Məhkəmə qərarları › İş №8(067)-48/2022

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №8(067)-48/2022

08.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 8(067)-48/2022 08.04.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, Füzuli Rayon Məhkəməsinin 24.08.2018-ci il tarixli 2(064)-774/2018 saylı icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Xaçmaz rayon İcra və Probasiya Şöbəsi təqdimatla məhkəməyə müraciət edərək, xx.xx.1996-cı ildə anadan olmuş, Xaçmaz yayon, Qımıl-qışlaq kəndində yaşayan və həmin ünvanda qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşı Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Xaçmaz rayon İcra və probasiya Şöbəsi təqdimatı onunla əsaslandırmışdır ki, 14.09.2018-ci ii tarixli qərarla icraatına başlanılmış, Füzuli Rayon Məhkəməsi tərəfindən verilmiş 2(064)-774/2018 nömrəli, 24.08.2018-ci il tarixli icra sənədinə əsasən xx.xx.1996ci ildə anadan olmuş və ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan Borclu 17.04.2018-ci il tarixindən hesablanmaqla hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 120 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi 14.09.2018-ci il tarixində Xaçmaz rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərar və bildirişin surəti icra sənədi üzrə Borclu göndərilmişdir.İcra sənədi dərhal icra olunmalı halda borclu tərəfindən könüllü icra edilməmişdir. İcra sənədinin icrası ilə bağlı borclunun izahatı alınmış, ona yaranmış aliment borcunu ödəmədiyi təqdirdə barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada məcburi icra tədbirlərin görüləcəyi bildirilmişdir. Odur ki, məcburi icra tədbiri olaraq tərəfimizdən borclunun əmlak vəziyyətini yoxlamaq məqsədi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron İcra İnformasiya Sistemi vasitəsi ilə aidiyyəti təşkilatlara sorğular verilmiş, sorğumuza cavab olaraq borclunun adına hər-hansı daşınar və daşınmaz əmlakın, o cümlədən əmək haqqı və ya digər gəlirlərinin aşkar olunmadığı, lakin, borclunun dövlət Sosial Müdafiə Fondunun Xaçmaz rayon şöbəsindən pensiya aldığı müəyyən edilsə də, məcburi icra tədbiri olaraq borcun borclunun pensiyasından tutlması mümkün deyildir. Hal-hazırda Borclu 3771 manat aliment borcu yaranmışdır ki, bu vaxta kimi borclu tərəfindən icra sənədi icra olunmamışdır. Qeyd olunan təqdimat Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Baş İdarəsi ilə razılaşdırılmışdır. İş üzrə tələbkara, borcluya və təqdmatla məhkəməyə müraciət etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimata əlavə edilmiş sənədləri araşdırarkən hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. İş materiallarından müəyyən olunur ki, Füzuli Rayon Məhkəməsi tərəfindən verilmiş 2(064)-774/2018 nömrəli, 24.08.2018-ci il tarixli icra sənədinə əsasən xx.xx.1996-ci ildə anadan olmuş və ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan Borclu 17.04.2018-ci il tarixindən hesablanmaqla hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 120 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra haqqında Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Qanunun qeyd olunan norması borclu məhkəmə qərarı əsasında verilmiş icra sənədlərini könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra etmədikdə icra məmurunun əsaslandırılmış təqdimatı əsasında borclunun ölkədən getmək hüququnun məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırılmasını nəzərdə tutur. Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, təqdimat təmin edilməli və xx.xx.1996-cı ildə anadan olmuş, Xaçmaz yayon, Qımıl-qışlaq kəndində yaşayan və həmin ünvanda qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşı Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərar verdi: Təqdimat təmin edilsin. xx.xx.1996-cı ildə anadan olmuş, Xaçmaz yayon, Qımıl-qışlaq kəndində yaşayan və həmin ünvanda qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşı Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardad dərhal icraya yönəldilsin. Qərardaddan 10 gün müddətinə Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Şikayət verilməsi qərardadın icrasını dayandırmır. Hakim: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar