Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 8(067)-50/2024 23.02.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X8 iştirakı ilə, X1 əmlakın üzərinə qoyulmuş həbsin götürülməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Xaçmaz rayon məhkəməsinin 22 aprel 2021-ci il tarixli 2(067)-1396/2021 saylı qərardadına əsasən X5 məxsus olan KİA Opirus markalı ** LA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. borclu X6 ərizə ilə məhkəməyə müraciət edərək Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(067)-1396/2021 saylı qərardadına əsasən “KİA Opirus markalı ** LA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli, 2(067 1396/2021 nömrəli qətnaməsi ilə iddiaçı X2 iddiasının qismən təmin edilməsi, ondan İtaliya istehsalı əyarı 750, çəkisi 12 qr bazar qiyməti 840 manat olan sırğa və üzük komplekti, Rusiya istehsalı əyarı 585, çəkisi 5 qr., bazar qiyməti 325 manat olan brilliant qaşlı nişan üzüyü, Rusiya istehsalı, əyarı 585, çəkisi 3/9 qr, bazar qiyməti 195 manat olan qolbağ, İtaliya istehsalı, əyarı 750, çəkisi 13.5 q bazar qiyməti 1215 manat olan boyunbağı, 5000 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq iddiaçı Şirinbəyova (Qarayeva) Leyla Məmmədəli qızına verilməsi, iddianın qalan hissəsində təmin edilməməsi qət edilmişdir. Həmçinin KİA Opirus markalı ** LA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin aralarında bölünməsi qərara alınmışdır. Sözügedən məhkəmə qərarından tərəfindən apellyasiya, həmçin kassasiya şikayətləri verilmişdir. AR Ali Məhkəməsinin müvafiq qərarı ilə yenidən baxılmaq üçün Sumqayıt apellyasiya məhkəməsinə göndərilmiş və Sumqayıt Apellyasiya məhkəməsinin 2(105)-852/2023 saylı xx.xx.2023-cü tarixli qərarı iddiaçının bütün, həmçinin maşına dair tələbləri rədd edilmiş, yalnız boyunbağına görə tərəfindən 1200 manat pul vəsaitinin iddiaçıya ödənilməsi qeyd edilmişdir. Həmin qərar qanuni qüvvəyə minmişdir. Məhkəmə işi gedən dövr ərzində Xaçmaz rayon məhkəməsinin xx.xx.2021-ci ii tarixli, 2(067)-l396/2021 saylı qərardadına əsasən KİA Opirus markalı ** LA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. İddiaçının nəqliyyat vasitəsinə dair tələbləri əsassız olduğu üçün maşının üzərindəki həbsin götürülməsinə zərurət yaranmışdlr. İş üzrə tələbkara, borcluya və Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tələbkar, borclu və Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Tələbkarın, borclunun və Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsinin iştirakı olmadan ərizəyə baxılması mümkün hesab edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 22 aprel 2021-ci il tarixli 2(067)-1396/2021 nömrəli qərardadından müəyyən olunur ki, X2 iddianın təmini tədbirinə dair ərizəsi təmin edilmiş, X5 məxsus olan KİA Opirus markalı ** LA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 16 may 2023-cü il tarixli 2(105)-852/2023 nömrəli qətnaməsinin surətindən müəyyən olunur ki, Xaçmaz rayon məhkəməsinin 08 dekabr 2021-ci il tarixli qətnaməsi cavabdeh X3 5000 manat məbləğində pulun tutulması hissəsində ləğv edilmişdir. İddia tələbi birgə nikah dövründə əldə edilmiş qiyməti 10000 manat dəyərində olan avtomibilin pulunun bərabər bölünməsi hissəsində təmin edilməmiş, qətnamə cavabdehdən tutulan İtaliya istehsalı, əyarı 750, çəkisi 13.5 qr boyunbağının bazar qiymətinin 1215 manat müəyyən edilməsi hissəsində dəyişdirilmiş, boyunbağının dəyəri 1200 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 162.1-ci maddəsinə görə müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 162.2-ci maddəsinə görə müvəqqəti təminat tədbirinin ləğv olunması məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin həmin şəxslərin gəlməməsi müvəqqəti təminat tədbirinin ləğv olunması haqqındakı məsələyə baxmağa mane olmur. Həmin Məcəllənin 162.3.-cü maddəsinə görə iddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər saxlanılır. Məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, müvəqqəti təminat tədbirinin ləğv edilməsi haqqında qərardad çıxara bilər. Həmin Məcəllənin 162.4-cü maddəsinə görə iddia təmin edildikdə müvəqqəti təminat tədbirləri məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır. Göründüyü kimi Xaçmaz rayon məhkəməsinin 08 dekabr 2021-ci il tarixli qətnaməsinin icra edilməsinə dair heç bir sübut əlavə edilməmişdir, buna görə də avtomobilin üzərindən həbsin götürülməsi məsələsi təmin edilməməlidir. Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, ərizə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 157-160, 163, 263-264 və 267-268-ci maddələri rəhbər tutaraq, məhkəmə qərara aldı X1 əmlakın üzərinə qoyulmuş həbsin götürülməsinə dair ərizəsi təmin edilməsin. Qərardaddan 10 gün müddətinə şikayət verilə bilər. Hakim Səmədzadə Sərxan
Məhkəmə qərarları › İş №8(067)-50/2024
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №8(067)-50/2024
23.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver