Məhkəmə qərarları › İş №8(067)-549/2025

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №8(067)-549/2025

05.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 8(067)-549/2025 05.06.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi və məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin təqdimatına Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, 12 sentyabr 2024-cü il tarixli qərarla icraata başlanılan Xaçmaz rayon Məhkəməsi tərəfindən 2(067)-1229/2024-008 nömrəli, 25 iyun 2024-cü il tarixli icra sənədinə əsasən Borclu 27188.05 manat tutularaq Tələbkar ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi 12 sentyabr 2024-cü il tarixində Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəflərindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Əlavə olaraq qeyd edir ki, qeyd olunan təqdimat Ədliyyə Nazirliyinin İcra Xidməti ilə razılaşdırılmışdır. Təqdimatla müraciət etmiş şəxs - Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə, borcluya və tələbkara məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məhkəmə bildirişləri çatdırılmasına baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə təqdimatla müraciət etmiş şəxs - Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsinin, borclunun və tələbkarın iştirakları olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Belə ki, icra haqqında Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. İş materiallarına əlavə edilmiş Xaçmaz rayon Məhkəməsinin 25 iyun 2024-cü il tarixli, 2(067)-1229/2024 saylı icra sənədindən müəyyən olunur ki, cavabdeh Borclu 27000 manat məbləğində pul və ödənilmiş 188.50 manat dövlət rüsumu alınaraq Tələbkar verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 icraata başlamaq haqqında 12 sentyabr 2024-cü il tarixli qərarından müəyyən olunur ki, həmin icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası barədə 12 sentyabr 2024-cü il tarixli tələbin könüllü icrası barədə bildirişindən müəyyən olunur ki, Borclu 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi təklif olunmuş, əks halda qanuna müvafiq tədbirlərin görülməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş elektron informasiya sistemindən əldə olunmuş məlumatdan müəyyən olunur ki, Borclu mülkiyyətçisi olduğu hər hansı bir daşınar və daşınmaz əmlak qeydə alınmamışdır. Qanunun qeyd olunan norması borclu məhkəmə qərarı əsasında verilmiş icra sənədlərini könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra etmədikdə icra məmurunun əsaslandırılmış təqdimatı əsasında borclunun ölkədən getmək hüququnun məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırılmasını nəzərdə tutur. Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, təqdimat təmin edilməli və xx xxxxxx 1983-cü il təvəllüdlü, Xaçmaz şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərarverdi: Təqdimat təmin edilsin. xx xxxxxx 1983-cü il təvəllüdlü, Xaçmaz şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardad dərhal icraya yönəldilsin. Qərardadın iş üzrə icraatın dayandırılması hissəsindən 10 gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Xaçmaz rayon Məhkəməsinə şikayət verilə bilər. Şikayət verilməsi qərardadın icrasını dayandırmır. Sədrlik edən: Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar