Məhkəmə qərarları › İş №8(067)-572/2025

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №8(067)-572/2025

11.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 8(067)-572/2025 11.07.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, tələbkar X1 nümayəndəsi və vəkili Nümayəndə1 və borclu Maraqlı şəxs və borclunun nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə İcra sənədi üzrə tələbkar X3 tərəfindən verilmiş aliment məbləğinin indeksasiyasına dair ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İcra sənədi üzrə tələbkar X3 aliment məbləğinin indeksasiyasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayon Məhkəməsinin 2(067)-1487/2023 saylı, 08 iyun 2023-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Xaçmaz rayonu Yaquboba kəndində yaşayan Maraqlı şəxs tutulan hər ay bir uşağa görə 150 manat cəmi 300 manat sabit pul məbləğində aliment indeksasiya edilərək Maraqlı şəxs X1 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay bir uşaq, ümumilikdə iki uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının misli həddində sabit pul məbləğində müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Xaçmaz rayon Məhkəməsinin 2(067)-1487/2023 saylı, 08 iyun 2023-cü il tarixli qətnaməsi ilə xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Maraqlı şəxs hər ay bir uşaq üçün 150 manat cəmi 300 manat sabit pul məbləğində aliment tutulub X2 ödənilməsi qət edilmişdir. Hesab edirəm ki, X1 xeyrinə Maraqlı şəxs tutulan hər ay iki uşaq üçün cəmi 300 manat sabit pul məbləğində aliment indeksasiya edilərək 2025-ci il üçün müəyyən olunmuş 400 manat minimum əmək haqqı məbləğinin hər ay faiz mislində müəyyən edilməlidir. Qeyd edim ki. cavabdeh Maraqlı şəxs maddi imkanı yaxşıdır, həmçinin yüksək əmək haqqı alır, ölkədə inflyasiya getmiş, bazar qiymətləri kəskin şəkildə artmışdır. Cavabdehin isə maddi imkanı yaxşıdır. Cavabdehin yüksək məbləğdə aliment ödəməyə qadirdir. Ata kimi uşağını saxlamaq cavabdehin borcudur. Cavabdehlə aralarında alimentin miqdarının artırılmasına dair heç bir razılaşma yoxdur. Məlum olduğu kimi, "Yaşayış minimumu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə 2025-cü ildə yaşayış minimumu 400 manat müəyyən edilmişdir. Məhkəmə iclasında icra sənədi üzrə tələbkar X1 nümayəndəsi və vəkili Nümayəndə1 göstərmişdir ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(067)- 1487/2023 saylı icra sənədinə əsasən borcludan tələbkarın xeyrinə 2 uşağın saxlanması üçün hər ay hər bir uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat aliment tutulur. Hazırda qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən qeyd olunan məbləğin indeksasiya edilməsini xahiş edir. Xaçmaz rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(067)-1487/2023 saylı qətnaməsi ilə aliment kəsiləndən sonra tələbkar alimentin artırılması ilə bağlı ərizə ilə məhkəməyə müraciət etməmişdir. Məhkəmə iclasında icra sənədi üzrə borclu Maraqlı şəxs göstərmişdir ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(067)-1487/2023 saylı icra sənədinə əsasən məndən tələbkarın xeyrinə 2 uşağın saxlanması üçün hər ay hər bir uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat aliment tutulur. Gücü çatan qədər alimenti ödəyir. İndeksasiyanın mümkün qədər az hesablanmasını xahiş edir. Məhkəmə iclasında icra sənədi üzrə borclu Maraqlı şəxs nümayəndəsi və vəkili Nümayəndə2 göstərmişdir ki, həqiqətən Xaçmaz rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(067)-1487/2023 saylı icra sənədinə əsasən hüquqlarını təmsil etdiyim borcludan tələbkarın xeyrinə 2 uşağın saxlanması üçün hər ay hər bir uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat aliment tutulur. Borclu müəllim işləyir, aldığı əmək haqqı bəllidir. Ona görə indeksasiyanın aşağı həddə hesablanmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, aliment məbləğinin indeksasiyasına dair ərizəni iş materialları ilə əlaqəli şəkildə nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar -Xaçmaz rayon məhkəməsinin 2(067)-1487/2023 saylı, 08 iyun 2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün 12 aprel 2023-cü ildən başlayaraq cavabdeh Maraqlı şəxs hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat məbləğdə sabit aliment tutularaq iddiaçı Qurbanova (Əmirmətova) Zümrüd Hacırəhim qızına verilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının: 17-ci maddəsinin Ailə, uşaqlar və dövlət İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının: 8.4-2 bəndində qeyd olunur ki, nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Xaçmaz rayon məhkəməsinin 2(067)-1487/2023 saylı, 08 iyun 2023-cü il tarixli qətnaməsi qəbul edilərkən, ölkə üzrə minimum aylıq əmək haqqının məbləği 345 manat olmuşdur. Məhkəmə yuxarıda qeyd edilən normalara əsaslanaraq hesab edir ki, aliment məbləğinin indeksasiyası zamanı qüvvədə olan müvafiq məhkəmə qətnaməsinin qəbul edildiyi vaxt tutulması qət olunan aliment məbləğinin həmin il ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinə nisbəti nəzərə alınmalı və qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,435 misli həddində indeksasiya olunması şəklində qeyd olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Maddə 232.2. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23-cü maddəsini və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizə təmin edilsin. xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Xaçmaz rayon məhkəməsinin 2(067)-1487/2023 saylı, 08 iyun 2023-cü il tarixli qətnaməsi əsasında tutulan aliment məbləği indeksasiya edilərək sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.435 misli həddində sabit pul məbləğində aliment Maraqlı şəxs tutularaq X2 ödənilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar