Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 8(067)-579/2025 21.07.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, X1 iştirakı ilə, X4 Xaçmaz rayon məhkəməsinin 2(067)-638/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin icrasına möhlət verilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 ərizə ilə məhkəməyə müraciət edərək Xaçmaz rayon məhkəməsinin 2(067)- 638/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Tələbkarnə olan 11400 (on bir min dörd yüz ) manat məbləğində borcunun ödənilməsi ilə bağlı qətnamənin icrasına 06 ay möhlət verilməsi barəsində qərardad çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-3016/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Tələbkar ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında mediasiya prosesi nəticəsində borcunun hissə-hissə ödəniləcəyi haqda bağlanılmış xx.xx.2023-cü il tarixli MŞB/16-02104 saylı barışıq sazişi təsdiq edilmişdir. Həmin məhkəmə qərarı icra olunması üçün Maraqlı şəxsnə göndərilmiş və ona icra məmuru tərəfindən könüllü müddət verilmişdir ki, borcunu ödəsin. Lakin Şirkətin maddi vəziyyəti ağır olduğuna baxmayaraq qeyd olunan məbləğdən ödəniş etməmişdir. Hal-hazırda 11400 manat borcu var. Hal-hazırda şirkətin hesabında pul yoxdur. Ona görə də ödənişlər etmək onun üçün çətindir. Lakin bütün bu çətinliklərə baxmayaraq borc ödəməkdən yayınmır. Borcunu ödəməyə hazırdır, şirkətin digər borcları da var. Məhkəmə iclasında borclu X5 ərizəyə uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, ərizəni müdafiə edir. Direktoru olduğu "xxxx" MMC-nin Tələbkar MMC-yə borcu var. O, borcu etiraf etmişdir. Borcun böyük hissəsi ödənilib. 11400 manat borcu qalıb. Məhkəmə olub həmin qərardan xəbəri olmayıb. Məhkəmə qərarından sonra 15000 manatda ödəniş etmişdir. Hazırda firma bağlanıb. Sonuncu ödəniş 2024-də olub. Borcu ödəməkdən imtina etmir. Hissə-hissə ödəyə bilər. Lakin tələbkar razılaşmayaraq ödənişin birdəfəlik edilməsini istəyir. Maddi vəziyyəti hazırda buna yol vermir. Möhlət verilərsə ödəniş edəcək. İş üzrə Tələbkar MMC-nə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.1.-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.5.-ci maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. Məhkəmə, qeyd olunanları, eləcə də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin vaxtında icra edilməməsinin tələbkarın qanunla qorunan hüquq və mənafelərinə zidd olmasını, tələbkarda ədalət mühakiməsinin nüfuzuna inamın azalmasına səbəb ola biləcəyini nəzərə almaqla yanaşı borclunun qətnamənin icrasına möhlət verilməsi üçün əsas kimi göstərdiklərini qətnamənin icrasına möhlət verilməsi üçün tutarlı səbəb kimi qəbul etmədiyindən hesab edir ki, X2 Xaçmaz rayon məhkəməsinin 2(067)-638/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin icrasına möhlət verilməsinə dair ərizəsi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: X2 Xaçmaz Rayon Məhkəməsinin 2(067)-638/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin icrasına möhlət verilməsinə dair ərizəsi təmin olunmasın. Qərardaddan Xaçmaz Rayon Məhkəməsinə 10 gün müddətində şikayət verilə bilər. Hakim Samir Bayramov
Məhkəmə qərarları › İş №8(067)-579/2025
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №8(067)-579/2025
21.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver