Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 8(067)-49/2024 08.02.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Məhbubə Təbriz qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, Xaçmaz rayon Məhkəməsinin e-2(067)-1728/2023-015 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclular X1 və Borclu2 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Xaçmaz rayon icra və probasiya Şöbəsindən daxil olmuş təqdimata məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Xaçmaz rayon İcra və Probasiya Şöbəsi təqdimatla məhkəməyə müraciət edərək, borclu X1 və Borclu2 ölkədən getmək hüqunun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsləsinə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cu il tarixli qərarla icraata başladığı Xaçmaz Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(067)-1728/2023-015 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu1 və Borclu2 müştərək qaydada 7950 manat məbləğində pul vəsaiti və 125 manat dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməsini xahiş etmişdir.Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2023-cü il tarixində Xaçmaz rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər.İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu1,Borclu2 göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəflərindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatıara sorğular göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında işdə iştirak edən şəxslər lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPMnin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, təqdimatı təqdim olunmuş sənədlərlə birlikdə araşdırıb əsaslılığını yoxlayaraq, hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2023-cu il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək,tələbin könüllü icra olunması barədə bildiriş borclulara göndərilmişdir. Təqdimatdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, borclular icra sənədinin könüllü icrası ilə bağlı bildirişi almışlar, onlara icra sənədini dərhal icra etmələri izah olunmuş, habelə icraata başlamaq haqqında qərarla tanış edilmiş və izahatları alınmışdır. Azərvbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər ücün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə görə məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Belə ki, «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Qanunun qeyd olunan norması borclu məhkəmə qərarı əsasında verilmiş icra sənədlərini könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra etmədikdə icra məmurunun əsaslandırılmış təqdimatı əsasında borclunun ölkədən getmək hüququnun məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırılmasını nəzərdə tutur. Məhkəmə hesab edir ki, təqdimat əsaslıdır. Belə ki, məhkəmə qərarı əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclular tərəfindən üzrsüz səbəbdən icra edilməmişdir. Məhkəmə araşdırması zamanı icra məmurunun Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 22 aprel tarixli, 2 saylı Qərarı ilə təsdiq edilmiş "Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında" Təlimatda qeyd olunan göstərişlərə qanunla müəyyən olunmuş qaydada əməl olunması müəyyən olundu. Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Xaçmaz rayon Məhkəməsinin e-2(067)-1728/2023-015 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclular X1 və Borclu2 ölkədən getmək hüquqları müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №8(067)-49/2024
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №8(067)-49/2024
08.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver