Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 8(067)-570/2025 10.07.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Hüseynova Məhbubə Təbriz qızının katibliyi ilə, Ərizəçi Əmirova (Əsədova) Sevil Əmrulla qızının iştirakı ilə, Ərizəçi Əmirova (Əsədova) Sevil Əmrulla qızının aliment məbləğinin indeksasiyasına dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Əmirova (Əsədova) Sevil Əmrulla qızı qətnamə üzrə tutulmuş aliment məbləğinin indeksasiyası tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək Xaçmaz Rayon Məhkəməsinin 2(067)-972/2018 saylı, 13 mart 2018-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2010-cu il təvəllüdlü X3, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ünvan 1 ünvanında qeydiyyatda olan Maraqlı şəxs tutulan hər ay bir uşağa görə 50 manat cəmi 150 manat sabit pul məbləğində alimentin indeksasiya edilərək Maraqlı şəxs onun xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay bir uşaq, ümumilikdə üç uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının misli həddində sabit pul məbləğində müəyyən edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 972/2018 saylı, 13 mart 2018-ci il tarixli qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X3, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Maraqlı şəxs hər ay bir uşaq üçün, 50 manat cəmi 150 manat sabit pul məbləğində aliment tutulub mənə ödənilməsi qət edilmişdir. Hesab edir ki, onun xeyrimə xx.xx.2010-cu il təvəllüdlü X3, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması Maraqlı şəxs tutulan hər ay bir uşaq üçün cəmi 50 manat sabit pul məbləğində aliment indeksasiya edilərək 2025-ci il üçün müəyyən olunmuş 400 manat minimum əmək haqqı məbləğinin hər ay faiz mislində müəyyən edilməlidir. Qeyd edir ki, cavabdeh Maraqlı şəxs maddi imkanı yaxşıdır, həmçinin yüksək pensiya alır, ölkədə inflyasiya getmiş, bazar qiymətləri kəskin şəkildə artmışdır. Cavabdehin isə maddi imkanı yaxşıdır. Cavabdeh yüksək məbləğdə aliment ödəməyə qadirdir. Baba kimi uşağını saxlamaq cavabdehin borcudur. Cavabdehlə aralarında alimentin miqdarının artırılmasına dair heç bir razılaşma yoxdur. Məlum olduğu kimi, "Yaşayış minimumu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə 2025-cü ildə yaşayış minimumu 400 manat müəyyən edilmişdir. Ərizəçi Əmirova (Əsədova) Sevil Əmrulla qızı məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclaslarında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini və işə onun iştirakı olmadan baxlmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə olan sənədlərə baxış keçirərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(067)-972/2018 saylı, 13 mart 2018-ci il tarixli qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X3, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Maraqlı şəxs hər ay bir uşaq üçün, 50 manat cəmi 150 manat sabit pul məbləğində aliment tutulub mənə ödənilməsi qət edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli Qərarının 1.2.1-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. «Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən, 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 232.2. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. 232.3. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Qətnamə ilə bir uşağa görə müəyyən edilmiş 50 manat alimentin miqdarı 2018-ci il üzrə müəyyən edilmiş 130 manat məbləğində minimum aylıq əməkhaqqının 0,38 mislini təşkil edir. Ona görə də, qətnamə ilə müəyyən edilmiş alimentin indeksasiyası aparılaraq alimentin məbləği qərardad qüvvəyə mindiyi tarixdən başlayaraq yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay üçün ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqının 0,38 misli həddində (400x0,38=152 manat) müəyyən edilməlidir. Ərizə qalan hissədə təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 232, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2018-ci il tarixli, 2(067)-972/2018 saylı qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X3, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh X1 hər ay hər uşaq üçün 50 manat sabit pul məbləğində tutulması qət edilmiş alimentin məbləği indeksasiya olunaraq maraqlı şəxs X1 ərizəçi Əmirova (Əsədova) Sevil Əmrulla qızının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hazırki qərardad qanuni qüvvəsini aldığı tarixdən başlayaraq hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqının 0,38 misli həddində sabit pul məbləğində müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir Bayramov
Məhkəmə qərarları › İş №8(067)-570/2025
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №8(067)-570/2025
10.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver