Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 8(067)-52/2025 24.02.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Ruxsalə Əmrah qızının katibliyi, X1, Maraqlı şəxsin nümayəndəsi X6 iştirakı ilə, X1 qətnamə üzrə tutulmuş alimenti məbləğinin indeksasiyası tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 qətnamə üzrə tutulmuş aliment məbləğinin indeksasiyası tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayon Məhkəməsinin 2(067)-1649/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2016-cı il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Xaçmaz rayonu, Çarxı kəndində qeydiyyatda olan və yaşayan Maraqlı şəxs hər ay iki uşağa görə tutulan cəmi 400 manat sabit pul məbləğində alimentin indeksasiya edilərək ərizənin məhkəməyə daxil olduğu tarixdən başlayaraq Maraqlı şəxs onun xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,80 misli həddində sabit pul məbləğində müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Xaçmaz rayon Məhkəməsinin 2(067)-1649/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdeh Maraqlı şəxs xx.xx.2016-cı il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddia ərizəsi məhkəməyə daxil olduğu gündən, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq Maraqlı şəxs hər ay iki uşaq üçün cəmi 400 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Hesab edir ki, onun xeyrinə xx.xx.2016-cı il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X11 yetkinlik yaşma çatana kimi saxlanılması Maraqlı şəxs tutulan hər ay iki uşaq üçün cəmi 400 manat sabit pul məbləğində aliment indeksasiya edilərək 2025-ci il üçün müəyyən olunmuş 400 manat minimum əmək haqqı məbləğinin hər ay 0.80 faiz mislində müəyyən edilməlidir. Qeyd edir ki, cavabdeh Maraqlı şəxs maddi imkanı yaxşıdır, ölkədə inflyasiya getmiş, bazar qiymətləri kəskin şəkildə artmışdır. Cavabdehin isə maddi imkanı yaxşıdır. Cavabdeh yüksək məbləğdə aliment ödəməyə qadirdir. Ata kimi uşaqlarını saxlamaq cavabdehin valideynlik borcudur. Cavabdehlə aralarında alimentin miqdarının artırılmasına dair heç bir razılaşma yoxdur. Məhkəmə iclasında ərizəçi izahatında göstərmişdir ki, alimentin artırılmasını istəyir. Uşaqları allergiya xəstəsidir. Uşaqların ehtiyaclarını qarşılamağı maddi cəhətdən çatdıra bilmir. Xaçmaz Rayon Məhkəməsinin 19 iyun 2023-cü il qətnaməsi ilə hər uşağa 200 manat aliment təyin olunub. Maraqlı şəxsin qazancı yaxşıdır. Rusiyada yaşayır. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi X12 izahatında ərizənin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə, işdə olan sənədlərə baxış keçirərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Xaçmaz rayon Məhkəməsinin 2(067)-1649/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2016-cı il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Xaçmaz rayonu, Çarxı kəndində qeydiyyatda olan və yaşayan Maraqlı şəxs tutulan hər ay iki uşağa görə cəmi 400 manat sabit pul məbləğində aliment tutularaq X4 verilməsi qət edilmişdir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Qətnamə ilə müəyyən edilmiş alimentin miqdarı 2023-ci il üzrə müəyyən edilmiş 345 manat məbləğində minimum əmək haqqının 0,58 mislini təşkil edir. Ona görə də, qətnamə ilə müəyyən edilmiş alimentin indeksasiyası aparılaraq alimentin məbləği qərardad qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqının 0,58 misli həddində (400x0,58=232 manat) müəyyən edilməlidir. Ərizə qalan hissədə təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 232, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli, 2(067)-1649/2023 saylı qətnaməsi ilə xx.xx.2016-cı il təvəllüdlü X10 və xx.xx.2017-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh Maraqlı şəxs hər ay hər uşaq üçün 200 manat sabit pul məbləğində tutulması qət edilmiş alimentin məbləği indeksasiya olunaraq Maraqlı şəxs ərizəçi Allahverdiyeva (Məmmədova) Güləsər Gülmalı qızının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hazırki qərardad qanuni qüvvəsini aldığı tarixdən başlayaraq hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqının 0,58 misli həddində sabit pul məbləğində müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Samir Bayramov
Məhkəmə qərarları › İş №8(067)-52/2025
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №8(067)-52/2025
24.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver