Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 8(067)-53/2022 14.04.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, Borclu MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Borclu MMC-nə məxsus əmlakın üzərinə qoyulmuş həbsin götürülməsinə dair Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Xaçmaz rayon məhkəməsinin 8(067)-50 saylı, 25.02.2021-ci il tarixli qərardadına əsasən Borclu MMC-nə məxsus X5 aşkar edilmiş 10 ədəd 10 tonluq və 10 ədəd 50 tonluq çənlərin üzərinə qoyulmuş həbsin götürülməsi məsələsinə baxılmasını xahiş etmişdir. Xaçmaz rayon İcra və probasiya Şöbəsi təqdimatı onunla əsaslandırmışdır ki, Sumqayıt İnzibati-İqtisadi məhkəməsi tərəfindən verilmiş 2-2(085)-101 saylı, 10 may 2019cu il tarixli icra sənədinə əsasən 783730 manat məbləğində borc və 30 manat məbləğində dövlət rüsumu Borclu MMC-dən tutularaq Tələbkar MMC-nin hesabına ödənilməsi təmin olunmalıdır. Qeyd olunan icra sənədinin icrasını təmin etmək məqsədilə Xaçmaz rayon məhkəməsinin 8(067)-50 saylı, 25.02.2021-ci il tarixli qərardadına əsasən Borclu MMC-nə məxsus X5 aşkar edilmiş 10 ədəd 10 tonluq və 10 ədəd 50 tonluq çənlərin üzərinə həbs qoyulmuşdur. İcra sənədi üzrə tələb təmin olunduğu üçün 21.02.2022-ci il tarixli qərarla 2- 2(085)-101 saylı, 10 may 2019-cu il tarixli icra sənədi məhkəməyə qaytarılmışdır. Bu səbəbdən də Borclu MMC-nə məxsus X5 aşkar edilmiş 10 ədəd 10 tonluq və 10 ədəd 50 tonluq çənlərin üzərinə qoyulmuş həbsin götürülməsi məsələsinə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında Borclu MMC-nin nümayəndəsi X2 bildirmişdir ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(085)-101/2019 saylı 19.08.2019-cu il tarixli icra sənədinə əsasən Borclu MMC-dən Tələbkar MMC-nin xeyrinə 783.730 manat tutulmalıdır. Həmin icra sənədinin icrası ilə əlaqədar Borclu MMC-nə məxsus Xaçmaz şəhərində yerləşən “Aysberg” pivə zavodunda olan borcluya məxsus əmlak olan 10 ədəd 10 tonluq və 10 ədəd 50 tonluq çənlərin üzərinə həbs qoyulub. İcra sənədi üzrə tələbkarla barşıq əldə etdiyimizə görə icra məmuru tərəfindən icra sənədi məhkəməyə qaytarılıb və “Aysberg” pivə sexində olan 10 ədəd 10 tonluq və 10 ədəd 50 tonluq çənlərin üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimat verilib. Təqdimatın təmin edilməsini xahiş etmişdir. İş üzrə tələbkar "xxxx" MMC-nə və Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məhkəmə bildirişləri çatdırılsa da, tələbkar "xxxx" MMC-nin nümayəndəsi və Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə tələbkar “RETRO HOLDİNG MMC-nin nümayəndəsinin və Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə nümayəndəsinin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimata əlavə edilmiş sənədləri araşdırarkən hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. İş materiallarından müəyyən olunur ki, Sumqayıt İnzibati-İqtisadi məhkəməsi tərəfindən verilmiş 2-2(085)-101 saylı, 10 may 2019-cu il tarixli icra sənədinə əsasən 783730 manat məbləğində borc və 30 manat məbləğində dövlət rüsumu Borclu MMC-dən tutularaq Tələbkar MMC-nin hesabına ödənilməsi təmin olunmalıdır. İş materiallarından müəyyən olunur ki, Xaçmaz rayon məhkəməsinin 8(067)-50 saylı, 25.02.2021-ci il tarixli qərardadına əsasən Borclu MMC-nə məxsus X5 aşkar edilmiş 10 ədəd 10 tonluq və 10 ədəd 50 tonluq çənlərin üzərinə həbs qoyulmuşdur. İş materiallarından müəyyən olunur ki, X3 Məhkəməsi tərəfindən verilmiş 2-2(085)- 101/2019 saylı, 10.05.2019-cu il tarixli icra sənədi üzrə tələbkar "xxxx" MMC "xxxx" ilə əvəz edilmişdir. İş materiallarından müəyyən olunur ki, tərəflər barşıq əldə etdiyi üçün icra məmuru tərəfindən icra sənədi məhkəməyə qaytarılmışdır. Azərbaycan Respublikası «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 45.3.-cü maddəsinə əsasən borclunun banklarda və digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda pul vəsaitlərini və başqa sərvətlərinin olması barədə məlumat olduqda, onların üzərinə həbs qoyulur. Azərbaycan Respublikası «Qərarlarının İcrası» haqqında Azərbaycan Respublikası Qanununun 45.6.-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Azərbaycan Respublikası MPM-nin 263-cü maddəsinə əsasən iş mahiyyəti üzrə həll edilmədikdə, məhkəmə aktları qərardad formasında çıxarılır. Azərbaycan Respublikası MPM-nin 267-ci maddəsində göstərilir ki, məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan MPM-də göstərilmiş hallarda şikayət verilə bilər. İşdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 268-ci maddəsində göstərilir ki, şikayət qərardad tərəfə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 gün müddətində verilir. Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməli və Borclu MMC-nə məxsus X5 aşkar edilmiş 10 ədəd 10 tonluq və 10 ədəd 50 tonluq çənlərin üzərinə qoyulmuş həbs götürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərar verdi: Təqdimat təmin edilsin. Borclu MMC-nə məxsus X5 aşkar edilmiş 10 ədəd 10 tonluq və 10 ədəd 50 tonluq çənlərin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan 10 gün müddətinə Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №8(067)-53/2022
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №8(067)-53/2022
14.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver