Məhkəmə qərarları › İş №8(067)-45/2025

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №8(067)-45/2025

17.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 8(067)-45/2025 17.02.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Haki m Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İcra sənədi üzrə tələbkar X2 iştirakı ilə İcra sənədi üzrə tələbkar X5 tərəfindən verilmiş aliment məbləğinin indeksasiyasına dair ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İcra sənədi üzrə tələbkar X5 aliment məbləğinin indeksasiyasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(067)-2664/2019 saylı qətnaməsi ilə Maraqlı şəxs xx.xx.2014-cü il təvəllüdlü X1 üçün müəyən olunmuş alimentin indeksasiya olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(067)-2664/2019 saylı qətnaməsi ilə Maraqlı şəxs ona qarşı nikahın pozulması tələbinə dair iddiası təmin edilərək xx.xx.2011 -ci il tarixdə bağlanılmış nikahları pozulmuş, xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq Maraqlı şəxs hər ay 100 manat məbləğində sabit alimentin tutularaq ona verilməsi qət edilmişdir. Qətnamənin qəbul edilməsindən 5 ildən artıq vaxt keçir. Bu müddətdə uşaq böyümüş, təbii ki, onun təlabatları da artmışdır. Hazırda 5-ci sinifdə təhsil alır, onun saxlanılması üçün müəyyən olunmuş aliment ehtiyaclarını ödəmir. Özü heç yerdə işləmir, uşağın saxlanılmasında ciddi çətinlik çəkir. Uşağın atası Maraqlı şəxs kənddə yaşamaqla təsərrüfatla məşğul olur, maddi imkanları da kifayət qədər yaxşıdır. Məhkəmə iclasında icra sənədi üzrə tələbkar X5 ərizəsinin təmin edilməsini xahiş etmişdir. Bildirmişdir ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(067)- 2664/2019 saylı icra sənədinə əsasən borcludan onun xeyrinə 1 uşağın saxlanması üçün hər ay 100 manat aliment tutulur. Hazırkı qanunun tələbinə görə borcludan tutulmalı olan alimentin məbləğinin indeksasiya edilməsini xahiş edir. İcra sənədi üzrə borclu məhkəmə icasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.2-ci maddəsinə əsasən işə borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə aliment məbləğinin indeksasiyasına dair ərizəni iş materialları ilə əlaqəli şəkildə nəzərdən keçirərək hesab edir ki, ərizə qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar -Xaçmaz rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(067)-2664/2019 saylı qətnaməsinin surətindən görünür ki, Maraqlı şəxs ilə Orucova (Məmmədova) Gülgəz Şahbaz qızı arasında xx.xx.2011-ci il tarixdə bağlanmış nikah qeydi pozulmuş, xx.xx.2014cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 08 noyabr 2019-cu il tarixdən başlayaraq Maraqlı şəxs hər ay 100 manat məbləğində sabit aliment alınaraq X4 verilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının: 17-ci maddəsinin Ailə, uşaqlar və dövlət İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının: 8.4-2 bəndində qeyd olunur ki, nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Minimum aylıq əmək haqqının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2019-cu il tarixli Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixdən başlayaraq minimum aylıq əməkhaqqının məbləği 250 manat müəyyən edilmişdir. Sözügedən Sərəncam 1 yanvar 2022-ci ilədək qüvvədə qalmışdır. Yəni, Xaçmaz rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(067)-2664/2019 saylı qətnaməsi qəbul edilərkən, ölkə üzrə minimum aylıq əmək haqqının məbləği 250 manat olmuşdur. Məhkəmə yuxarıda qeyd edilən normalara əsaslanaraq hesab edir ki, aliment məbləğinin indeksasiyası zamanı qüvvədə olan müvafiq məhkəmə qətnaməsinin qəbul edildiyi vaxt tutulması qət olunan aliment məbləğinin həmin il ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinə nisbəti nəzərə alınmalı (100:250=0,4) və qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,4 misli həddində indeksasiya olunması şəklində qeyd olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Maddə 232.2. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə qismən təmin edilməlidir. Şərh olunanlara əsasən, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23-cü maddəsini və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizə qismən təmin edilsin. xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Xaçmaz rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(067)-2664/2019 saylı qətnaməsi əsasında tutulan aliment məbləği indeksasiya edilərək sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.4 misli həddində sabit pul məbləğində aliment Maraqlı şəxs tutularaq X4 ödənilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar