Məhkəmə qərarları › İş №8(067)-51/2022

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №8(067)-51/2022

12.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 8(067)-51/2022 12.04.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, Xaçmaz Rayon Məhkəməsinin 05.04.2021-ci il tarixli 2(067)-159/2021 saylı icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Xaçmaz rayon İcra və Probasiya Şöbəsi təqdimatla məhkəməyə müraciət edərək, xx.xx.1998-ci ildə Xaçmaz rayonunda anadan olmuş, ünvan 1 ünvanda qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşı Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Xaçmaz rayon İcra və probasiya Şöbəsi təqdimatı onunla əsaslandırmışdır ki, 27.05.2021-ci il tarixli qərarla icraata başlanılmış, Xaçmaz rayon Məhkəməsi tərəfindən verilmiş 2(067)-159/2021 saylı, 05.04.2021-ci il tarixli icra vərəqəsinə əsasən Borclu 25.08.2017-ci il təvəllüdlü X1, yetkinlik yaşına çatına kimi saxlanılması üçün hər ay 170 manat olmaqla sabit pul məbləğində aliment alınaraq Tələbkar verilməlidir. İcra sənədləri üzrə icraatda Borclu tələbi dərhal icra etməsi üçün dəfələrlə rəsmi və şifahi xəbərdarlıq olunmasına baxmayaraq, yuxarıda qeyd olunan icra sənədlərini üzürsüz səbəbdən icra etmir və hal-hazırda 3060 manat məbləğində borcunu ödəməkdən boyun qaçırır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarı əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə qərarı əsasında verilmiş icra sənədi müəyyən olunmuş vaxtda Borclu tərəfindən icra edilmədiyindən, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədə müvafiqdir. Əlavə olaraq bildirmək istəyirik ki, qeyd olunan təqdimat Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Baş İdarəsi ilə şifahi qaydada razılaşdırılmışdır. İş üzrə tələbkara, borcluya və təqdmatla məhkəməyə müraciət etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimata əlavə edilmiş sənədləri araşdırarkən hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. İş materiallarından müəyyən olunur ki, Xaçmaz rayon Məhkəməsi tərəfindən verilmiş 2(067)-159/2021 saylı, 05.04.2021-ci il tarixli icra vərəqəsinə əsasən Borclu 25.08.2017-ci il təvəllüdlü X1, yetkinlik yaşına çatına kimi saxlanılması üçün hər ay 170 manat olmaqla sabit pul məbləğində aliment alınaraq Tələbkar verilməlidir. İcra haqqında Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Qanunun qeyd olunan norması borclu məhkəmə qərarı əsasında verilmiş icra sənədlərini könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra etmədikdə icra məmurunun əsaslandırılmış təqdimatı əsasında borclunun ölkədən getmək hüququnun məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırılmasını nəzərdə tutur. Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, təqdimat təmin edilməli və xx.xx.1998-ci ildə Xaçmaz rayonunda anadan olmuş, ünvan 1 ünvanda qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşı Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərar verdi: Təqdimat təmin edilsin. xx.xx.1998-ci ildə Xaçmaz rayonunda anadan olmuş, ünvan 1 ünvanda qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşı Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardad dərhal icraya yönəldilsin. Qərardaddan 10 gün müddətinə Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Şikayət verilməsi qərardadın icrasını dayandırmır. Hakim: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar