Borclu 17141 manat pul alınaraq Tələbkar xeyrinə ödənilməlidir. Borclunun adına əmlakların olub-olmaması barədə müvafiq orqanlara sorğular göndərilmiş, Borclu Xaçmaz ray,Yeni Sudur kəndində yerləşən 0,10 sot həyətyanı torpaq sahəsi və Xaçmaz ray, Yeni Xudat şəhərində yerləşən 0,04 sot həyətyanı torpaq sahələri qeydiyyata alınmışdır. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə yuxarıda göstərilən torpaq sahələrinin üzərinə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(067)- 45/2023 saylı qərardadı ilə həbs qoyulmuşdur. Bununla belə, işdə olan 10 dekabr 2014-ci il tarixli, AN-1 ******* reyestr nömrəli alqısatqı müqaviləsindən görünür ki, Maraqlı şəxs ********** qeydiyyat nömrəli, **********75 reyestr nömrəli 0,04 ha torpaq sahəsini 5000 manata Borclu almışdır. Lakin buna baxmayaraq icra məmuru qeyd olunan məsələni araşdırmadan, alqı-satqı predmeti olmuş torpaq sahəsinin də üzərinə həbs qoyulması barədə 27 sentyabr 2023-cü il tarixdə təqdimatla məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinə əsasən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Mülki Məcəllənin 146.1-ci maddəsinə görə daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. İşdən görünür ki, mübahisəli torpaq sahəsi Alqı satqı müqaviləsi əsasında 10 dekabr 2014-cü il tarixindən Maraqlı şəxs məxsusdur. Belə olan halda isə Borclu borcuna görə bu torpaq sahəsinin üzərinə həbsin qoyulması qanunsuzdur və təqdimat həmin hissədə təmin edilməməlidir. Şərh olunanları nəzərə alan məhkəmə hesab edir ki, təqdimat qismən təmin olunmalı, Borclu məxsus olan Xaçmaz rayonu, Yeni Sudur kəndində yerləşən 0.10 ha həyətyani torpaq sahəsinin üzərinə həbs qoyulmalıdır, təqdimat qalan hissədə təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat qismən təmin edilsin. Borclu məxsus olan Xaçmaz rayonu, Yeni Sudur kəndində yerləşən 0.10 ha həyətyani torpaq sahəsinin üzərinə həbs qoyulsun. Təqdimat qalan hissədə təmin olunmasın. Qərardadın icrası Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Xaçmaz Rayon Məhkəməsinə şikayət vermək olar. Hakim: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №8(067)-45/2024
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №8(067)-45/2024
31.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver