Məhkəmə qərarları › İş №8(067)-577/2025

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №8(067)-577/2025

17.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 8(067)-577/2025 17.07.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X7, X1 və onun vəkili Vəkil, Maraqlı şəxs iştirakları ilə, X1 aliment məbləğinin indeksasiya edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmə binasında acıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İcra sənədi üzrə tələbkar X6 aliment məbləğinin indeksasiyasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(067)- 3811/2018 saylı qətnaməsinə əsasən uşaqları- xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Maraqlı şəxs hər ay hər bir uşağa tutulan 120 manat sabit pul məbləğində alimentin indeksasiya edilərək sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının həddində sabit pul məbləğində müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. X6 ərizəsini onunla əsaslandırılmışdır ki, Xaçmaz rayon məhkəməsinin 19 noyabr 2018-ci il tarixli, 2(067)-3811/2018 saylı qətnaməsi ilə xx.xx.1989-cu ildə Xaçmaz rayonu, Qaracik-Zeyid kəndində anadan olmuş, daimi qeydiyyat və yaşayış ünvanı Xaçmaz rayonu, Qaracik-Zeyid kəndi olan Maraqlı şəxs 28 iyun 2014-cü ildə anadan olmuş X5 və 15 oktyabr 2016-cı ildə anadan olmuş X3 yetkinlik yaşma çatana kimi saxlanılmaları üçün ərizənin verildiyi tarixdən, yəni 24 oktyabr 2018-ci il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində hər bir uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat miqdarında aliment tutularaq ona verilməsi qət edilmişdir. Həmin qətnamə qəbul ediləndən hazıra kimi ölkəmizdə əhalinin minimum əmək haqları dəfələrlə artırılmışdır. 2025-ci ildə hər uşağa ödənilən alimentin miqdarı qanunla 246 manat müəyyən edilmişdir. Hazırda himayəsində olan 2 məktəbli uşaqların tələbatları dəfələrlə artmış və qeyd olunan qətnamə ilə müəyyən edilmiş aliment uşaqların saxlanması üçün kifayət etmir. İstehlak malların qiymətləri və uşaqların məktəb ləvazimatlarının xərcləri dəfələrlə artmışdır. O, iki uşaqla valideynlərinə məxsus evdə yaşayır. Xroniki xəstə olan Nəzrin adlı qızının intensiv, daimi müalicə xərclərini də özü çəkir. Ona görə də maddi vəziyyətləri ağırdır. Bu səbəbdən artan əmək haqları tələbatları nəzərə alınmaqla 2018-ci ildə qəbul edilmiş qətnamə ilə müəyyən edilmiş hər ay hər uşağa 120 manat olmaqla, 2 uşağa cəmi 240 manat məbləğində aliment indeksləşdirilməklə artırılmalıdır. Maraqlı şəxs fərdi təsərrüfatla məşğul olaraq, əkin sahələrini əkib-becərməklə, malqara saxlamaqla və başqa təsərrüfat işləri ilə məşğul olmaqla gəlir əldə edir. Odur ki, o, indeksasiya ediləcək alimenti ödəmək iqtidarındadır. Göstərilənlərə əsasən Xaçmaz rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(067)- 3811/2018 saylı qətnaməsinə əsasən uşaqları- xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Maraqlı şəxs hər ay hər bir uşağa tutulan 120 manat sabit pul məbləğində alimentin indeksasiya edilərək sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının həddində sabit pul məbləğində müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən icra sənədi üzrə tələbkar- ərizə verən şəxs X6 ərizəsini müdafiə edərək və ərizəsində göstərilənlərə uyğun izahat verməklə göstərmişdir ki, Xaçmaz rayon məhkəməsinin 19 noyabr 2018-ci il tarixli qətnaməsinə əsasən keçmiş əri Maraqlı şəxs uşaqları- 28 iyun 2014-cü ildə anadan olmuş X8 və 15 oktyabr 2016-cı ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay sabit pul məbləğində hər bir uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat miqdarında alimentin tutularaq ona verilməsi qət edilmişdir. Himayəsində olan 2 məktəbli uşaqları böyüməklə tələbatları dəfələrlə artmış və qeyd olunan qətnamə ilə müəyyən edilmiş aliment uşaqların saxlanması üçün kifayət etmir. Keçən müddətdə istehlak mallarının qiymətləri və uşaqların məktəb ləvazimatlarının xərcləri dəfələrlə artmışdır. O, iki uşaqla valideynlərinə məxsus evdə yaşayır. Bir uşağı Nəzrin xroniki bronxial astma xəstəsi olmaqla daimi müalicə xərcləri vardır, həmin xərcləri də özü çəkir. Bundan əlavə uşaqlar əlavə müəllim yanına gedirlər. Həmin müəllim pullarını da ödəyir. Ona görə də uşaqların bu tələbatlarını ödəməkdə çox çətinlik çəkir. Keçmiş əri Maraqlı şəxs maddi imkanları yaxşıdır, fərdi təsərrüfatla məşğul olaraq əkin sahələri və mal-qarası vardır. Göstərilənlər və hazırki maddi vəziyyəti nəzərə alınmaqla ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən icra sənədi üzrə borclu- Maraqlı şəxs izahatında göstərmişdir ki, Xaçmaz rayon məhkəməsinin 19 noyabr 2018-ci il tarixli qətnaməsinə əsasən ondan uşaqları- Gülay və Nəzrinin yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay sabit pul məbləğində hər bir uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat miqdarında alimentin tutularaq keçmiş arvadı X2 xeyrinə ödənilməsi qət edilmişdir. Hazırda keçmiş arvadı Ülviyyə Almasova ərizə ilə müraciət edərək məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılmasını tələb edir. O, aliment məbləğinin indeksasiya edilməsinə razı deyildir. Çünki, onun maddi imkanı yaxşı deyildir, astma xəstəsi olmaqla işləyə bilmir. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 240 manat aliment məbləğini də çətinliklə ödəyir. Öz xəstəliyi ilə bağlı ayda 92 manatlıq dərman alır. İkinci dəfə ailə qurmuş və iki nəfər azyaşlı uşaqları vardır. Bundan əlavə Ülviyyə Almasova ilə aralarında əmlak mübahisələri olarkən ona bağ sahəsini də vermişdir. Odur ki, alimentin indeksasiya olunmasına etiraz edir. Məhkəmə aliment məbləğinin indeksasiyasına dair ərizə ilə bağlı tərəfləri dinləyib, ərizəni və iş materialları ilə əlaqəli şəkildə nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar: -Xaçmaz rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(067)-3811/2018 saylı qətnaməsinin surətindən görünür ki, məhkəmənin qeyd olunan qətnaməsinə əsasən Maraqlı şəxs X2 xeyrinə birgə nikahdan doğulmuş uşaqları- xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 120 manat olmaqla cəmi 240 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının: 17-ci maddəsinin Ailə, uşaqlar və dövlət İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 20 noyabr 1989-cu il tarixli “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının : 3-cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan bütün şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 18.1-ci maddəsinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. 27-ci maaddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin ediliməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun: 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının: 8.4-2 bəndində qeyd olunur ki, nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). İş materiallarından müəyyən olunur ki, Xaçmaz Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2018-ci il tarixli, 2(067)-3811/2018 saylı qətnaməsi ilə Maraqlı şəxs X2 xeyrinə birgə nikahdan doğulmuş uşaqları- xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 120 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Minimum aylıq əmək haqqının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2017-ci il tarixli Sərəncamına əsasən 2018-ci ilin yanvar ayının 1dən başlayaraq minimum aylıq əməkhaqqının məbləği 130 manat müəyyən edilmişdir. Sözügedən Sərəncam 2019-cu ilin mart ayınadək qüvvədə qalmışdır. Yəni, Xaçmaz rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi qəbul edilərkən, ölkə üzrə minimum aylıq əmək haqqının məbləği 130 manat olmuşdur. Məhkəmə yuxarıda qeyd edilən normalara əsaslanaraq hesab edir ki, aliment məbləğinin indeksasiyası zamanı qüvvədə olan müvafiq məhkəmə qətnaməsinin qəbul edildiyi vaxt tutulması qət olunan aliment məbləğinin həmin il ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinə nisbəti nəzərə alınmalı və qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,92 misli həddində indeksasiya olunması şəklində qeyd olunmalıdır. Məhkəmə qeyd edir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanılması üçün müvafiq məhkəmə qətnaməsi qət edilən zaman ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin cari il üzrə artımı alimentin miqdarının indeksasiyası üçün yeganə meyar kimi qəbul edilməlidir. Hazırkı şəraitdə 2020-ci ildə hər bir uşağa 100 manat təyin olunmuş alimentlə uşaqların artan tələbatlarını ödəmək və onların əvvəlki təminat səviyyəsini saxlamaq qeyri-mümkündür. Belə olan halda, uşaqların əvvəlki təminat səviyyəsinin maksimal saxlanılması, həmçinin tərəflərin mənafeləri arasında ədalətli tarazlıq yaradılmasına nail olmaq üçün aliment məbləği indeksasiya olunmalıdır. İndeksləşdirmə Azərbaycan Respublikasının ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmdir. Hazırkı halda aliment məbləğinin indeksasiyası dedikdə, alimetin hər hansı məbləğdə artırılması deyil, istehlak qiymətləri indeksi ilə əlaqələndirməklə ölkə üzrə minumum əmək haqqına uyğun olaraq indeksləşdirilməsi nəzərdə tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Maddə 232.2. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməklə xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Xaçmaz rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(067)- 3811/2018 saylı qətnaməsi əsasında tutulan hər bir bir uşaq üçün 120 manat müəyyən edilmiş aliment məbləği indeksasiya edilərək sonrakı artımlar nəzərə alınmaqla, qərardad qanuni qüvvəsini aldığı tarixdən hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər bir uşaq üçün 0.92 misli həddində sabit pul məbləğində aliment Maraqlı şəxs tutularaq X4 ödənilməlidir. Şərh olunanlara əsasən, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23-cü maddəsini və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Ərizə təmin edilsin. xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Xaçmaz rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(067)-3811/2018 saylı qətnaməsi əsasında tutulan hər bir uşaq üçün 120 manat müəyyən edilmiş aliment məbləği indeksasiya edilərək sonrakı artımlar nəzərə alınmaqla, qərardad qanuni qüvvəsini aldığı tarixdən başlayaraq hər ay hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.92 misli həddində sabit pul məbləğində aliment Maraqlı şəxs tutularaq X4 ödənilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Xıdır Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar