Məhkəmə qərarları › İş №8(067)-54/2022

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №8(067)-54/2022

08.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 8(067)-54/2022 08.04.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 iştirakı ilə, Əmlak üzərinə qoyulmuş həbsin götürülməsinə dair Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Xaçmaz rayon İcra və Probasiya Şöbəsi təqdimatla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, Xaçmaz rayon məhkəməsinin 2(067)534/2016 saylı 10.02.2016-cı il tarixli icra sənədinə əsasən Borclu, X3 və X1 cəmi 6115.06 ABŞ dolları və 30.40 qərik pul müştərək qaydada tutularaq Tələbkar BOKT QSC-nə ödənilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədilə Xaçmaz rayon məhkəməsinin 8(067)-397/16 saylı 15.08.2016-cı il tarixli qərardadına əsasən Borclu məxsus olan Qaz 3110 markalı, 27 BL-876 dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. İcra sənədi üzrə tələb təmin olunduğu üçün 2(067)-534/2016 saylı 10.02.2016-cı il tarixli icra sənədinin icrasına xitam verilmişdir. Odur ki, təyin edilmiş bütün məcburi icra tədbirlərinin ləğv edilməsi məqsədilə, Xaçmaz rayon məhkəməsinin 8(067)-534/16 saylı 10.02.2016-cı il tarixli qərardadın ləğv edilərək, Borclu məxsus olan Qaz 3110 markalı 27 BL-876 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsi xahiş edilir. Borclu, tələbkar və Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru məhkəmə iclasının vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 2(067)534/2016 saylı 10.02.2016-cı il tarixli icra sənədinə əsasən Borclu, X3 və X1 cəmi 6115.06 ABŞ dolları və 30.40 qərik pul müştərək qaydada tutularaq Tələbkar BOKT QSC-nə ödənilməlidir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 8(067)-397/16 saylı 15.08.2016cı il tarixli qərardadına əsasən Borclu məxsus olan Qaz 3110 markalı, 27 BL-876dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan Tələbkar BOKT QSC-nin ərizəsindən müəyyən olunur ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 28 fevral tarixli Fərmanına uyğun olaraq müştərinin borcu Restrurizasiya olunmuşdur Göstərilənlər nəzərə alınaraq icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Azərbaycan Respublikası MPM-nin 236-cı maddəsinə əsasən məhkəmə qətnamənin icrasını bu Məcəllənin 13-cü fəslində müəyyən olunmuş qaydada təmin edə bilər. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, təqdimat təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 269-cu maddəsini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. Xaçmaz rayon məhkəməsinin 8(067)-397/16 saylı 15.08.2016-cı il tarixli qərardadına əsasən Borclu məxsus olan Qaz 3110 markalı, 27 BL-876 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar