Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 8(067)-57/2022 15.04.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, Borclu və Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakı ilə, Xaçmaz Rayon Məhkəməsinin 04.10.2016-cı il tarixli 2(067)-4332/2016 saylı icra sənədinin icrası məqsədi ilə Borclu əmlakının üzərinə həbs qoyulmasına dair Xaçmaz rayon İcra və Probasiya şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Xaçmaz rayon Məhkəməsi tərəfindən verilmiş 2(067)-4332/2016 saylı, 04.10.2016cı il tarixli icra vərəqəsinə əsasən borclular X2, Ömərov Anar Bakıxan oğlundan və Borclu müştərək qaydada 6188 ABŞ dolları məbləğində borc və 30 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Xaçmaz rayon İcra və Probasiya Şöbəsi təqdimatla məhkəməyə müraciət edərək, Borclu adına **-DM-*** qeydiyyatnişanlı, “VAZ-2170” markalı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması məsələsinə baxılmasını xahiş etmişdir. Xaçmaz rayon İcra və Probasiya Şöbəsi təqdimatı onunla əsaslandırmışdır ki, Xaçmaz rayon Məhkəməsi tərəfindən verilmiş 2(067)-4332/2016 saylı, 04.10.2016-cı il tarixli icra vərəqəsinə əsasən borclular X2, Ömərov Anar Bakıxan oğlundan və Borclu müştərək qaydada 6188 ABŞ dolları məbləğində borc və 30 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Borclu adına **-DM-*** qeydiyyat nişanlı, “VAZ-2170” markalı nəqliyyat vasitəsi qeydə alınmışdır. Borclu tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməmiş 6188 ABŞ dolları və 30 manat borcu qalmışdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 50.2 maddəsinin tələblərinə uyğun olaraq icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbsin bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulmalıdır. Məhkəmə iclasında Borclu bildirmişdir ki, Xaçmaz rayon məhkəməsi tərəfindən verilmiş 04.10.2016-cı il tarixli 2(067)-4332/2016 saylı icra vərəqəsinə əsasən X2, Ömərov Anar Bakıxan oğlundan və ondan müştərək qaydada 6188 ABŞ dolları məbləğində borc və 30 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. 04 noyabr 2021-ci il tarixdə Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Kreditlərin İdarə edilməsi Departamenti mənimlə borc müqaviləsinin restruktizasiya müqaviləsi bağlayıb və bununla da həmin müqavilə ilə "xxxx" ASC ilə bağladığım 12.09.2014-cü il tarixli ********* saylı kredit müqaviləsinə əsasən müəyyən olunmuş 2322,81 manat məbləğ restruktizasiya olunub. Restruktizasiya müqaviləsi 60 ay müddətinə bağlanılıb və borcun ödənilməli olduğu son tarix 04.11.2026cı il müəyyən olunub. 04 noyabr 2021-ci il tarixli borc müqaviləsinin restruktizasiya müqaviləsini məhkəməyə təqdim edir. Qeyd olunanları nəzərə alaraq, ona məxsus “VAZ- 2170” markalı ** DM *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmasına dair təqdimatın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Xaçmaz rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 bildirmişdir ki, Xaçmaz rayon məhkəməsi tərəfindən verilmiş 04.10.2016-cı il tarixli 2(067)- 4332/2016 saylı icra vərəqəsinə əsasən borclular X2, Ömərov Anar Bakıxan oğlundan və Borclu müştərək qaydada 6188 ABŞ dolları məbləğində borc və 30 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Borclular tərəfindən icra sənədi tam icra edilməmişdir. Aparılmış zəruri icra tədbirləri nəticəsində müəyyən olunub ki, Borclu adına “VAZ-2170” markalı ** DM *** qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydə alınmışdır. Ona görə də həmin nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Üzərinə tələb yönəldilə biləcək digər əmlaklar müəyyən olunmayıb. Borclunun məhkəməyə təqdim etdiyi 04 noyabr 2021-ci il tarixli borc müqaviləsinin restruktizasiya müqaviləsi onda olmayıb. Hazırda qeyd olunan müqavilənin mövcudluğunu nəzərə alaraq, təqdimatın rədd edilməsinə etirazı yoxdur. Tələbkar ləğv prosesində oan "xxxx" ASC-nə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə tələbkar ləğv prosesində olan "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin təqdimatına baxılmasını mümkün hesab etmişdir. Məhkəmə icra işinin materiallarını araşdıraraq hesab edir ki, təqdimat əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan Xaçmaz rayon Məhkəməsi tərəfindən verilmiş 2(067)- 4332/2016 saylı, 04.10.2016-cı il tarixli icra vərəqəsinə əsasən borclular X2, Ömərov Anar Bakıxan oğlundan və Borclu müştərək qaydada 6188 ABŞ dolları məbləğində borc və 30 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İş materiallarında olan “elektron informasiya portalından çıxarışdan” müəyyən olunur ki, Borclunın adına “VAZ-2170” markalı ** DM *** qeydiyyat nişanlı nəqliyyat vasitəsi aşkarlanmışdır. İş materiallarında olan Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin bildirişindən müəyyən olunur ki, borclulara tələbin könüllü icrası haqqında xəbərdarlıq edilmişdir. İcra haqqında Azərbaycan Respublikasının Qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. İcra haqqında Azərbaycan Respublikasının Qanunun 49.1-ci maddəsinə əsasən fiziki şəxslər barəsində icra sənədi icra olunarkən, borclu və onun ailə üzvləri üçün zəruri olan ərzaq məhsullarına, daimi istifadə edilən qab-qacağa və mətbəx ləvazimatına, digər ilk zərurət əşyalarına, habelə ixtisas üzrə kitablara və peşə fəaliyyəti ilə məşğul olmaq üçün avadanlığa tələb yönəldilə bilməz. İcra haqqında Azərbaycan Respublikasının Qanunun 49.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində icra sənədləri icra olunarkən, dəqiq siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş əmlak növlərinə tələbin yönəldilməsinə yol verilmir. İcra haqqında Azərbaycan Respublikasının Qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. İcra haqqında Azərbaycan Respublikasının Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunın əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. İcra haqqında Azərbaycan Respublikasının Qanunun 50.3-cü maddəsinə əsasən borclunun əmlakı üzərində sərəncam vermək hüququna və ya borclunun əmlakından istifadə etmək hüququna icra məmuru tərəfindən qoyulmuş məhdudiyyətlərə əməl olunmaması Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. İcra haqqında Azərbaycan Respublikasının Qanunun 50.4-cü maddəsinə əsasən borclunun əmlakı üzərinə aşağıdakı hallarda həbs qoyulur: 50.4.1. tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək üçün; 50.4.2. borclunun əmlakının müsadirəsi haqqında məhkəmə qərarının icrasını təmin etmək üçün. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 5 iyun tarixli 89 nömrəli qərarı ilə təsdiq olunmuş «Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısı”na əsasən bu Siyahının qeyd hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla fiziki şəxs barəsində icra sənədi icra olunarkən aşağıdakı əmlaklara tələbin yönəldilməsinə yol verilmir: 1) borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə); 2) əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu və onun ailəsinin təsərrüfat tikililəri və ya ayrı-ayrı hissələri, həmçinin onların altında olan torpağa; 3) əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu və onun ailəsi üçün 1,0 hektaradək kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə; 4) əsas məşğuliyyəti kənd təsərrüfatı olan fiziki şəxslərin hər növ mal-qara və digər ev heyvanından bir baş və ev quşlarından bir cütünə; 5) əsas məşğuliyyəti kənd təsərrüfatı olan fiziki şəxslərin yeni yem yığılanadək və ya mal-qara örüşə çıxarılanadək mal-qara üçün lazım olan yemə; 6) əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu fiziki şəxslərə növbəti əkin üçün lazım olan toxuma; 7) əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu fiziki şəxs və onun ailəsi üçün yeni məhsul yetişdirilənədək zəruri olan azuqəyə, digər borclular üçün isə bir aylıq dolanışıq azuqəsinə; 8) xörək hazırlamaq və ailənin yaşayış mənzilini qızdırmaq üçün mühüm əhəmiyyəti olmayan qızdırıcı soba və mövsüm ərzində lazım olan yanacağa; 9) borclunun peşə fəaliyyətinin davam etdirilməsi üçün zəruri olan avadanlıq, o cümlədən ixtisas üzrə kitablar və vəsaitlərə; 10) əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların hərəkəti üçün xüsusi nəqliyyat vasitələrinə; 11) əsas dolanacaq mənbəyi ov olan şəxslərin odlu silah, döyüş sursatı və digər ov alətlərinə; 12) borclu və onun ailə üzvlərinin qazandıqları beynəlxalq və başqa prizlərə; 13) borclu və onun ailə üzvləri üçün lazım olan aşağıdakı ev avadanlıqları, əşyalar və paltarlara: a) hər bir şəxs üçün paltar: bir yay, bir payız paltarı, bir qış paltosu və ya başqa üst geyimi, bir qış kostyumu (qadınlar üçün iki dəst qış paltarı), bir yay kostyumu (qadınlar üçün iki dəst yay paltarı), hər bir mövsüm üçün bir baş geyimi (qadınlar üçün bundan əlavə yay üçün iki baş yaylığı və bir isti baş yaylığı və ya baş şalı), uzun müddət istifadə edilmiş və qiymətini itirmiş digər paltar və baş geyimləri; b) geyilmiş ayaqqabı, alt paltarı, istifadə edilmiş yataq ləvazimatı, qiymətli materiallardan hazırlanmış, habelə bədii dəyəri olan şeylər istisna edilməklə qab-qacaq və mətbəx ləvazimatı; c) mebel, hər bir şəxs üçün bir çarpayı və stul, bir ailə üçün bir stol, bir şkaf, bir sandıq, mənzildə olan bir soyuducu, bir radio və bir televizor; ç) bütün uşaq ləvazimatı. Beləliklə, məhkəmə “İcra haqqında” AR Qanununun 50.4-cü maddəsinə əsasən yalnız tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək üçün, həmçinin borclunun əmlakının müsadirəsi haqqında məhkəmə qərarının icrasını təmin etmək üçün borclunun əmlakı üzərinə həbs qoyulmasının nəzərdə tutulmasını nəzərə alaraq, hesab edir ki, təqdimat əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Xaçmaz Rayon Məhkəməsinin 04.10.2016-cı il tarixli 2(067)-4332/2016 saylı icra sənədinin icrası məqsədi ilə Borclu əmlakının üzərinə həbs qoyulmasına dair Xaçmaz rayon İcra və Probasiya şöbəsinin təqdimatı təmin edilməsin. Qərardaddan 10 gün müddətinə Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №8(067)-57/2022
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №8(067)-57/2022
15.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver