Məhkəmə qərarları › İş №8(067)-551/2025

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №8(067)-551/2025

12.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 8(067)-551/2025 12.06.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə Xaçmaz rayon məhkəməsinin 2(067)-392/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Xaçmaz rayon İcra və Probasiya Şöbəsi təqdimatla məhkəməyə müraciət edərək, Xaçmaz rayon məhkəməsinin 2(067)-392/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Xaçmaz rayon İcra və probasiya Şöbəsi təqdimatı onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixli qərarla icraata başlanıldığı Xaçmaz rayon məhkəməsi tərəfindən verilmiş 2(067)-392/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən iş üzrə Borclu xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay 4 uşağın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cəmi 460 manat aliment alınaraq iş üzrə tələbkar X2 ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2020-ci il tarixində Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün Xaçmaz rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. İş üzrə Borclu hal-hazırda 23740 manat aliment borcu vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84- 1-ci maddəsini rəhbər tutaraq, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, təqdimatı verən Xaçmaz rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi, borclu və tələbkar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iclasının təqdimatı verən Xaçmaz rayon İcra və Probasiya şöbəsinin nümayəndəsinin, borclunun və tələbkarın iştirakı olmadan keçirilməsi məqəsədmüvafiq hesab edilmişdir. Məhkəmə təqdimata əlavə edilmiş sənədləri araşdırarkən hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Xaçmaz rayon məhkəməsinin 2(067)-392/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2010-cu il təvəllüdlü X5, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 12 dekabr 2019-cu il tarixdən başlayaraq Borclu hər ay hər uşaq üçün 115 manat olmaqla cəmi 460 manat sabit pul şəklində aliment alınaraq X2 verilməlidir. - xx.xx.2020-ci il tarixdə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4 tərəfindən 2(067)-392/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə “İcraata başlamaq haqqında” qərar qəbul olunmuş və həmin tarixli tələbin könüllü icrası barədə bildiriş borcluya təqdim olunmuşdur. - xx.xx.2025-ci il tarixdə Borclu Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə verdiyi izahatlarından görünür ki, hal-hazırda icra sənədi üzrə 29440 manat aliment borcundan 500 manat ödəniş edə bilər və 1 il ərzində borcunu tam şəkildə ödəyəcəyinə dair söz vermişdir. O, axtarışda olduğu vaxtdan indiyədək Rusiya Federasiyasının Saratov vilayətində yaşamışdır. - Xaçmaz rayon məhkəməsinin 3(067)-747/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından çıxarışdan görünür ki, Borclu barədində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, xx.xx.2025-ci il tarixdən, saat 15:50-dən hesablanmaqla 10 gün müddətinə inzibati həbs tənbeh növü təyin edilmişdir. - Borclu barəsində məlumatları elektron sorğulaması sənədlərindən adında ********* qeydiyyat nömrəli (Reyestr nömrəsi: **********50) torpaq sahəsi müəyyən olunmuşdur. İcra haqqında Azərbaycan Respublikası Qanununun: 84-1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. 84-1.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Qanunun qeyd olunan norması borclu məhkəmə qərarı əsasında verilmiş icra sənədlərini könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra etmədikdə icra məmurunun əsaslandırılmış təqdimatı əsasında borclunun ölkədən getmək hüququnun məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırılmasını nəzərdə tutur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqdimat təmin edilməli və xx xxxxxx 1988-ci ildə Xaçmaz rayonunda anadan olmuş və Xaçmaz rayonu, Ağyazı Buduq kəndində qeydiyyatda olan, Azərbaycan Respublikasının vətəndaşı Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. xx xxxxxx 1988-ci ildə Xaçmaz rayonunda anadan olmuş və Xaçmaz rayonu, Hacıəlibəy Ə.D, Ağyazı Buduq kəndində qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşı Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardad dərhal icraya yönəldilsin. Qərardaddan 10 gün müddətinə Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Şikayət verilməsi qərardadın icrasını dayandırmır. Hakim: Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar