Məhkəmə qərarları › İş №8(067)-522/2025

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №8(067)-522/2025

30.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 8(067)-522/2025 30.06.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Məhkəmə katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, Maraqlı şəxs iştirakı ilə, X1 “aliment məbləğinin indeksasiyası”na dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X2 aliment məbləğinin indeksasiyasına dair məhkəməyə ərizə ilə müraciət etmişdir. İş üzrə X2na məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında Maraqlı şəxs göstərmişdir ki, bir uşaq onun yanında qalır, o uşaq tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir, hazırda iş məhkəmənin icraatındadır, qarşı tərəf həmin məhkəmə iclasında iştirak etmədiyi üçün iclas təxirə salınmışdır. Ərizənin baxılmamış saxlanılmasına etiraz etməmişdir. Məhkəmə tərəfin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, ərizə baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 185.4-ci maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. 259.0.6-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, 259.0.7-ci maddəsinə uyğun olaraq işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Beləliklə məhkəmə hesab edir ki, iş üzrə ərizəçinin işə onun iştirakı olmadan baxılmasını xahiş etməməsi və məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclaslarına gəlməməsi səbəbindən ərizə baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: X1 “aliment məbləğinin indeksasiyası”na dair ərizəsi baxılmamış saxlanılsın. Ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar