Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 8(067)-50/2022 29.03.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Aakif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, Borclu əmlakının üzərinə həbs qoyulmasına və tələbin həmin əmlaka yönəldilməsina dair Xaçmaz rayon İcra və Probasiya şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Xaçmaz rayon Məhkəməsi tərəfindən verilmiş 2(067)-4863/2015 saylı, 18.12.2015-cı il tarixli icra vərəqəsinə əsasən borclular X1 və Borclu 2009,19 dollar məbləğində borc tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Xaçmaz rayon İcra və Probasiya Şöbəsi təqdimatla məhkəməyə müraciət edərək, Borclu adına ** BP *** qeydiyyat nişanlı, “VAZ 21213” minik markalı avtonəqliyyat vasitəsinin üzərinə həbs qoyulması və tələbin həmin əmlaka yönəldilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Xaçmaz rayon İcra və Probasiya Şöbəsi təqdimatı onunla əsaslandırmışdır ki, Xaçmaz rayon Məhkəməsi tərəfindən verilmiş 2(067)-4863/2015 saylı, 18.12.2015-cı il tarixli icra vərəqəsinə əsasən borclular X1 və Borclu 2009,19 dollar məbləğində borc tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Borclu adına ** BU *** qeydiyyat nişanlı, “VAZ 21213” minik markalı avtonəqliyyat vasitəsi qeydə alınmışdır. Borclu tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməmiş 2009,19 dollar borcu qalmışdır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinin tələblərinə uyğun olaraq icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbsin bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Tələbkara, borcluya və təqdimatla məhkəməyə müraciət etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tələbkarın nümayəndəsi, borclu və Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakıları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarından müəyyən olunur ki, Xaçmaz rayon Məhkəməsi tərəfindən verilmiş 2(067)-4863/2015 saylı, 18.12.2015-cı il tarixli icra vərəqəsinə əsasən borclular X1 və Borclu 2009,19 dollar məbləğində borc tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İş materiallarında olan Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin bildirişindən müəyyən olunur ki, Borclu tələbin könüllü icrası haqqında xəbərdarlıq edilmişdir. İş materiallarından müəyyən olunur ki, Borclu adına ** BU *** qeydiyyat nişanlı, “VAZ 21213” minik markalı avtonəqliyyat vasitəsi qeydə alınmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 45.1-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirlərindən biridir. Qanunun 45.7-ci maddəsinə əsasən tələb, borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Qanunun 50.2-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, məhkəmə icraçısının əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməli, Borclu adına olan ** BP *** qeydiyyat nişanlı, “VAZ 21213” minik markalı avtonəqliyyat vasitəsinin üzərinə həbs qoyulmalı və tələb həmin əmlaka yönəldilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu adına ** BP *** qeydiyyat nişanlı, “VAZ 21213” minik markalı avtonəqliyyat vasitəsinin üzərinə həbs qoyulsun və tələb həmin əmlaka yönəldilsin. Qərardadın icrası Xaçmaz rayon İcra və probasiya Şöbəsinə həvalə edilsin. Qərardad dərhal icra edilsin. Qərardaddan 10 gün müddətinə Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Qərardaddan şikayət verilməsi onun icrasını dayandırmır. Hakim: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №8(067)-50/2022
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №8(067)-50/2022
29.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver